Sizin Reklam Burada

“Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

“Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”''Azərbaycanın rəşadətli Ordusunun işğalçı Ermənistan ordusu üzərində ardıcıl qələbələri bir azərbaycanlı kimi bizi də sevindirib. Gürcüstanda yaşayan və qəlbi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”.

Avrasiya.net xəbər verir ki, bunu Gürcüstan Milli Hərəkat Partiyasının liderlərindən olan və Parlamentin azərbaycanlı deputatı Azər Süleymanov Ermənistan tərəfindən işğal edlən Azərbaycan torpaqlarının azad edilməsi uğrunda son günlərdə Ordumuzun apardığı uğurlu hərbi əməliyyatlara münasibətində deyib.

A.Süleymanov bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizə və qələbələrə görə Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyevə təşəkkür edirlər: “Ermənistanla haqlı müharibədə Ali Baş Komandanın və bütün Azərbaycan xalqının yanındayıq. Lazım gələrsə Prezidentin verəcəyi hər bir tapşırığa da hazır olduğumu bildirirəm”.

A.Süleymanov onu da qeyd edib ki, harada yaşamağımızdan asılı olmayaraq hər zaman Vətənə bağlıyıq: “Cənab Prezident İlham Əliyevin xarici və yerli tele-kanallara, mediaya verdiyi müsahibələri, etdiyi çıxışları diqqətlə izləyirik. Onun qətiyyətli, məntiqli, arqumentli çıxışı müdrik bir lider olduğunu, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları isə ölkənin, ordunun nəyə qadir olduğunu göstərir. Hər gün qələbə müjdəsi xəbəri Ali Baş Komandan, cənab İlham Əliyevin rəhərliyi altında ordumuzun rəşadəti, yenilməzliyindən xəbər verir. Bu qələbə eyni zamanda xalq-hakimiyyət-ordu birliyinin nümunəsidir”.

A.Süleymanovun fikrincə, bu ağır dönəmdə bütün dünya azərbaycanlıları həmrəylik, birlik nümayiş etdirməlidirlər: “Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində səylərimizi birləşdirməliyik. Hər birimiz vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hazır olmalıyıq”.

Azərbaycanlı deputat sonda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı qətiyyətli siyasətə görə Prezidentə minnətdarlığını bildirib: “Ən böyük arzumuz Qarabağın azad edilməsidir. Ali Baş Komandana və ordumuza bu yolda uğurlar arzulayırıq. İnşallah Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik siyasəti və yenilməz ordumuzun sayəsində qələbə bizimlə olacaq. İnanırıq ki, Prezident İlham Əliyevin komandanlığı altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır. Bu şanlı yolda Uca Allah Prezidentimizə yardımçı olsun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər