Lukaşenko: Hakimiyyətdən asanlıqla getməyəcəm
Dərc olunub:
8-09-2020, 18:17
Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin tələb etdiyi kimi rahatlıqla hakimiyyətdən getməyəcəyini bildirib.
Avrasiya.net xəbər verir ki, dövlət başçısı bunu rusiyalı jurnalistlərə verdiyi müsahibə zamanı deyib.
“25 ildir ki, Belarusun quruculuğu ilə məşğulam. Hakimiyyətdən asanlıqla getməyəcəm. Çünki mən getsəm, onlar bütün tərəfdarlarımı məhv edəcəklər”, - Aleksandr Lukaşenko bildirib.