Sizin Reklam Burada

Millət vəkili beynəlxalq onlayn konfransda iştirak edib

Millət vəkili beynəlxalq onlayn konfransda iştirak edib Bu gün qardaş Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan beynəlxalq onlayn konfransda iştirak və çıxış etdim.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial səhifəsində yazıb.

Deputat qeyd edib ki, həmkarları Qənirə Paşayeva, Soltan Məmmədov və Məşhur Məmmədov, habelə Özbəkistanda faəliyyət göstərən ictimai qurumların liderləri, diaspora fəalları və elm adamlarının da qatıldığı tədbirdə əsas müzakirə mövzumuz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, aparılan qanunsuz məskunlaşdırma, məhv edilən maddi-mənəvi irsimiz idi. Eyni zamanda, Qənirə xanımın özbək dilində nəşr olunmuş "İtirdiyim xoşbəxtlik" (Qarabağ hekayələri) kitabının təqdimatı da oldu:
Millət vəkili beynəlxalq onlayn konfransda iştirak edib
"Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Özbəkistanda yaşayan azərbaycanlıların həyatında faəl rol oynayır. 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın o vaxtkı Baş naziri Şavkat Mirziyayev iştirak ediblər. Mərkəz Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşir. Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik və tarixi muzeyi, Azərbaycan və Özbəkistan Dostluq muzeyi fəaliyyət göstərirlər".
Millət vəkili beynəlxalq onlayn konfransda iştirak edib
E.Allahverdiyev onu da qeyd edib ki, Mərkəzin nəzdində yaradılmış kitabxana xalqlarımız arasında tarixi bağların yeni nəsilə ötürülməsi baxımından çox önəmlidir. Kitabxana həm mərkəzdə fəaliyyət göstərən dərnək və kursların iştirakçılarına, həm də Daşkənddəki azərbaycanlı və özbək oxucularına xidmət göstərir. Kitabxananın çox zəngin Azərbaycan, rus və özbək dillərində fondu var. Fond əsasən Azərbaycandan alınan kitablarla zənginləşdirilir. Bundan başqa, Azərbaycan Səfirliyinə, Mədəniyyət Mərkəzinə hədiyyə olunan kitablar da kitabxananın fonduna daxil edilir. Kitabxananın ümumi kitab fondu 4 min nüsxədən artıqdır. Artıq kitabxanada Azərbaycan bədii filmlərinin tam kolleksiyası, ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, adət və ənənələrinə dair sənədli filmlərdən ibarət Mediateka fondu da yaradılıb:

"Qardaş Özbəkistan Türk dünyasının böyük və nüfuzlu dövlətlərindən biridir. Rəsmi Daşkənd hər zaman Azərbaycanın maraqlarına cavab verən siyasəti ilə həm dövlətimizin, həm də sıravi azərbaycanlının rəğbətini qazanıb. Eyni soykökünə, dinə, dilə malik olan xalqlarımız daima bir-birilərinin yanında olmalıdırlar!"

#Azərbaycan #Özbəkistan #Deputat #QənirəPaşayeva #SoltanMəmmədov #MəşhurMəmmədov #ElnurAllahverdiyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər