Sizin Reklam Burada

Aİ Türkiyəni TƏHDİD ETDİ: "Sanksiyalar hazırdır"

 Aİ Türkiyəni TƏHDİD ETDİ: "Sanksiyalar hazırdır""Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti Avropa İttifaqında narahatlıq yaradır. Ankara bölgədə dinc yol tapmalıdır".

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının açıqlamasında bildirilib.

Aİ gərginliyi artıran təktərəfli tədbirlər yerinə Türkiyə ilə dialoqun lazım olduğunu bildirib. İttifaq danışıqların fayda verməyəcəyi təqdirdə Türkiyəyə tətbiq olunacaq sanksiyaların hazır olduğunu açıqlayıb.

Almaniya və Fransa tərəfindən verilən açıqlamada isə Türkiyəyə təhdidlər səsləndirilib.

"Aİ dialoqa hazırdır, ancaq lazım olsa Türkiyəyə tətbiq olunacaq sanksiyalara maksimum sərtliyi göstərməyə qərarlıdır", - Fransa Xarici İşlər naziri Jan-İv Le Drian deyib.

Almaniya Xarici İşlər naziri Hayko Maas isə Aralıq dənizindəki böhrandan çıxmağın yeganə yolunun danışıqlar olduğunu, sabitliyin pozulmasını qəbul etmədiklərini və Yunanıstanın suverenliyini qoruyacaqlarını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər