Sizin Reklam Burada

FETÖ-nün dövlət içindəki təşkilatlanması tam deşifrə edilib – Səfir

FETÖ-nün dövlət içindəki təşkilatlanması tam deşifrə edilib – SəfirDörd il öncə – 2016-cı il iyulun 15-də FETÖ Türkiyə dövlətinə böyük təhdid yaratdı.

Bunu Türkiyə səfirliyinin təşkil etdiyi onlayn konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O qeyd edib ki, bu təhdidinin aradan qaldırılmasında ən böyük pay dövlətini və demokratiyanı qorumaq üçün həyatını qurban verməyə hazır olduğunu ortaya qoyan türk xalqına aiddir:

“Türk xalqı 15 iyul gecəsi prezideninin çağırışı ilə küçələrə tökülmüş və çevrilişlərə keçid verməyəcəyini, iradəsinə heç kimin əngəl ola bilməyəcəyini bütün dünyaya göstərdi”.

Səfir qeyd edib ki, ötən 4 il ərzində Türkiyə dövlətinin təməl fəaliyyətlərindən birini ölkə daxilində və xaricdə FETÖ ilə mübarizə təşkil edib:

“Ölkə daxilində hüququn üstünlüyü əsas götürülməklə onların ədalət divanı önündə hesab verməsi təmin edilib. FETÖ-nün dövlət içindəki təşkilatlanması tam deşifrə edilib, mənsubları haqqında proseslər başlanılıb, nəhayət, təşkilatın paralel dövlət yapılanması çökdürülüb. FETÖ-nün dövlət qurumları içində qalıb təhsildən mediaya, bank sektoruna və iqtisadiyyatın digər sahələrinə nüfuz etməsi də ortadan qaldırılıb. Ölkə daxilindəki mücadiləmiz hüququn üstünlüyü və təməl insan haqlarının qorunması prinsipi ilə yürüdülüb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər