Sizin Reklam Burada

Dünyaca məşhur "FOX" telekanalı: Ermənistan ordusu 100-ə qədər itki (ölü və yaralı) verib

Dünyaca məşhur "FOX" telekanalı: Ermənistan ordusu 100-ə qədər itki (ölü və yaralı) veribTürkiyənin "FOX Haber" televiziya kanalının efirində Azərbaycan-Ermənistan sərhədindəki son qarşıdurmalar ilə bağlı süjet yayımlanıb.

Süjetdə Ermənistanın Azərbaycana qarşı təxribatı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrində artilleriya atəşinə tutulmasından bəhs olunur. Türkiyə televiziyası Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı qabaqlayıcı artilleriya hücumlarının görüntülərini nümayiş etdirib. Kanal mənbələrə istinadən tərəflərin itkiləri barədə məlumat verib.

"FOX Haber"in məlumatına görə, Azərbaycan tərəfindən 12 nəfər ölüb, onlardan biri mülki şəxsdir. Və Azərbaycan ordusunun hücumları nəticəsində erməni tərəfi 100 nəfərə qədər itki verib.

Daha sonra kanal Türkiyənin müdafiə naziri Hulusi Akarın hər iki ölkənin dövlət sərhədində erməni tərəfinin təxribatlarına qarşı Azərbaycanı hərtərəfli dəstəklədiyi bəyanatını səsləndirib.

Müdafiə nazirinin sözlərinə görə, Türkiyə Müdafiə Nazirliyi uzun illərdir müdaxilə siyasətini həyata keçirən, Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağı qanunsuz işğal edən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinə hər cür kömək və dəstəyi göstərməyə davam edəcək.

"Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq qardaşlarımızı dəstəkləmək üçün Azərbaycan Silahlı Qüvvələrinə yaxın olacağıq", - Akar vurğulayıb.

Süjetdə Tovuz istiqamətində aparılan hərbi əməliyyatların görüntüləri yenidən nümayiş olunub və qeyd olunub ki, ağır itkilər verən erməni qoşunları dinc kəndlərə və Azərbaycan əhalisinə atəş açıb. Sonda aparıcı yenidən erməni tərəfinin itkilərinə diqqət çəkib: Döyüş zamanı Ermənistan silahlı qüvvələri 100-ə qədər insanın ölümünə və yaralanmasına səbəb olub.

4 dəqiqə 25 saniyəlik videonu izləyin:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər