Sizin Reklam Burada

Bu, Azərbaycana hücum deməkdir – Pakistanlı ekspert

Bu, Azərbaycana hücum deməkdir – Pakistanlı ekspertAzərbaycanın Tovuz bölgəsində ermənilərin qorxaq bir təcavüzü beynəlxalq sərhədlərin və qanunvericiliyin açıq şəkildə pozulmasıdır. Erməni təcavüzü Cənubi Qafqazın bütün bölgəsini təhlükə altına sala bilər. 12 iyul 2020-ci il hadisəsi Azərbaycana birbaşa hücum kimi görülməlidir və bu hadisənin nəticələri böyük fəlakətə səbəb ola bilər.

Bu sözləri pakistanlı ekspert Malik Əyyub Sumbal Axar.az-a açıqlamasında deyib.

“Bundan sonra Ermənistan Dağlıq Qarabağla bağlı hüquqi və mənəvi mövqeyini itirir və beynəlxalq ictimaiyyət BMT-nin qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədi ilə Ermənistana təzyiqlər göstərməyə məcburdur”, – deyə ekspert bildirib.

Əyyub Sumbalın sözlərinə görə, COVİD-19 pandemiyası şəraitində Ermənistanın Baş naziri Paşinyan Tovuzda böyük bir cəbhə başladaraq, Azərbaycanla hərbi təxribat dilində danışmağın təhlükəli yolunu seçdi:

“Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bir vaxtda Paşinyan bölgəni müharibəyə aparacaq çox təhlükəli bir yol seçdi. Və Azərbaycanın yüksək rütbəli zabitlərinin ölümü Azərbaycan Ordusuna çağırışdır. Ermənistanın Baş naziri Nikol Paşinyan ağır artilleriyadan istifadə etdi. Azərbaycandan gələn reaksiya erməni generallarına və polkovniklərinə münasibətdə “əvəz əvəz” prinsipinə əsaslana bilər“.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər