Sizin Reklam Burada

Paşinyan ordu rəhbərliyini topladı

Paşinyan ordu rəhbərliyini topladıErmənistanın baş naziri Nikol Paşinyan bir az əvvəl Azərbaycanla sərhəddə yaşanan hadisələrə görə silahlı qüvvələrin rəhbərliyi ilə toplantı keçirib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, müşavirədə müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın rəhbərliyi ilə hərbi komandanlıq iştirak edib. Toplantıda sərhəddəki durum və situasiyanın inkişaf perspektivləri müzakirə olunub, bildirilib ki, hazırda vəziyyət nəzarət altındadır.

Ancaq erməni mediasının yaydığı fotolardan N.Paşinyanın, həmçinin ordu rəhbərliyinin çox gərgin ovqata kökləndikləri, narahat olduqları aydın görünür. Azərbaycanın sarsıdıcı zərbələri qarşısında qalan düşmən ölkənin Fövqəladə Hallar Nazirliyi sərhəd boyunca yaşayan əhalinin təxliyə ediləcəyini elan edib.

Qeyd edək ki, Ermənistan ordusunun rəhbərliyi 4 hərbçinin öldüyünü, 5 nəfərinsə yaralandığını açıqlasa da, erməni vətəndaşlar itkilərin qat-qat çox olduğunu yazırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər