Sizin Reklam Burada

İrəvan biosilah hazırlayır – Erməni vəkildən şok

İrəvan biosilah hazırlayır – Erməni vəkildən şokVəkil Koçubayevin Ermənistandakı Amerika bioloji laboratoriyalarının fəaliyyətinin qarşısını almaq tələbi ilə verdiyi bəyanatlarla bağlı yalnız bir şey demək olar: Buzlar əriməyə başlayır!

Bu barədə Axar.az-a rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov erməni vəkil Aleksandır Koçubayevin Ermənistan ərazisində fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinin bioloji laboratoriyalarının lisenziyalarını geri götürülməsi tələbi ilə Ermənistanın Baş Prokurorluğuna və İnzibati Məhkəməsinə ərizə verməsini şərh edərək bildirib.

Qeyd edək ki, erməni vəkil BMT-nin Baş katibinə də məktub yazaraq, laboratoriyalarda bakterioloji silahların işlənib hazırlandığını bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanda bu məsələ ilə bağlı əvvəllər də ehtiyatlı fikirlər səslənib, amma hazırkı pandemiya bu problemi daha da gərginləşdirib.

“Bundan başqa, Paşinyan rejiminin bostanına sanballı daş isə Rusiya mütəxəssislərinin bu laboratoriyalara buraxılmaması ilə atıldı. Aydındır ki, rejimin okeanın o tayındakı havadarları ilə birlikdə bu biolaboratoriyalarda gizlətdiyi böyük sirlər var, lakin indiki mərhələdə görünür ki, Ermənistanda artıq cəmiyyətin özü suallar verməyə başlayıb. Paşinyanın nə cavab verəcəyi məlum deyil. Bəlkə də artıq indidən bu danışan vəkili Ermənistan KQB-sinin əməkdaşları tutub", - deyə Mixaylov bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər