Sizin Reklam Burada

GAK sədri Marneuli yepiskopunu siyasətlə məşğul olmamağa çağırdı

GAK sədri Marneuli yepiskopunu siyasətlə məşğul olmamağa çağırdıMəlum olduğu kimi, iki gün öncə Marneuli və Hujabi yeparxiyasının Yepiskopu, Giorgi Camdeliani bazar xütbəsi zamanı, Nəriman Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı və rayon meri Zaur Darğallının isə vətəndaşlardan bu addımına görə üzür istəməli olduğunu söyləmişdir.

24News.ge xəbər verir ki, Yepiskopun bu ifadələri yerli icma arasında birmənalı qarşılanmayıb.

Gürcüstan Azərbaycanlılarının Konqres sədri Hüseyn Yusubov, Marneuli yepiskopu Giorgi Camdelianini siyasətlə məşğul olmamağa çağırıb:

"Nəriman Nərimanovun büstünü ziyarət etdim. Təmir işlərini mən bəyəndim. Bəs keşiş niyə bəyənməyib görəsən? Öz siyasi bəyanatı ilə digər aktiv siyasi bəyanatlar verən keşişlərəmi özünü göstərir? Marneulidə müstəqil bəyanat verə bilən siyasətçinin olmadığınamı işarə edir? İstər gürcü olsun , istər azərbaycanlı...

Bəlkə öz büdcəsinə əlavə olaraq bələdiyyədən aldığı pullardan narazıdı bu keşiş?

Əgər siyasətlə məşğul olmağa meylin varsa, meydanı boş görürsənsə, o mantiyanı çıxart və al boyunun ölçüsünü...

Gürcüstanın ərazi bütövlüyünü İosefdən də Filip Maxaradzedən də Serqodan da daha şərəflə qorumuş, bəli qorumuş (Leninə yazdığı məktuba bax) tarixi şəxsiyyət Nərimanovun heykəli sökülə bilər... Daha möhtəşəmini ucaltmaq üçün", - deyə Hüseyn Yusubov bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər