Sizin Reklam Burada

Polad Bülbüloğlunun oğlu dələduzluğun qurbanı olub

Polad Bülbüloğlunun oğlu dələduzluğun qurbanı olubAzərbaycanin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu gənc drijor Murtuza Bülbül dələduzluğun qurbanı olub.

“Yeni Sabah”ın məlumatına görə, Hüseynov Adilağa Minəxan oğlu 2 nəfərə - Bülbül Murtuza Polad oğlu və Abbasov Hümbət Zülfüqar oğlula qarşı dələduzluq etməkdə təqsirli bilinir. A.Hüseynovun məhkəmə prosesi Bakı Apellyasiya məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Adilağa Hüseynov barəsində başlanılan cinayət işinə ilk olaraq Nərimanov Rayon Məhkəməsində baxılıb. Belə ki, A.Hüseynov bundan öncə də Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə şərti cəza alıb.

Xatırladaq ki, Adilağa Hüseynov “Sahil-D” MTK-nın icraçı direktoru vəzifəsində çalışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər