Rusiyanın “cəhənnəm silahı”: “Bir şəhəri darmadağın etmək gücündədir”
“Cəhənnəm silahı” adlandırılan Rusiya istehsalı “TOS-1A Solntsepek” çoxfunksiyalı raket sistemləri ABŞ üçün ciddi təhdiddir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The National Interest” qəzetində dərc olunan məqalədə bildirilib.
Müəllif Maykl Pek “Rusiyanın yeni ağır raket atma sistemləri taborundan niyə qorxmalısınız?” adlı məqaləsində qeyd edir ki, “TOS-1A” sistemləri ilə gücləndirilən taborlar düşmənin xüsusi olaraq gücləndirilmiş qüvvələrini darmadağın etmək gücündədir:
“Bu taborların əsas vəzifəsi düşməni həm fiziki, həm də psixoloji cəhətdən darmadağın etməkdir. Yandırıcı qabiliyyətə malik olan bu sistemlər düşmən şəhərlərini, sığınacaq və müdafiə mövqelərini məhv etmək üçün nəzərdə tutulub”.
Mütəxəssis partlayışdan sonra istehkamın güclənməsinə şərait yaradan “Solntsepek”in termobarik döyüş başlığı ilə gücləndirildiyini qeyd edib.
Maykl Pek bu raket sisteminin bir zərbə ilə düşmənin ön xətdəki qüvvələrini yox etmək gücündə olduğunu yazıb. “TOS-1A”-nın rus ordusuna böyük hücum əməliyyatlarına hazırlıqlı olmaq imkanı verdiyini iddia edib.