Türkiyə ordusuna hücum: 4 şəhid, 9 yaralı
Dərc olunub:
3-02-2020, 10:51
İdlibdə Suriya hökumət qüvvələriylə toqquşma nəticəsində Türkiyənin 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb.
Axar.az xəbər verir ki, bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə situasiyanın normallaşmayacağı halda Ankaranın sakit qalmayacağını bildirmişdi.