Ağadadaş Ağayev amnistiyaya düşdü

Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.

Qeyd edək ki, ittihamda 2024-cü ilin iyul ayında Ağadadaş Ağayevin "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilovla mübahisə etdiyi, mübahisə zamanı xalq artisti mühafizəçiyə balta atdığı, həmin baltanın hospitalda xadimə işləyən Nəzakət Paşayevaya dəydiyi bildirilib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınmışdı.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar.

Həmçinin A.Ağayev "MedEra" hospitala, eləcə də hospital xalq artistinə qarşı mülki iddia qaldırıb, sonradan mülki iddiaya da xitam verilib.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər