Ermənistana gedib, "Tikim sizin ağzınızı" şeirimi oxuyacağam

Ermənistana gedib, "Tikim sizin ağzınızı" şeirimi oxuyacağamƏməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında sərt açıqlaması ilə diqqət çəkib.

O bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir:

"Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın yerə girin. Ağıllı olun. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam: Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, Fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikllar bəstələyirəm. Geyinib-keçinirəm. Siz aylarla üzünüzü belə yumursunuz. Tofiq Quliyevə Kuliyev, Qara Qarayeva Karayev deyirsiniz".

Seyidcahan Ermənistanda konsert vermək istəyindən söz açıb:

"Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsiniz? Cavab verdim ki, əlbəttə. Orada "Qarabağ Azərbaycandır" adı ilə konsert verəcəyəm. Eşitmişəm ki, "Tikim sizin ağzınızı" şeirimi sevirlər, onu oxuyacağam".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər