Sizin Reklam Burada

"İki çay arasında cənnət" kitabı Özbəkistan mətbuatında

"İki çay arasında cənnət" kitabı Özbəkistan mətbuatında"Həftə içi" qəzetinin müxbiri, tanınmış yazar Vüsal Tağıbəylinin Özbəkistandan bəhs edən "İki çay arasında cənnət" kitabı haqqında bu ölkənin geniş oxucu kütləsinə malik "Dünyo" İnformasiya Agentliyi geniş məqalə dərc edib.

Bildirilir ki, V.Tağıbəyli 2018-ci ilin avqustunda Özbəkistand səfərdə olub. Müəllif kitabında oxucuları Özbəkistanın inkişafı, iqtisadi və turizm potensialı, özbək xalqının zəngin mirası barədə məlumatlandırır: "Müəllif kitabında Özbəkistanın şəhər və regionları, landşaftı və iqlimi, özünəməxsus xüsusiyyətlərini geniş təsvir edir. Kitabda özbək xalqının əcdadları tərəfindən miras qoyulan zəngin tarixi-mədəni və mənəvi irs, tarixi və İslam abidələri haqqında geniş məlumat verilir. Müəllif. həmçinin oxucularını özbək xalqının qədim və unikal mədəniyyəti, ənənələri ilə tanış edir".

Məqalədə Azərbaycanın tanınmış ictimai və mədəni xadimlərinin V.Tağıbəylinin kitabına dair fikirlərinə də geniş yer verilir.

Almaz Ülvi Binnətova, filologiya elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri:

– Bu kitabı oxuyan insan müəllifin Özbəkistana olan hörmət və ehtiramını anlayır. Əgər dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələri nəzərə alsaq, bu, təbii haldır. Vüsal Tağıbəylinin "İki çay arasında cənnət" kitabına səyyahın qeydləri kimi də baxmaq olar. Bununla yanaşı, müəllif Özbəkistanın müxtəlif regionlarının mədəni-tarixi, sosial-iqtisadi potensialı haqqında da əlavə məlumatlar verir. Bu, kitabın tutumunu daha da artırır və zənginləşdirir. Əminliklə deyə bilərəm ki, kitab qardaş Özbəkistan haqqında daha çox bilgi əldə etmək istəyən həmvətənlərim üçün çox yararlıdır.

Zemfira Qədirova, "Azərbaycan-Özbəkistan" Dostluq Cəmiyyətinin icraçı direktoru:

– Kitabı vərəqlədikcə, sanki gözəl Daşkəndin sadə, səliqəli və gözəgəlimli küçələrini müəlliflə birlikdə gəzirəm. Kitabda mənə doğma olan Çorsu, Beşyoqoç, Urda və daha neçə-neçə yerlərin adı çəkilir. Səmərqəndin böyüklüyü, onun küçələri və insanları da detallı şəkildə təqdim edilir. Mən bu kitabı Özbəkistanın əlyazısı ilə yazılmış pasportu adlandırardım. Fikrimcə, Azərbaycanda bu zamanadək Özbəkistan haqqında bu dərəcədə dəqiq faktlarla zəngin belə bir kitab nəşr edilməyib.

Məqalənin sonluğunda Özbəkistanın Bakıdakı səfirliyinə istinadən bildirilir ki, yaxın zamanlarda V.Tağıbəylinin "İki çay arasında cənnət" kitabının təqdimat mərasimi təşkil olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər