09 iyn 06:15idman

Dünyanın ən bahalı futbolçularının siyahısı

Dünyanın ən bahalı futbolçularının siyahısıBeynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən bahalı futbolçularının reytinqini dərc edib.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, futbolçuların qiyməti CİES-in şəxsi metodikası üzrə qiymətləndirilib. Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edib. Onun qiyməti 259,2 milyon avro göstərilib.

"Mançester Siti"dən Rahim Sterlinq (194,7 milyon avro) ikinci "Borussiya"dan (Dortmund) Ceydon Sanço (179,1 milyon) üçüncü olub.

Dünyanın ən yaxşılarından Lionel Messi ("Barselona") 100,1 milyon avro ilə 21-ci, Kriştiano Ronaldo ("Yuventus") 62,8 milyon avro ilə 70-ci olub.

CİES-in versiyasına görə, dünyanın ən bahalı 10 futbolçusu:

1. Kilian Mbappe (PSJ) – 259,2 milyon avro

2. Rahim Sterlinq ("Mançester Siti") – 194,7 milyon

3. Ceydon Sanço ("Borussiya" Dortmund) – 179,1 milyon

4. Trent Aleksander-Arnold ("Liverpul") – 171,1 milyon

5. Markus Reşford ("Mançester Yunayted") – 152,3 milyon

6. Məhəmməd Salah ("Liverpul") – 144,9 milyon

7. Sadyo Mane ("Liverpul") – 139,2 milyon

8. Antuan Qrizmann ("Barselona") – 136,4 milyon

9. Alfonso Devis ("Bavariya") – 133,5 milyon

10. Harri Keyn ("Tottenhem") – 118,7 milyon
XƏBƏR LENTİ
SORĞU