Sizin Reklam Burada

"Spartak" azərbaycanlı futbolçunu qovdu

"Spartak" azərbaycanlı futbolçunu qovdu Rusiya "Spartak"ının futbolçusu Ayaz Quliyev ikinci komandaya göndərilib.

Bu barədə klub rəhbərliyi qərar qəbul edib. Əvəzində əsas komandaya 18 yaşlı Konstantin Şiltsov gətirilib.

"Sport-Ekspress" yazır ki, əslən azərbaycanlı yarımmüdafiəçi komandadaxili nizam-intizamı pozduğu üçün cəzalandırılıb. Bu, özünü "Spartak"ın məşqçilər heyətinin üzvləri ilə qeyri-korrekt ünsiyyətdə göstərib.

24 yaşlı oyunçu fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girib. İstedadlı futbolçu serbiyalı mütəxəssisin tapşırıqlarını dəfələrlə şübhə altına alıb. Nəticədə rəhbərlik onu əsas komandadan kənarlaşdırıb.

Quliyev azı Rusiya Premyer Liqasının yekunlaşacağı iyulun sonlarınadək cəzalı qalacaq. Daha sonra onun üçün pulsuz icarə variantı axtarılacaq. Ayda 5,6 milyon rubl (132 804 manat) maaş alan futbolçunun birdəfəlik alınmasından hazırkı şəraitdə söhbət belə getmir. Ona elitada qalacaqları təqdirdə, "Krılya Sovetov" və "Tambov"un iddia edəcəkləri güman olunur.

"Spartak" tərəfinin təşəbbüsü əsasında Quliyevlə əməkdaşlığa son qoyulma variantı da mövcuddur. Ötən il keçmiş kapitan Denis Qluşakov və müdafiəçi Dmitri Kombarov da eyni aqibəti yaşayıb.

Qeyd edək ki, Ayaz Quliyev 2019/2020 mövsümündə "Spartak"da 15 oyun keçirsə də, məhsuldarlıqla yadda qalmayıb. (Report)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər