Bakıda 38 yaşlı qadın intihar edibBakıda 38 yaşlı qadın intihar edib.

Hadisə noyabrın 11-də paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirova yaşadığı evin tavanına bərkidilmiş iplə özünü asıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Nəsirova evli idi, bir uşağı var.
Bakıda kişi arvadını və oğlunu güllələdiBakıda 67 yaşlı kişi arvadını və oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, hadisə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov ov tüfəngindən açdığı atəşlə 64 yaşlı həyat yoldaşı Nazilə Pirimovanı və 34 yaşlı oğlu Vüqar Dadaşovu ov tüfəngindən açdığı atəşlə yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əməli törərməkdə şübhəli bilinən Eldar Dadaşov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.
Başçı və nazir müavini ağır qəzaya düşdü - FotoNaxçıvan Şəhər İcra Hakimiyətinin başçısı Mirsənani Seyidov ağır yol qəzası keçirib.

Avrasiya.net TNS-ə istinadən xəbər verir ki, icra başçısına məxsus “Cip” markalı, 75 BM 008 dövlət nömrə nişanlı avtomobil Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında bir neçə avtomobillə toqquşub.

İcra başçısının yanında muxtar respublikanın nazir müavinlərindən birinin olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imişBu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Bildirilib ki, paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus"a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi olub.
Bakıda qadın əri tərəfindən qətlə yetirildiNoyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
Siçan dərmanı yeyən uşaqlar 15 dəqiqəyə keçinib - TƏFƏRRÜATSabunçu rayonunun Ramana qəsəbəsində 2 və 5 yaşlı iki qardaşın siçan dərmanından zəhərlənərək öldüyü hadisənin təfərrüatı məlum olub.

Avrasiya.net xəbər verir ki, faciəvi şəkildə ölən uşaqların babası Akif Pirəliyev ARB kanalına müsahibəsində bildirib ki, 2 yaşlı Onur və 5 yaşlı Akif bir neçə dəqiqə ərzində zəhərlənərək vəfat ediblər: “Hadisə noyabrın 8-də, axşam saat 7 radələrində baş verib. Mən və uşaqların atası işdə olmuşuq, nənəsi qonaqlıqda olub. Uşaqlar və anası evdə olub. Hadisə də uşaqların anası bir stəkan çay içəndə baş verib.

Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Kürdəxanıda yanğın - 28 nəfər təxliyə olunduÖtən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Avrasiya.net-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğının genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu və qatı tüstülənmədən bina sakinlərinin həyatı üçün təhlükə yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 9-u uşaq və 9-u yaşlı olmaqla ümumilikdə 28 nəfər təxliyə olunub. Binanın şaxtasında 27p.m elektrik naqilləri yanıb, mənzillər yanğından mühafizə olunub.
Kişi arvadının gözlərini çıxardı, özü isə intihar etdiGəncədə kişi həyat yoldaşını bıçaqlayıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisəni törədən şəxs sonra özünü bıçaqlayaraq intihar edib.

Məlumata görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən kişi sonradan özünü bıçaqlayaraq intihar edib.

İnsident Gəncə şəhər Uzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
İsmayıllıda yeniyetmə ata və oğlunu bıçaqladıİsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində həmkəndliləri - 1994-cü il təvəllüdlü Cümşüd Rauf oğlu Nəcəfov və onun atası, 1964-cü il təvəllüdlü Rauf Cümşüd oğlu Nəcəfov ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.