Gəncədə dava zamanı 3 nəfər xəsarət aldıGəncə şəhərində 3 nəfər arasında yaranan qarşıdurma xəsarətlə nəticələnib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

Göygöl rayon sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Əliyevlə Gəncə şəhər sakinləri - 29 yaşlı Anar Rəhimov və onun 31 yaşlı qardaşı Vüsal arasında mübahisə yaranıb. Bu zaman qardaşlardan biri M.Əliyevin başından bel ilə vuraraq ona xəsarət yetirib. M.Əliyev isə onlara kəsici xəsarətlər yetirib. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sındıAğcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

“Report”un məlumatıan görə, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
22 yaşlı oğlan məktəbin həyətində özünü asdıKürdəmirdə 22 yaşlı gənc intihar edib.

Avrasiya.net xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldüBakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmin məktəbin direktor əvəzedicisi bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib:

"Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib. Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".
Müəllim dərs zamanı dünyasını dəyişdiSosial şəbəkələrdə Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılovanın dərs zamanı dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

89 nömrəli orta məktəbdən Avrasiya.net-ə bildirilib ki, hadisə dərs zamanı baş verməyib.

“65 yaşlı Maisə İsmayılova oktyabrın 11-də səhər saatlarında dərs başlamamışdan əvvəl ürəktutmasından dünyasını dəyişib. M.İsmayılovanın ürəyində problem vardı. Hər zaman yanında dərman gəzdirirdi”, - məlumatda qeyd edilib.
Azərbaycan Ordusunun giziri intihar etdiOktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Namin Ruslan oğlu Məmmədovun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakıda məktəbli qız İNTİHAR ETDİBakıda yeniyetmə intihar edib.

Hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(Report)
Rusiya MN Qarabağda avtomobil karvanının atəşə tutulmasını təsdiqlədiRusiya Müdafiə Nazirliyi oktyabrın 13-də Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanının atəşə tutulması faktını təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, məlumata görə, karvanı bölgədə yerləşən rus sülhməramlıları müşayiət edib.

Rusiya MN hadisə nəticəsində xəsarət alan olmadığını, Rusiya sülhməramlı kontingentinin komandanlığının hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma apardığını bildirib.

Xatırladaq ki, Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Ölən və yaralanan olmayıb.
Bakıda metro yaxınlığında kütləvi dava: yaralılar varBakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.