Abşeronda 15 yaşlı gənc bıçaqlandı
Dərc olunub:
9-11-2021, 08:40
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yuniszadə Taleh Valeh oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilimiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.