Sizin Reklam Burada

İlk dəfə: Müttəhim azad edildi, polislərə iş açıldı

İlk dəfə: Müttəhim azad edildi, polislərə iş açıldıSumqayıt şəhər Məhkəməsi işgəncə faktı ilə bağlı qərar çıxarıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, vətəndaş M. Vəliyevin Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddə üzrə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət olunub.

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs M.Vəliyev ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bədəni üzərində xəsarət izlərini göstərərək ifadəsində bildirib ki, polis bölməsində ona qarşı zor tətbiq edilmiş, bölmənin əməkdaşları tərəfindən döyülərək fiziki və mənəvi təzyiqlərə məruz qalmış və törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilmişdir. Qeyd olunan xüsusatlarla bağlı təqsirləndirilən şəxsin vəkili Sumqayıt Regional Vəkil bürosunun vəkili Elşad İsayevin vəsatətinə əsasən döyülmə və işgəncə faktı ilə bağlı xüsusi qərar qəbul edilərək araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib. Vəsatət və təqdimat təmin edilməyərək təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu işgəncə faktı ilə bağlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən çıxarılan ilk belə qərardır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər