Sizin Reklam Burada

Bakıda qadını doğrayıb zibil qutusuna atdılar

Bakıda qadını doğrayıb zibil qutusuna atdılarNəsimi rayon prokurorluğu qadın meyitinin tapılması hadisəsi ilə bağlı məlumat yayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda bildirilib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər