Sizin Reklam Burada

Fərman buna görə gəmidə qalıbmış - Video

Fərman buna görə gəmidə qalıbmış - VideoXəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək.

Avrasiya.net-in məlumatına görə, hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov "Xəzər Xəbər"ə açıqlama verib.

Onun sözlərinə görə, Fərman İsmayılov 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq, sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər