Sizin Reklam Burada

Mehriban Əliyevadan möhtəşəm PAYLAŞIM: Birlik və həmrəylik...

Mehriban Əliyevadan möhtəşəm PAYLAŞIM:  Birlik və həmrəylik...
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyası ilə bağlı paylaşım edilib.

Avrasiya.net-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımda deyilir:

"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!

Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı

1. “AS Qrup İnvestment” şirkəti

2. Azərbaycan İdman Jurnalistləri Federasiyası

3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi

4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi

9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Milli Məclisi

12. “AzərEnerji” ASC

13. “Azərişıq” ASC

14. Azərkosmos” ASC

15. “AzərGold” QSC

16. Bakı Şəhər İcra Hakimiyyəti

17. Bakı Nəqliyyat Agentliyi

18. City Hospital

19. Ege Hospital

20. Dövlət Dəniz Agentliyi

21. Heydər Əliyev Fondu

22. Heydər Əliyev Mərkəzi

23. “Kontakt Home” mağazalar şəbəkəsi

24. “Sağlam Ailə” Tibb Mərkəzi

25. “Rahat” supermarketlər şəbəkəsi

26. “Referans Medical Group”

27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər