“Tamhüquqlu Fələstin dövləti prinsipi” gözəl səslənir, lakin...

İnanıram ki, “tamhüquqlu Fələstin dövləti prinsipi” ilə bağlı bəyanatlar diplomatik dildə gözəl səslənir, lakin reallığı tamamilə görməzlikdən gəlir. Problem dövlətin adı deyil, onu kimin və hansı ideologiya ilə idarə edəcəyidir.

Bunu Avrasiya.net-ə israilli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev Rusiya Prezidenti Vladimir Putinin tamhüquqlu Fələstin dövlətinin yaradılmasınln prinsipial məsələ olduğu fikrinə münasibətində deyib.

Xatırladaq ki, Putin Kremldə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla görüşdə deyib:

“Biz dəfələrlə Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti və Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün birgə səyləri müzakirə etmişik. Amma təbii ki, əsas məsələ İsraillə təhlükəsiz dünyada birgə yaşayacaq tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır”.

İsrailli ekspert deyib ki, əgər belə bir dövlət radikalların, terrorun və İsrailə qarşı müharibənin növbəti platformasına çevrilirsə, bu, həll yolu deyil, başqa münaqişə üçün reseptdir:

"İsrailin Qəzzada geri çəkilməsindən sonra biz bunu artıq görmüşük və yaşamışıq... Əsl prinsip fərqli olmalıdır: əvvəlcə təhlükəsizlik, hərbisizləşdirmə, terrora son qoyulması və nifrətsiz nəsil yetişdirilməsi, yalnız bundan sonra dövlətçilikdən danışmaq olar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər