Ordumuz hazırdır, barmaqlar tətikdədir - İran XİN
"Cəsarətli silahlı qüvvələrimiz hazırdır, barmaqlar tətikdədir".
Bu sözləri İranın xarici işlər naziri Abbas Arakçə "X" sosial şəbəkə hesabında yazıb.
"Onlar sevimli ölkəmizin torpağına, hava məkanına və ərazi sularına qarşı istənilən təcavüzə tez və qətiyyətlə cavab verməyə hazırdırlar. 12 günlük müharibədən əldə etdiyimiz dəyərli dərslər bizə indi daha böyük güc, sürət və intensivliklə cavab verməyə imkan yaratdı" , - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, eyni zamanda, İran həmişə bərabərliyə əsaslanan və hər hansı bir məcburiyyət və ya təhdiddən azad olan ədalətli və qarşılıqlı faydalı nüvə sazişini alqışlayıb: "Bu saziş İranın dinc nüvə texnologiyası hüququnu təmin edir və nüvə silahı əldə etməyəcəyinə zəmanət verir. Bu cür silahların təhlükəsizlik hesablamalarımızda yeri yoxdur və biz heç vaxt onları əldə etməyə çalışmamışıq".
