İmişli sakini Bakıda dəm qazından boğuldu
Dərc olunub:
Bu gün, 01:31
İmişli sakini bədbəxt hadisənin qurbanı olub.
Avrasiya.net report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazının qurbanı olub.
Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
