Belarus S-400 və "İskəndər" raket sistemlərini aktivləşdirib
Dərc olunub:
20-12-2022, 07:22
Belarus Rusiyanın “S-400” və “İskəndər” raket sistemlərini döyüş növbəsinə gətirib.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə mətbuat konfransı zamanı bildirib.
“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskəndər” kompleksini döyüş növbəsinə gətirmişik”, – Lukaşenko qeyd edib
Xatırladaq ki, Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.