Sizin Reklam Burada

Britaniyalı deputatın qətlinin motivi açıqlanıb

Britaniyalı deputatın qətlinin motivi açıqlanıbBöyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessin terrorçu tərəfindən qətlə yetirilməsi təsadüfən baş verib.

“Report” xəbər verir ki, bu barədə “Teleqraf “ nəşri istintaqın ilkin məlumatlarına istinadən yazıb.

Polis hesab edir ki, qətlin motivləri öldürülən deputatın özü ilə yox, potensial olaraq İslam ekstremizmi ilə əlaqəlidir.

İstintaqın ilkin araşdırmasına görə, Amess təsadüfən və ya sadəcə cinayətkar deputatın seçicilərlə qarşıdakı görüşünün anonsunu gördüyü, onunla görüşməyin mümkün olduğu üçün seçilə bilərdi.

“Hökumətdəki mənbə bildirib ki, deputatın bəxti gətirməyib və onun qətlinin təmsil etdiyi partiya ilə bağlılığı yoxdur”.

Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan millət vəkili David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törədən şəxs isə Britaniya vətəndaşı, əslən Somalidən olan 25 yaşlı Əli Harbi Əlidir. Daha sonra London polisi millət vəkilinin öldürülməsini terror aktı olduğunu bəyan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər