Əlcəzairdə dəhşətli qəza: 18 nəfər öldü
Dərc olunub:
13-09-2021, 01:10
Əlcəzairdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 18 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Afrigateneyus” portalı məlumat yayıb.
Qəza Naama vilayətində baş verib. Belə ki, Sidi-Bel-Abbes şəhərindən Bussemqun şəhərinə gedən avtobus yüksək sürətlə yük maşınına çırpılıb.
Qəzada yaralananlar ağır durumda xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əlcəzair Prezidenti Əlbdüməcid Təbbun ölənlərin ailələrinə başsağlığı verib.