Sizin Reklam Burada

Rus və Əsəd qüvvələri geri çəkildi

Rus və Əsəd qüvvələri geri çəkildiTürkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” hərəkatı çərçivəsində Silahlı Pilotsuz Uçuş Aparatları və top atışları ilə qarşı tərəfin mövqelərinə ağır zərbələr endirib.

Publika.az xəbər verir ki, nəticədə rejimə bağlı Aslan Qüvvələrinin komandanı Süheyl Həsən ağır yaralanıb. Əsədin yaxın əsgərlərindən biri olan Həsən Rusiyanın Suriyada ən çox dəstək verdiyi komandanların birincisidir.

Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr Müşavirliyi Plan, Koordinasiya və Analiz Şöbəsinin müdiri Olcay Denizer ötən gün 2 türk əsgərinin şəhid olduğu və 6-nın yaralandığı hücumdan sonra rejimin müəyyən edilən hədəflərinə hücum olunduğunu bildirib.

Sərakib və rayonundakı hücumlarını artıran rejim ordusu İdlibin cənub-qərbindəki Neyraba bir çox cəbhədən hücuma keçib. Hücuma cavab verən müxaliflər TSQ-nın top atışları və havadan dəstəyi ilə rejim ordusunu geri oturdub.

Bölgədə münaqişənin Sərakibin ətrafına qədər yayılmasından sonra ötən gün qəsəbəyə yerləşən rus ordusu hücumlara məruz qalmamaq üçün qəsəbədən geri çəkilməyə başlayıb.

TSQ-nın dəstəyi ilə rejim ünsürlərinə qarşı hərəkətə keçən suriyalı müxaliflər meydanda yenidən irəliləməyə başlayıb. İnsidentlər zamanə 9 rejim əsgəri ölüb.

Müxaliflərin bir çox cəbhədən hücuma keçməsindən sonra rusların və rejimin döyüş təyyarələri bir çox nöqtəni ağır şəkildə bombardman edib. Rusiyanın döyüş təyyarələri 81, Əsədinkilər isə 27 aviahücum təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər