“İrəli”  Qanlı Yanvar faciəsinin ildönümü çərçivəsində silsilə tədbirlər keçirib“İrəli” İctimai Birliyi tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı çıxışçılar – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər. Natiqlər Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını da diqqətə çatdırdılar. Eyni zamanda ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu qeyd edən çıxışçılar gəncləri bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıblar.

Qeyd olunub ki, bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Bununla yanaşı, gənclərin bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.
Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Yüzlərlə gəncin iştirakı ilə keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər. Həmçinin “İrəli” İctimai Birliyi tərəfindən 33 il öncə Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş dünyanın aparıcı media qurumlarına müraciətlər ünvanlanıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, habelə törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.


Heydər Əliyev qətiyyətinin təntənəsiUlu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi: "Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub". Zaman keçdikcə, nəsillər dəyişdikcə xalqımız, xüsusən də gənclərimiz tarixi həqiqətləri öyrənməli və gerçəkləri bilməlidirlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifə olaraq hər bir ziyalının fəaliyyətinin mühüm bir hissəsi olmalıdır. Bu baxımdan 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Heydər Əliyevin həyat fəlsəfəsi - sədaqət və cəsarət

Ulu Öndər demişdir: "Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət, bu keyfiyyətlər insanın qanında olur!" Bu fikirlərə diqqət etsək, Ulu Öndərin nə qədər şəffaf siyasi platformaya malik siyasətçi olduğunu aydın dərk edərik. Heydər Əliyev ona qarşı qarayaxma kampaniyasının arxasında uğursuz siyasətçi adlandırdığı Ə.Vəzirovu, 20 Yanvar hadisələri ilə bağlı isə ovaxtkı SSRİ rəhbəri M.Qorbaçovu günahlandırırdı. SSRİ paytaxtında bu fikirləri səsləndirmək, əlbəttə, cəsarət tələb edirdi.
Həmin hadisəni Prezident İlham Əliyev belə xatırlayır: "Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi".

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tarixi sərəncamında bu məsələyə yenidən münasibət bildirərək qeyd edir: "Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi".

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Unutmaq olmaz ki, məhz Ulu Öndərin mərdliyi, cəsarəti, təcrübəsi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır.

20 Yanvar faciəsi ictimai-siyasi kontekstdə

20 Yanvar hadisələri yalnız faciə kimi deyil, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü kimi də tarixə düşdü. Bu tarix həmçinin yetmiş ildən artıq sovet imperiyasının əsarətində yaşayan bir xalqın azadlıq məfkurəsinin nümayişi, mübarizəsi və öz suverenliyi uğrunda cəsarətinin təntənəsi idi. Həmin gündən başlayaraq xalqımız və ölkəmiz tamamilə yeni mərhələyə qədəm qoydu və dünya azərbaycanlılarının ictimai və siyasi həyatında, mühüm hadisələrin inkişafında öz təsirini göstərmiş oldu. Bu hadisə dünya azərbaycanlılarının faciəmizin tanıdılması naminə təşkilatlanmasına səbəb oldu. Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirərək yeni dövrün başlanmasını şərtləndirdi. Ölkəmizin müstəqilliyi ideyası inkişaf edərək ümummilli məqsədə çevrildi.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm ideoloji mahiyyəti, həm də fenomenal rolu oldu. Müstəqil Azərbaycanın sonrakı inkişafını şərtləndirən tarixi proseslərə təkan verdi.
Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 30 il sonra, 2020-ci ildə də nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Ordumuz düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

20 Yanvar hadisələri ilə bağlı cinayət işi

Respublika Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, 20 Yanvar hadisələri ilə bağlı cinayət işinin istintaqının ilkin araşdırması zamanı müəyyən olunub ki, istintaq SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş verən hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması səbəbindən 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. Cinayətdə təqsirli bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiqləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə - 29 mart 1994-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən qərar qəbul etdi. "Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi", - deyə Prezident İlham Əliyev bildirib.

Gecikmiş və mənasız etiraf

1994-cü ilin yanvar ayında bu qanlı cinayətin törədilməsində birbaşa rolu olan SSRİ müdafiə naziri, marşal Yazov bildirmişdir: "1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm".
Daxili işlər naziri Bakatin isə yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, "əgər siz sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq".

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. Bu da dünyanın "ədaləti".
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı "Həyat və islahatlar" kitabındakı memuarlarında sovet ordusunun Bakıya qanlı müdaxiləsinə bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub. Sonra bu qanlı hadisələrdən öz yaxasını kənara çəkməyə can ataraq, sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini "fövqəladə şəraitin" məcbur etdiyini yazıb: "1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqəladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı".
Daha sonra o, etiraf edir ki, yanvarın 15-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib, lakin Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiyaya nəzarət etməyə imkan verməyib. "Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırılıb və İranla 200 km sərhəd sökülüb".

Lakin bu lənət olunası adam - M.Qorbaçov 1995-ci ildə İstanbulun Çırağan sarayında çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
20 Yanvar faciəsi ərəb mətbuatındaMisir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Sudan, Livan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı “20 Yanvar qurbanları indiyədək ədalət axtarır” sərlövhəli məqalə yayımlanıb.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, Dr. Seymur Nəsirovun qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan xalqı hər il yanvarın 20-də Qara Yanvar adlandırılan faciə qurbanlarının xatirəsini böyük ehtiramla yad edir.

Qeyd edilib ki, 33 il öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin ermənipərəst rəhbərliyi bütün yerli və beynəlxalq hüquq qanunlarını pozaraq, Azərbaycanın paytaxtı Bakıya qoşun yeridib və azadlıq tələbi ilə küçələrə axışan dinc nümayişçilərə qarşı kütləvi qırğın törədib. “Azərbaycan azadlıq və müstəqillik əldə edib, qatilləri isə məyusluq və peşmançılıq təqib edir – bu, tarixin hökmüdür”.

Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələrinin, o cümlədən Misirin ictimaiyyəti Azərbaycan xalqının yanında olub. 1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavir əl-Demerdaş əl-Okali yanvarın 20-də tank atəşinə məruz qalan müsəlman Azərbaycan xalqına qarşı mövqeyi ilə əlaqədar Sovet İttifaqına Misir parlamentinin etirazını göndərib. Xalqımızın bu münasibəti heç bir zaman unutmadığı vurğulanıb.

20 Yanvar hadisəsindən 33 il keçsə də, dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində əməli addım atmadığına diqqət cəlb edilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://almsaey1.akhbarelyom.com/news/newdetails/3359095/1/%D8%A7%D9%84%D8%AC%D8%A7%D9%84%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9-%D9%85%D9%88%D8%A7%D9%82%D9%81-%D8%A7%D9%84%D8%B4%D8%B9

https://elalmelarby.com/?p=40336

https://alhanews.com/مازال-ضحايا-20-يناير-ينشدون-العدالة/

https://alharir.info/%D9%85%D8%A7%D8%B2%D8%A7%D9%84-%D8%B6%D8%AD%D8%A7%D9%8A%D8%A7-20-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%8A%D9%86%D8%B4%D8%AF%D9%88%D9%86-%D8%A7%D9%84%D8%B9%D8%AF%D8%A7%D9%84%D8%A9/

https://rayetmisr.com/%d9%85%d8%a7%d8%b2%d8%a7%d9%84-%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-20-%d9%8a%d9%86%d8%a7%d9%8a%d8%b1-%d9%8a%d9%86%d8%b4%d8%af%d9%88%d9%86-%d8%a7%d9%84%d8%b9%d8%af%d8%a7%d9%84%d8%a9/

https://www.aldiplomasy.com/?p=121420

https://worldnewnews.com/%d9%85%d8%a7%d8%b2%d8%a7%d9%84-%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-20-%d9%8a%d9%86%d8%a7%d9%8a%d8%b1-%d9%8a%d9%86%d8%b4%d8%af%d9%88%d9%86-%d8%a7%d9%84%d8%b9%d8%af%d8%a7%d9%84%d8%a9/

https://california-times.com/2023/01/18/%d9%85%d8%a7%d8%b2%d8%a7%d9%84-%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-20-%d9%8a%d9%86%d8%a7%d9%8a%d8%b1-%d9%8a%d9%86%d8%a7%d8%b4%d8%af%d9%88%d9%86-%d8%a7%d9%84%d8%b9%d8%af%d8%a7%d9%84%d8%a9/

http://alarb-news-agency.com/index.php/2023/01/18/the-victims-of-january-20-are-still-seeking-justice/

https://www.akhbarelnaselyoum.com/?p=65516

https://nayrouz.com/article/344100#.Y8g94yn4NdU

https://sinopanorama.net/2023/01/18/%d9%85%d8%a7%d8%b2%d8%a7%d9%84-%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-20-%d9%8a%d9%86%d8%a7%d9%8a%d8%b1-%d9%8a%d9%86%d8%b4%d8%af%d9%88%d9%86-%d8%a7%d9%84%d8%b9%d8%af%d8%a7%d9%84%d8%a9/

https://garbnews.net/news/s/218097

https://mustaqbl.net/%d9%85%d8%a7%d8%b2%d8%a7%d9%84-%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-20-%d9%8a%d9%86%d8%a7%d9%8a%d8%b1-%d9%8a%d9%86%d8%b4%d8%af%d9%88%d9%86-%d8%a7%d9%84%d8%b9%d8%af%d8%a7%d9%84%d8%a9/

https://elamin-news.blogspot.com/2023/01/20_18.html?m=1

http://alarabiytv.iq/?page=1169

https://www.wrkaanews.com/archives/39787?utm_source=site&utm_medium=social_share&utm_content=whatsapp

مازال ضحايا 20 يناير ينشدون العدالة https://wp.me/p8Sxmy-17tR

مازال ضحايا 20 يناير ينشدون العدالة https://alan-eg.com/2023/01/18/مازال-ضحايا-20-يناير-ينشدون-العدالة-2/

https://alrased.news/?p=171326

https://www.alnahar.news/64219

https://www.alnuhud.com/?p=126294
İranda etiraz aksiyaları yenidən alovlandıYanvarın 19-dan 20-ə keçən gecə İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

Tehranın Tehranpars və Ekbatan bölgələrində başlayan nümayişlərdə "ölüm olsun Xameneiyə" şüarları səsləndirilib.

Həmçinin, Kirmanşah, Bəndər Abbas, İzə, Dehqolan, Dezful şəhərlərində də etiraz aksiyaları keçirilib və molla hökumətinin simvolları yandırılıb.
Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir - İran səfiri"Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir".

"Sputnik Armenia" xəbər verir ki, bunu Sünik vilayətinə səfəri zamanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib.

"Tehran bütün qonşuları ilə münasibətdə müxtəlif sferalarda əməkdaşlığın inkişafına yönələn siyasət yürüdür. Ermənistan bizim dost olan qonşularımızdandır və ona münasibətdə də belə siyasət yürüdülür. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - deyə səfir söyləyib.

Qeyd edək ki, bu yaxınlarda İran və Ermənistanın paytaxtları - Tehran və İrəvan rəhbərliyi arasında şəhərlərin qardaşlaşması haqqında anlaşma imzalanıb.
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiQanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu gün Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları şaddır«20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. 20 Yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi.

Qeyd edim ki, car Rusiyasının siyasətini bu dəfə sovet imperiyası davam etdirirdi. Yenə də ayrıseçkilik aparılır və ermənilər müdafiə olunur, imperiya Qarabağı ermənilərə vermək istəyirdi. Qarabağ uğrunda hərəkat milli azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır. 1918-ci ildə Şərqdə ilk demokratik dövlətimizin üçrəngli bayrağı yenidən meydanlarda ucaldıldı. Xalq ayağa qalxdı və istiqlalını bərpa etdi.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

Təhlükələrdən çəkinməyərək 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə «20 Yanvar Şəhidi» fəxri adı təsis edilib.

Deputat diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 500 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı «20 Yanvar» dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

K.Bayramov əlavə edib ki, bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhları şaddır. Çünki artıq müstəqilliyimiz əbədidir. Qarabağımız azaddır, 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar Zəfərlə nəticələndi. Bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən də 20 Yanvar şəhidlərinin ruhları şaddır.
Bakının bu rayonunda binalar sökülürBakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır.

Avrasiya.net Bakı.vs-ə istinadən xəbər verir ki, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.

Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur.
Ukraynada 50 minə yaxın “Vaqner”çi var - Britaniya kəşfiyyatıRusiyada "PMC Wagner Center" hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb.

Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir. Sənədlərdə heç bir şəkildə onun hərbi fəaliyyəti göstərilmir. Britaniya kəşfiyyatı hələ ki qeydiyyatdan keçmiş “PMC Wagner Center”in “Vaqner” qrupunun döyüş bölmələri ilə qarşılıqlı əlaqədə necə istifadə olunacağını bilmir. Qeyd olunur ki, Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir.

Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Ukraynada cəbhə bölgəsində 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən korrupsiya yolu ilə maliyyələşir.

Britaniyalı mütəxəssislərin fikrincə, qeydiyyatın məqsədi çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir.
"DAYAQ" 20 yanvar şəhidlərini ziyarət edibAzərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir.

"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın idarə heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü. Şəhidlər kompleksinin qarşısına əklil qoyuldu və dualar oxundu.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!