Qubad İbadoğlu partiyasını buraxdıAzərbaycan Respublikası prezidentinin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7.-ci maddəsinə görə, “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam.

Avrasiya.net xəbər verir ki, bunu ADR Partiyasının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək.

"Bu barədə sizi məlumatlandıracağam. Böyük ehtimalla partiya fəaliyyətini bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcək", - o qeyd edib.
Aksiyaçıların sayı durmadan artırXankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya 32 gündür davam edir.

Avrasiya.net xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər. Onlar da digərləri kimi Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya zamanı gecə olduğu kimi, gündüz saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Azərbaycana qayıda bilər.

Bu barədə “Report”a müsahibəsində braziliyalı keçmiş hücumçu özü məlumat verib.

34 yaşlı “sambaçı” fevralın 16-da Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent”lə Bakıda keçirəcəyi matçı izləmək üçün Bakıya gəlməyi planlaşdırır: “Həmin görüşü izləmək üçün övladımla birlikdə yenidən Bakıya gəlməyi çox istəyirəm. Gəlsəm, məni dəstəkləyən azarkeşlərlə, “Qarabağ”da çox sevdiyim insanlarla mütləq görüşəcəyəm. Azarkeşlərdən, klub rəhbərliyindən, məşqçilərdən, keçmiş komanda yoldaşlarımdan, bir sözlə, Azərbaycandan ötrü darıxmışam”.

“Qarabağ”la “Gent” arasında Belçikadakı cavab qarşılaşması fevralın 23-də baş tutacaq.

Qeyd edək ki, 2013-2017-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında “Qarabağ”ın formasını geyinən Reynaldo 4 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

Reynaldo Silvanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Vəzifəli şəxs rüşvət alarkən yaxalandıBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Avrasiya.net-ə Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Ermənistan tərəfi sülh üçün yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir"Sapı özümüzdən olan bəzi “balta”lar son vaxtlar orda-burda ara qarışdırmaqla məşğul olaraq bildirirdilər ki, Zəngəzur dəhlizinin açılması real deyil, mümkünsüzdür və s. Onlar bu cür təxribatçı fikirləri ilə Zəngəzur dəhlizinin açılması perspektivini məqsədyönlü surətdə şübhə altına alırdılar. Ancaq Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ordu quruculuğu, təhlükəsizlik, Ermənistan-Azərbaycan münasibətləri, mümkün müharibə riskləri, Laçın yolundakı ekoaksiya, Rusiyanın sülhməramlı kontingenti, Qərbi Azərbaycana qayıdış, Fransanın şər siyasəti, regional və qlobal proseslər və digər məsələlərlə yanaşı Zəngəzur dəhlizi ilə bağlı məsələyə də tam aydınlıq gətirildi.

Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, “Zəngəzur dəhlizi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil. Bu bizim üçün strateji layihədir. Biz tam əminik ki, bunun reallaşması bizim təbii hüququmuzdur. Bundan əlavə, Zəngəzur dəhlizinin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda da öz əksini tapır. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq”. Bununla da bədxah qüvvələrin Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarına son qoyuldu.

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu qədər konkret və prinsipial mövqe sərgiləməsi Ermənistanın özünə də, onun “bacı”sı Fransaya da, Zəngəzur dəhlizinə görə yuxularını qarışdıran İran mollalarına da açıq mesajdır. Bu da bir daha onu göstərir ki, hazırda bölgənin gələcəyi, o cümlədən Ermənistanın özünün də gələcəyi ilə bağlı əsas şərtləri məhz Azərbaycan diqtə edir. Azərbaycanın belə inamlı və qətiyyətli mövqe sərgiləməsi həm də ondan irəli gəlir ki, Zəngəzur dəhlizinin açılması təkcə ölkəmizin deyil, dünya güclərinin də maraq dairəsində olan məsələdir. Bu amil heç şübhəsiz ki, Azərbaycanın öz şərtlərini diktə etmək imkanlarını daha da artırır. Ona görə də, Prezident İlham Əliyevin "Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq", deyə qətiyyətli mövqe sərgiləməsi tam da anlaşılandır.

Dövlət başçısının Zəngəzur dəhlizi və Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış niyyətlərimizin də real xarakter daşıdığını göstərdi. Onun “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” bəyanatını verməsi də bütün bədxahlara, pessimistlərə, Azərbaycanın öz tarixi haqqlarının bərpa edilməsinə yönəlik iddia və tələblərlə çıxış etməsini gözü götürməyənlərə qapaq oldu. Beləliklə, İlham Əliyev Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdışla bağlı bütün şübhələrə, qərəzli dəyərləndirmələrə nöqtə qoydu.

“Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür” fikrini dilə gətirməsi isə onu göstərir ki, dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış perspektivlərimizi həm də strateji nöqteyi-nəzərdən, qlobal geosiyasi proseslər fonunda dəyərləndirir. Yeni dünya nizamı heç şübhəsiz ki, Azərbaycan üçün də olduqca əlverişli imkanlar aça bilər. Biz Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının mümkünlüyünə həm də bu kontekstdən yanaşmalıyıq.

Sözügedən müsahibəsində Prezidentin toxunduğu bir digər önəmli məqam isə Ermənistanla üçüncü müharibənin olmayacağını bəyan etməsi oldu. Çünki biz Ermənistanla məsələmizi böyük ölçüdə artıq həll etmişik. Yəni ki, İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Xankəndidəki mülki ermənilərin gələcək taleyi ilə bağlı məsələ isə Azərbaycanın daxili işidir, bunun Ermənistana heç bir aidiyyatı yoxdur. Ona görə də Ermənistan tərəfi sülh üçün yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir. 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Bu, əslində Azərbaycan liderinin Ermənistana yönəlik növbəti humanist, sülhsevər xəbərdarlığıdır. Bu mənada, Prezidentin “Əminəm ki, üçüncü müharibə olmayacaq” fikrini dilə gətirməsi həm də Azərbaycanın sülh tərəfdarı olduğunu təsdiqləmək baxımından olduqca əhəmiyyətlidir.

Lakin onu da nəzərə alırıq ki, təhdidlər hələ tam aradan qalxmayıb və müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Ermənistanda revanşist çağırışlar səngimir, Xankəndidə isə separatçıların təxribatları davam edir. Ermənistana havadarlıq edən və Azərbaycana qarşı hərbi müdaxilə planları olan qüvvələr də boş dayanmırlar. Odur ki, Azərbaycan da tamamilə düzgün olaraq öz hərbi gücünü getdikcə artırır. Belə ki, komando qüvvələrimizin tam formalaşması, Xüsusi Təyinatlı Qüvvələrimizin sayının ən azı iki dəfə artırılması uğurlu nəticələrdir.

Həmçinin ölkəmizdə hərbi sənayenin inkişaf etdirilməsinin yeni dövrü başlayır. Bu da bizim həm müdafiə qüdrətimizi, həm də xarici ölkələrə silah ixracı imkanlarımızı qat-qat artıracaq. Ona görə də Ermənistanı kompassız gəmi kimi idarə edən, əvvəllər Rusiyanın qanadı altına sığınıb, indi isə Fransa, İran və Hindistanın qucağında oturan rəsmi İrəvan dərk etməlidir ki, Azərbaycan kimi qüdrətli hərbi-iqtisadi güclə hesablaşmamaq və yeni müharibəyə can atmaq Ermənistan üçün həqiqətən də özünəqəsd olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Reyestrdən keçməyənlər məhkəməyə veriləcəkMedia Reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək.

Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov qeyd edib ki, Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var və bu müddət ərzində onlar müraciət edə bilərlər:

“Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Bakı və Moskva razılaşdı: prosses başlayır - ArkovErmənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi aparır. Onun siyasi imicini İlham Əliyevin imici ilə müqayisədə müsbət xarakterizə etmək olmaz. Buna bir nümunə iki liderin verdikləri müsahibələri göstərmək olar.

Bu fikirləri rusiyalı politoloq Vitali Arkov bildirib.

“Əliyev Ermənistana son xəbərdarlıq etdi. Hesab edirəm ki, Bakı və Moskva bu mövqeləri razılaşdırıblar. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb. Və onun qarışıq tezisləri yalnız bütün qüvvələri bir anda sevindirmək istəyinin sübutudur. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu böyük savaşa yol aça bilər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, erməni xalqının belə bir liderə sahib olması həqiqətən təəssüf doğurur.

Azərbaycan Ordusu sakitcə Xankəndiyə girəcəkErmənistan imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrəvan bunu etməkdən qorxur. Bəli, minalanmış ərazilərin bəzi xəritələrinin ötürüldüyü məlumdur, lakin bu, çox kiçik bir nəticədir. Ermənistan Qarabağa iddialardan əl çəkməlidir. Amma bunu dəfələrlə demişəm, Nikol Paşinyan qorxur ki, Bakının şərtləri ilə razılaşarsa, onunla haqq-hesab çürüdüləcək. Şərtlər isə sadədir: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olurlar, heç bir muxtariyyət almırlar. Amma yerli özünüidarəetmə orqanlarına öz adamlarını seçmək imkanı yaranacaq (ölkənin istənilən regionunda olduğu kimi red.). Bu, birinci variantdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Oxu.az-a müsahibəsində Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki. bunun alternative də var - ermənilərin əksəriyyətini Qarabağdan çıxarmaq. Hər iki variant Paşinyanı qorxudur:

“Paşinyan Azərbaycan şərtlərini çox ağır hesab edir, Ermənistan əhalisi və erməni diasporu eyni cür düşünür. Belə şəraitdə Ermənistanın baş naziri qərara gəlib ki, Rusiyadan Ermənistandan daha aktiv çıxış etməyi xahiş eləsin. Amma Moskva bunu istəmir, xüsusən ona görə ki, indi onun hərbi əməliyyatlara görə (Ukraynada – red.) öz qayğıları var. Bu şəraitdə Nikol Paşinyan Rusiyanı Fransaya dəyişməyə başladı.

Fransa hakimiyyətinin müxtəlif qollarının çoxsaylı qərar və qətnamələri hamıya yaxşı məlumdur. Ermənistanın regiona beynəlxalq sülhməramlıları çağırması heç kimə sirr deyil. Bakı, təbii ki, Qarabağda fransızların peyda olmasına imkan verməyəcək, lakin İrəvan onları heç olmasa, Ermənistanla Azərbaycan sərhədində yerləşdirmək istəyir.

Ermənistanın Rusiyadan Fransaya keçmək cəhdi var. Açığını deyim ki, Paşinyan çoxdan Rusiyadan imtina edərək Fransa və ABŞ-dan yapışar və Qərb qüvvələrinin Ermənistana “yerləşəcəyi” ümidi ilə Rusiya maraqlarını Qərbə satardı. Amma fransızlar və amerikalılar erməni maraqları üçün döyüşmək istəmirlər. Onların da elə Ukrayna böhranı da daxil olmaqla, bir sıra öz problemləri var, onların Ermənistandan başqa məşğuliyyətləri var. Elə həmin Fransa Prezidenti Emmanuel Makron indi pensiya islahatı ilə bağlı daxili siyasi böhran içərisindədir, reytinqləri düşür və s. Bu isə bugünkü prosesin əsas intriqasıdır.

Ən böyük ehtimal odur ki, Qərbdə heç kim heç nə etməyəcək, Paşinyan Fransa ilə Rusiya arasında vurnuxmağa davam edəcək. Amma 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq. Bu, hadisələrin ən çox ehtimal olunan inkişafı olacaq”.