Fransa bizə şər atırdı, üzrxahlıq tələb edirəm - PREZİDENTBizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik.

“Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
"Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur""Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla danışıqların davam etdirilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən söyləyib.

Dövlət başçısı deyib: “Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.
Bakıda avtobus 10 yaşlı məktəblini vurub öldürdüBakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.
Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırBu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı deyib: “Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”.

Prezident qeyd edib ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Dövlət başçısı vurğulayıb ki, deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik:

“Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır”.

Prezident deyib ki, bizim bütün proqramlarımız bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.
İranda etirazlarda öldürülənlərin sayı açıqlandıİranda davam edən etiraz aksiyalarında 70-i uşaq olmaqla, 519 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda 698-i tələbə olmaqla 19291 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.

Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.
Ukrayna Rusiya katerini məhv etdiUkrayna hərbçiləri Dneprdə Rusiya katerini vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Yevgeni Yerin məlumat verib.

“Beloqrudi adası yaxınlığında düşmən hərbçilərinin olduğu kater artilleriya atəşinə tutulub. Bildiyimə görə, kater məhv edilib”,- məlumatda qeyd edilib.
İTV “Avroviziya-2023” seçimi üçün qəbul vaxtını uzadıbAvroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.

Seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını [email protected] elektron ünvanına göndərməlidirlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.
Baş katib: "Aİ və NATO Ukraynaya dəstəyi artırmalıdır""Avropa İttifaqı və NATO Ukraynaya dəstəyi artırmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansla Aİ arasında hərbi əməkdaşlığa dair bəyannamənin imzalanmasına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO və Avropa İttifaqı Kiyevə dəstək üçün birləşib: “Biz Ukraynaya yardımımızı daha da gücləndirməliyik”.

Qeyd edək ki, yanvarın 10-da NATO və Avropa İttifaqı arasında birgə hərbi əməkdaşlığa dair bəyannamə imzalanıb.

Prokurorluq əməkdaşları Ağdam Musiqi Kollecində əməliyyat keçirirBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ağdam rayonunun Quzanlı kəndində yerləşən Ağdam Musiqi Kollecində əməliyyat tədbiri keçirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən fakt "Report"a təsdiq edilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
14 nəfər dəm qazından zəhərləndiSon iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.

Avrasiya.net xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, müraciət edənlərdən 5-nin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya qəbul edilib, digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.