DSX Akademiyasında yanğın: 14 nəfər zəhərləndiDövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
İranda ümumölkə tətili - SEPAH hədələdiİranın 70-dən çox şəhərində bazarların bağlanması ilə müşayiət olunan ümumölkə tətillərinin ilk günündə İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq, tətillərə qoşulan etirazçıları təhdid edib.

Axar.az xəbər verir ki, bəyanatda etirazçılara qarşı təhlükəsizlik qüvvələri tərəfindən qətiyyətli addımların atılacağı bildirilib.

“Ölkənin təhlükəsizlik, hüquq-mühafizə orqanları və Bəsic qüvvələri ağıllı davranaraq, ictimai təhlükəsizlik və asayişi pozan dələduz iğtişaşçıların qarşısını qətiyyətlə alacaq, silahlı quldurlar və düşmənlərin muzdlu terroçuları ilə mübarizədə sakit durmayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, İran etirazçıları “iğtişaşçı”, “Qərb dövlətləri tərəfindən idarə olunan düşmən” və “quldur” adlandırır.
Vasif Talıbovun dövlətimizə qarşı – Sensasion sərəncamıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bayraq Günü ilə bağlı sensasion sərəncamının mətni yayılıb.

Axar.az xəbər verir ki, Vasif Talıbov bu sərəncamla 17 noyabrı Naxçıvan Muxtar Respublikasında “Dövlət Bayrağı Günü” elan edib.

V.Talıbov bu fərmanı 2014-cü ildə imzalayıb və həmin tarixdən Naxçıvanda 17 noyabr (1991-ci il 17 noyabrda Naxçıvan Ali Məclisində Üçrəngli bayrağın ilk dəfə qaldırılmasına görə - red.) Bayraq Günü kimi qeyd edilir.

Zəruri olaraq bildirək ki, Azərbaycanda Dövlət Bayrağı Günü 9 noyabrdadır. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu ildə imzaladığı sərəncamla qeyd edilir.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə fərman imzalayaraq, 17 noyabrı Naxçıvanda Dövlət Bayraq Günü elan etməsi isə qanunsuzluqdur. Çünki Naxçıvan Azərbaycanın anklavıdır və Azərbaycan Respublikasında iki Bayraq Günü ola bilməz.

Xatırladaq ki, Azərbaycanda 17 Noyabr tarixi Milli Dirçəliş Günüdür.
60 ukraynalı döyüşçü əsirlikdən azad edildiUkrayna Rusiya ilə yeni əsir mübadiləsi aparıb. Budəfəki mübadilə zamanı daha 60 ukraynalı hərbçi vətənə qayıdıb.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın Telegram-da verdiyi məlumata görə, əsirlikdən qaytarılan hərbçilərin 15-i zabit, 45- isə sıravi əsgər və çavuşdur.

"Daha bir uğurlu əsir mübadiləsi apardıq. Ukrayna Silahlı Qüvvələri günündə Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 60 əsgəri - 58 kişi və 2 qadın, 15 zabit və 45 sıravi əsgər-çavuş evinə qayıdır. Bu bayram günü ən gözəl xəbərdir, çünki qəhrəmanlar sağ olmalıdırlar”, - deyə o qeyd edib.

Yermakın sözlərinə görə, əsirlikdən qaytarılanlar 60 nəfərdən 43-ü Mariupol, 14-ü isə "Azov" müdafiəçiləridir. Onlardan bəziləri yaralıdır.
Qardaşlığımız düşməni qorxuya salır - SƏFİRTürkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı “Qardaş Yumruğu” hərbi təlimlərinin keçirildiyi ərazidə olub.

Avrasiya.net xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.

“Dosta güc və güvən, düşmənə qorxu verən Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi yan-yana, çiyin-çiyinə və kürək-kürəyə əbədi olaraq yaşayacaqdır. Birliyimiz sarsılmazdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - səfir yazıb.
Azərbaycanda tanınmış prodüserin əri saxlanıldıPaytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs tutulub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə saxlanılıb. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib.

Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə instaqram sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Məlumat üçün bildirək ki, saxlanılan şəxslərdən biri Rasim Həsənov prodüser Təranə Səmədovanən həyat yoldaşıdır.

Ötən gün Təranə şəxsi İnstaqram hesabında əri Rasim Həsənovun keçmiş sevgilisi Abbas Səfərovun şikayəti əsasında həbs olunduğunu yazıb.
İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdırVətən müharibəsi bitdikdən sonra 2020-ci il dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Keçirilən bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən müharibədə qazandığı tarixi Qələbənin təntənəsi oldu. Qazanılan tarixi qələbə nəticəsində 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.

Zəfər paradında xüsusi məqamlardan biri isə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi oldu. Qeyd etməliyik ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü olmaqla yanaşı iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Zəfər paradını keçirməsi dostlarımızı sevindirmiş, düşmənlərimizi isə dərindən yaralamışdır.

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarixi Zəfərimizin qazanılmasında qardaş dövlətin mənəvi dəstəyi xüsusi rol oynamışdır. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir.

Postmüharibə dövründə Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti, quruculuq, abadlıq işlərində qardaş Türkiyə dövləti də yaxından iştirak edir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın evlərinə qayıtması üçün “Böyük qayıdış”ı reallığa çevirmək məqsədilə böyük işlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
"İranın normal qonşuluq siyasəti yürütmək niyyəti yoxdur"Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimləri İrana mesaj və ya güc nümayişi deyil. Amma İran tərəfi bunu məhz özünə qarşı ünvanlanmış mesaj kimi dəyərləndirirsə, lap yaxşı, qoy dəyərləndirsin və bundan sonra anti-Azərbaycan siyasətinə son qoysun, ölkəmizə qarşı münasibətinə çəki-düzən versin.

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməyə məcburdur və bizi buna məcbur edən ölkələrdən biri də İran İslam Respublikası adlandırılan şər yuvasıdır. İran özünün aqressiv, qeyri-dost siyasəti ilə, davamlı təxribatları ilə bölgədə sülh və sabitliyə daim təhdid yaradır. Bu ölkə gah sərhədlərimiz boyunca ard-arda hərbi təlimlər keçirir, gah diplomatların, deputatların və SEPAH generallarının ağzıyla bizi hədələyir, gah da Qarabağa diversantlar göndərir, Xankəndidəki erməni separatçılarına bu və ya digər formada dəstək verir.

Bütün bunlar onu göstərir ki, İranın normal qonşuluq siyasəti yürütmək niyyəti yoxdur. Ona görə də biz qardaş Türkiyə ilə birgə səylər əsasında fars-molla rejiminin şər siyasətinə qarşı sipər çəkməyə məcburuq. Bu baxımdan, iki ölkənin birgə hərbi təlimləri bilavasitə Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xidmət edir.

Mollaları ağıllandırmağın, onları reallıq hisinə qaytarmağın başqa yolu yoxdur. Sərhədlərimizdə təlim keçirən, Arazın üzərindən panton körpü salan bir ölkəyə eyni qayda ilə cavab verdik ki, rəsmi Tehran həddini bilsin və bundan sonra bir daha ölkəmizə qarşı məkrli addımlar atmağa cəhd göstərməsin. Ermənistanı "Dəmir yumruq"la necə əzmişiksə, İranı da "Qardaş yumruğ"u ilə haqq yoluna gətirə bilərik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Leyla Abdullayeva Parisdə erməniləri faktlarla susdurduAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan “Avrasiyanın dostları” tədbirində iştirak edib.

Avrasiya.net xəbər verir ki, OECD-nin Baş katibinin müavini Kerri-Ann Jon, eləcə də təşkilatın aidiyyəti bölmələrinin nümayəndələri tədbirdə çıxış edərək, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin bütün dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməsi, gələcək illər üçün iqtisadi inkişafa gözlənilən mənfi təsirlər barədə məlumat veriblər.

OECD-nin Avropa Rəqabətlilik Proqramı ölkələrinin təşkilat yanında akkreditə olunmuş səfirliklərinin nümayəndələri bu böhranın ölkələrin iqtisadiyyatına təsiri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, müharibənin ilk günlərindən etibarən ölkəmiz tərəfindən Ukraynaya göstərilən yardımlardan söz açıb. Deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələr sırasında olub. Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkətinin humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin etdiyini bildirib.

Diplomat Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi dövlətlərin ərazi bütövlüyünə dəstək prinsipini hər zaman rəhbər tutduğunu vurğulayıb.

Leyla Abdullayeva hazırkı geosiyasi və geoiqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Bu ilin son 6 ayı ərzində iqtisadi artımın qeydə alındığını, qeyri-neft sektorunda 7,8 faiz, nəqliyyat sektorunda 27,2 faiz artımın müşahidə olunduğunu diqqətə çatdırıb.

Həmçinin L.Abdullayeva iclasda Ermənistan tərəfindən səsləndirilmiş tamamilə yanlış və ittiham dolu çıxışa da münasibət bildirərək, bölkgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib. Qeyd edib ki, Ermənistanın bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır. “Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq”, – deyə diplomat vurğulayıb.

L. Abdullayeva işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə də məlumat verib.

Qeyd edək ki, tədbirin əsas məqsədi OECD-yə üzv ölkələrin, eləcə də təşkilatın Avrasiya Rəqabətlilik Proqramında iştirak edən tərəfdaş ölkələrin səfirlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək, regionda və qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının iqtisadi sarsıntılarını idarə etmək siyasətini qiymətləndirmək və müzakirə etmək olub.
Rusiyalı müğənni azərbaycanlı ilə əlbəyaxa olduSankt-Peterburqda barlardan birinin yaxınlığında rusiyalı müğənni Qriqori Lepslə azərbaycanlı olduğu iddia edilən şəxs arasında dava düşüb.

Axar.az xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.

“Hadisə dekabrın 3-nə keçən gecə Moskva prospektindəki barda baş verib. Leps bara daxil olaraq oradan spirtli içki alıb. Onun 39 yaşlı Səid adlı yerli sakinlə mübahisəsi yaranıb. Mübahisə zamanı ziyarətçi ilə sənətçi barı tərk edərək əlbəyaxa dava ediblər. Leps qarşı tərəfə zərbə endirərək onun burnunu sındırıb”, - məlumatda deyilir.

İddia edilir ki, mübahisəyə səbəb Səid adlı şəxsin pul qarşılığında Lepsə onunla nərd oynaması təklifi olub. Bu təklifdən sonra onlar ciddi mübahisə ediblər.