"Fransa Senatı qanunlarla yox‚ sifarişlərlə işləyir"Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərar heç bir reallığa sığmır vər heç bir əsasa söykənmir. Fransa senatı özü mahiyyət etibari ilə bu qərəzli​ fikirləri ehtiva edən absurd qərarı ilə beynəlxalq qanunları pozmuşdur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar qəbul etməsi və əsası olmayan müzakirələr aparması‚ dünya​ birliyinin qərar qəbul etdiyi məsələyə münasibət bildirib BMT qərarlarının əksinə olaraq mübahisələndirməsi BMT nizamnaməsini kobud şəkildə pozmaqdır. Bu qətiyyən yolverilməz haldır.

Çünki BMT qərarlarının qüvvədən düşməsinə zəmin yaradacaq. BMT Təhlükəsizlik Şurasında baxılıb qərar çıxarılan məsələyə heçbir dövlət yenidən baxa və hər hansı müzakirəyə çıxarıb mübahisələndirə və müstəqil qərar qəbul edə bilməz. BMT TŞ-nın qərarları məcburidir və bu qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təsdiqlənir və Ermənistan hərbi qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılmalı olduğu bildirilir. Fransa bu da bu qərarı verən qurumun daimi üzvüdür və belə olan halda Fransa senatı nəyi müzakirə edir və niyə edir?? Səbəb nədir?? Eyni zamanda BMT TŞ-nın qəbul etdiyi qərarın əksinə olan bir qərar qəbul etmək özü​ BMT- nin nüfuzuna kölgə salır və​ beynəlxalq hüququn pozulmasıdır.

Bu o deməkdir ki‚ yuxarı instansiya bir məhkəmə orqanının qərarını kiçik instansiya məhkəmə orqanı yenidən müzakirəyə çıxarıb qərarı pozaraq yenidən qərar çıxarır. Belə hala qətiyyən yol verilə bilməz. Fransa senatının qəbul etdiyi qərar sadəcə Azərbaycana qarşı qərəz xarakteri daşıyır və erməni lobbi təşkilatlarının sifarişidir. Belə görünür ki‚ Fransa senatı qanunlarla və hüquq anlayışı ilə yox‚ şəxsi hisslərlər və sifarişlərlə işləyir. Azərbaycana qarşı qəbul edilən qərəzli anti-qərarın mahiyyəti bundan ibarətdir. Ümumiyyətlə Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərarda Azərbaycanın ünvanına səsləndirdiyi ifadələr‚ etdiyi çağırışlar böhtan və qarayaxma motivlidir. Bu qərar birmənalı olaraq yalan və böhtan məzmunludur və şəxsi qərəzlilikdən qaynaqlanır.

Ermənilərin sifariş və diktəsilə senat bu layihəni müzakirəyə çıxararaq qəbul etmişdir. Belə bir qeyri-qanuni və qeyri-obyektiv qərarın heçbir hüquqi əsası yoxdur. Fransa BMT TŞ-nın daimi üzvü olmasından əlavə eyni zamanda Azərbaycan və Ermənistan sülh danışıqları prosesində vasitəçiliyi öz üzərinə götürmüş və bunun üçün beynəlxalq mandata sahib olan ATƏT-in Minsq qurupunun 3 həmsədrindən biri olub və məsələnin nizamlanmasında Fransa obyektiv vasitəçilik missiyasını illərlə öz üzərində daşıyıb. Minsq qurupunun həmsədr ölkəsi olaraq Fransa senatının qəbul etdiyi qərar yolverilməzdir. Senatın qərarı Fransanın Minsq qurupunun tərkibindəki vasitəçilik mövqeyində də nə qədər qeyri-səmimi olduğunu gəstərmiş olur.​ Senatının Azərbaycana qarşı qəbul etdiyi anti-qərar birmənalı olaraq erməni təəssübkeşliyindən qaynaqlanır və heçbir reallığa söykənmir.

Belə ki‚ Qarabağı "Artsak" adı ilə erməni ərazisi kimi tanıyaraq separatizmi dəstəkləmək terrorizmi və işğalı dəstəkləməkdir. Bu beynəlxalq hüququn və BMT nizamnamələrinin kobud və qəddarcasına pozulmasıdır. Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən və Ermənistanı işğalçı ölkə kimi tanıyan BMT qətnamələri olduğu halda Fransa senatının Ermənistanın vaxtilə işğal etdiyi torpaqları erməni ərazisi kimi tanıması heçbir hüquq tendensiyasına sığa bilməz. Fransa hökuməti işğalçı və separatçı bir rejimi dəstəkləməklə bölgədə sülhü pozur. Çünki‚ ermənilər Fransanın bu addımından cəsarətlənib Azərbaycana qarşı hərbi təxribatlara başlaya və provokativ addımlar ata bilər. Bu isə bölgədə növbəti hərbi cinayətlərin və terrorların yarana biləcəyini ehtimal etməyə əsas yaradır.

Fransa senatının qondarma sepratçı rejimin legitimliyini‚ varlığını və Qarabağı erməni ərazisi kimi tanınası beynəlxalq hüququ kobud şəkildə ayaqlamaqdır. Belə görünür ki‚ Fransa Cənubi Qafqaz regionunda sülhü və sabitliyi pozmağa və yeni münaqişə ocaqları yaratmağa çalışır. Qarabağ tarixən və hələ qədimdən Azərbaycan torpağıdır və ermənilər yeni dövrlərdə bura qonaq qismində gəliblər. BMT T. Ş.-nın qətnamələri də bunu sübut edir. Belə olan halda Qarabağı erməni torpağı kimi tanımaq elə ermənilərin özünə zərər verməkdir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır və BMT-də belə tanınıb.​ Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamənin heçbir hüquqi əsası yoxdur və ümumiyyətlə hüquqi əsası ola da bilməz.

Çünki‚ artıq beynəlxalq birlik‚ dünya ictimaiyyəti Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan torpağıdır. Bu isə o deməkdir ki‚ beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamə sadəcə kağız parçasıdır və heçbir rəsmi və hüquqi əsası yoxdur. Hətta işğalçı Ermənistan belə Qarabağın müstəqilliyini bu zamana qədər tanımayıb və tanıya bilməyib. Çünki​ beynəlxalq hüquq mane olub. Ermənistan işğalçı olsa da yaxşı dərk edir ki‚ Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq hüquq da məhz birmənalı olaraq Azərbaycanın tərəfindədir.​

1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq‚ beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri və ərazisi beynəlxalq hüquqla tanınan Azərbaycanın ərazisinə qarşı hərbi təcavüz edərək Qarabağı işğal etmişdir. 1992-ci ildə BMT Təhlükəsizlik Şurası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını təsdiq edərək Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırıb. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz​ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun igidliyi sayəsində Qarabağ işğaldan azad edilmiş və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur olmuşdur. 30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə 1.000.000 Azərbaycanlı öz doğma evindən‚ torpağından qaçqın və köçkün düşmüş‚ didərgin salınmışdır.​ ​

Çox sayda Azərbaycanlı itgin düşmüş‚ yaralanmış‚ həlak olmuş‚ soyqırımına məruz qalmış və ermənistanın etnik təmizləmə siyasətinin günahsız qurbanı olmuşdur. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı faktı bəşəriyyətin ən qanlı insan qətliamlarındandır. Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycanlılara qarşı törətdiyi bu qanlı faciə‚ soyqırım aktı isan haqqlarının dəhşətli pozuntusu və ən ağır hərbi cinayət‚ terror aktıdır. Vaxtilə 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı döyüşlərdə ermənilər tərəfindən Yəhudi gəncləri də həlak edilmişdir.

Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən 30 il öncə işğal edilməsi ilə bu ərazilər dağıdılmış və 30 il keçməsinə baxmayaraq bərpa edilməmiş və hətta dağıdılaraq vandalizm aktları törədilmişdir. Eyni zamanda işğal edilmiş Azərbaycan torpaqlarının təbii sərvətləri talanmış‚ oğurlanmış və xaricə aparılmışdır. Bütün bu faktlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan İqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Hazırda Azərbaycana dəymiş maddi və mənəvi ziyanlıq 100 milyardlarla dollar həcmində ölçülür. Əlbəttə ki‚ Ermənistan hökuməti bu zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir.

30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə tarixi ədalət və​ beynəlxalq hüquq kobud şəkildə pozulmuşdur. Ermənistanın işğalçı olması beynəlxalq ictimaiyyət və BMT TŞ tərəfindən tanınıb və təsdiqlənib. Beynəlxalq hüquqa əsasən ermənistan işğalçıdır və hərbi cinayətlər törədib. Belə olan halda Fransa hökuməti beynəlxalq ictimaiyyətin və BMT TŞ-nın əksinə addım ata bilməz. Fransa özü BMT TŞ-nın qərarlarına hörmət etməyə beynəlxalq qanunlarla və qurumun nizamnaməsinə əsasən borcludur.

Odur ki‚ Fransa hökuməti‚ xüsusən Senat ermənilərlə bağlı heçbir sübuta və reallığa söykənməyən fikir və mövqelərinə yenidən baxmalıdır və heçbir reallığa söykənməyən‚ beynəlxalq qanunların əksinə olan şər və böhtan xarakterli qərəzli qərarına yenidən baxmalı və obyektiv münasibət sərgiləməlidir.

Azərbaycan öz mövqeyində hər zaman haqqlıdır və Azərbaycan dövləti heçbir zaman beynəlxalq hüquqa zidd addım atmayıb. 2020-ci ildə 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlarla aparılmış‚ bütün müharibə mədəniyyətinə‚ hümanizm prinsiplərinə əməl edilmiş‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunmuş və həqiqi bir nümunə göstərilmişdir. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Fransa senatı bu qərəzli qərarı ilə Azərbaycan xalqına və dövlətinə qarşı böyük haqqsızlıq etmiş və beynəlxalq qanunlara qarşı isə böyük kobudluq sərgiləmişdir.

Biz‚ Fransa senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heçbir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir və Azərbaycanın haqqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ Azərbaycanın suveren sərhədlərinə qarşı olan hər bir hücum‚ təhdid və hərbi‚ siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqqlıdır və​ hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi​ ​


-
İran futbolçuları himni oxumaqdan imtina etdilərQətərdə keçirilən Dünya Çempionatının B qrupunun ilk matçında İngiltərə millisi ilə qarşılaşan İran komandası görüşdən öncə dövlət himnini oxumaqdan imtina edib.

Avrasiya.net xəbər verir ki, futbolçular İranda baş verən son siyasi proseslərə etiraz olaraq bu addımı atıblar.

Qeyd edək ki, əxlaq polisinin 22 yaşlı Məhsa Əmini adlı qadını öldürməsindən sonra İranda kütləvi iğtişaşlar başlayıb. Qısa müddət ərzində etirazlar rejim əleyhinə genişmiqyaslı aksiyalara çevrilib. Polislə toqquşma zamanı yüzlərlə iranlı həlak olub.
Cəbrayılda sərhədçilər qəzaya düşdü: ölən varCəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə Avrasiya.net-ə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus UAZ markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
İran XİN-in sözçüsü Azərbaycanla bağlı müsbət mesajlar verdiQonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərdə prinsipimiz qarşılıqlı hörmətdir.

Avrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan Respublikası arasında son vaxtlar müşahidə olunan gərginliyə toxunarkən deyib.

“Bizim qonşularımızla və konkret olaraq Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə prinsipimiz qarşılıqlı hörmət, ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafıdır”.

O əlavə edib ki, son bir ildə iki ölkə arasındakı əlaqələr yüksəlişdə olub və münasibətlər ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə doğru irəliləyir.

“Təəssüf ki, münasibətlərin inkişafı üçün ümumi siyasi iradə tendensiyasına zidd olan məsələlər də baş verir. İranın davranış və fəaliyyətinin əsasında ümumi məsələlər və maraqlar üzərində cəmləşdirməyə çalışmaq durur”.

N.Kənani Bakıya müraciət edərək deyib:

“Mübahisəli məsələlərdən, anlaşılmazlıqlardan tribunalar arxasından danışmamalı, mediadan dostluq üçün fürsət kimi istifadə etməliyik. Biz Azərbaycan hökumətinin rəsmilərinin diqqətini ümumi məsələlərə cəmləşdirməyin və ikitərəfli danışıqlar şəklində anlaşılmazlıqların qarşısının alınması və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradılmasının vacibliyinə yönəltdik”.

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra qeyd edib ki, Tehran Bakıdan müsbət impulslar alıb:

“Bu yaxınlarda Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlar şəklində müsbət mesajlar aldıq və ümid edirik ki, buna uyğun olaraq ikitərəfli danışıqlar şəklində lazımi addımlar atılacaq”.

İranda ad günü adəti: gənc 6 nəfəri güllələdiİranın Kirman əyalətinin Nərmaşir şəhərində atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, 16 yaşlı yeniyetmə yerli adət-ənənəyə uyğun olaraq, ad günü mərasimi zamanı tüfəngdən göyə atəş açmalı imiş. Lakin o, havaya yox, ətrafdakılara atəş açıb və nəticədə 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Nərmaşirin məhkəmə hakimiyyətinin rəhbəri Həmid Əhmədi Müqəddəmin sözlərinə görə, yeniyetmə və ad günü mərasiminin keçirildiyi məkanın sahibi haqqında həbs qətimkan tədbiri seçilib.

Müqəddəm bildirib ki, bayram və matəm mərasimlərində atəş açılması mənasız adətdir və hər dəfə acı nəticələrə gətirib çıxarır:

“Bu pis adət mədəni quruculuq əsasında aradan qaldırılmalıdır”.
“Şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin yekun tədbiri keçirilibAvrasiya.net xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri iştirak ediblər. Layihə Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirlib.

Layihə barəsində ilk olaraq Müvəkkil Hüquq Mərkəzinin Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi məlumat verib. Daha sonra o, layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə rəhbəri, hüquqşünas Səməd Vəkilovdan bu bardədə dolğun məlumat verməsini xahiş edib.

Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə iştirakçılarının şəxslərin hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb. O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının təsbit edidiyi bukletlər hazırlanaraq tədbirdən faydalanan şəxslərə təqdim olunub.

Daha sonra Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin müharibədə iştirakı ilə bağlı məlumat verib.

“Qarbağ müharibəsində ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə 200 nəfərdən artıq müharibə iştirakçısı hərbi rəhbər vəzifədə çalışır. Bu şəxslər daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən “Qazi müəllimlər” adlı kitab da nəşr edilib”.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edərək onun uğurlu şəkildə həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. O, həmçinin şəhid ailələrinin, qazilərin, veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın təqdirəlayiq olduğunu bir daha qeyd edib.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin həsas sosial təbqədən olan bu cür insanlara daimi qayğı göstərməsini alqışladığını vurğulayıb.

Tədbirdə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” təşkilatının rəhbəri, Azərbaycan Dövlət Telviziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu da çıxış edib.

“Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”.

Azərbaycan Dövlət Telviziyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri icra etməklə şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale yolundan bəhs edən “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.
Qazi adının Azərbaycan dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ qazisi Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyə daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri hesab etdiyini bildirdi.

Qazi sözünün etmologiyası ilə bağlı polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə qarşı məmurları diqqətli olmağa çağırıb.

Aprel döyüşlərinin iştirakçısı Zaman Hüseynovun dayısı, şair folklor araşdırmaçısı İlham Qəhrəman tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.

Tədbirdə Cəmiyyət və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat Sadxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk, şəhid ailəsi Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli, Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, hazırda Hollandiyada yaşayan Zeynəb Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament rəhbəri tanınmış fotoqraf Rahim Qədimovda iştirak ediblər.










Prezident YAP-ın yubileyində nələrdən DANIŞDI - TAM MƏTNNoyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.

Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı, bir daha demək istəyirəm, tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

Əlbəttə ki, torpaqlarımızın işğal altına düşməsi vəziyyətimizi daha da ağırlaşdırırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. Çünki beləliklə, o vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Əfsuslar ki, belə də oldu. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

Halbuki, belə meyillər var idi, ondan əvvəlki dövrlərdə də var idi. Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır.

Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.

Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.

Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq.

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Bizim hələ 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi görün nə qədər geniş vüsət almışdır. Hətta onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Amma ondan sonrakı layihələr bizim imkanlarımızı böyük dərəcədə genişləndirdi və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır.

Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu haqda çox danışmaq olar, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istəyirəm. Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir.

Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir.

Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki, beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət qazandırdı.

Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

***

Sonra tədbir çıxışlarla davam etdi.




İsrail Rusiyaya nota verdi və hədələdiİsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.

Axar.az xəbər verir ki, məlumatı İsrail KİV yayıb.

Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edib.

Eyni zamanda, İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.

Hətta, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulatanın Rusiyaya xəbərdarlıq etdiyi də vurğulanıb:

“İran Rusiyadan ballistik raketlər alarsa, Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq”.
Prokuror Rasim Məmmədova 15 il cəza istədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror çıxış edib.

Dövlət ittihamçısı R.Məmmədovun ümumi məbləği 70 milyon olan əmlaklarının müsadirə edilməsini və onun 15 il azadlıqdan məhrum olunmasını istəyib.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.
Rektor sağdır, onun ölümü haqda yazanlar…Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev sağ-salamatdır. İndicə danışdım. Belə xəbərləri yayan saytları qınayırıq.

Avrasiya.net xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Feysbuk hesabında yazıb.

O bildirib ki, Mətbuat Şurası məsələ ilə bağlı rəsmi münasibətini bildirəcək.

Qeyd edək ki, bu gün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin gecə saatlarında vəfat etdiyi ilə bağlı məlumatlar yayılmışdı.