Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Xarici İşlər Nazirlyindən bildirilib.

Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.

Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
İran-Azərbaycan münasibətlərinin hazırki gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinə ara verməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilməsi təsadüf deyil:

“Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir”."İrana səfər təhlükəlidir”
"Qardaş Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı veririk"Türkiyədə İstanbulun mərkəzində baş vermiş qanlı terror aktının törədilməsi və günahsız insanların ölməsi və yaralanması xəbəri bizi ürəkdən sarsıtdı. Terrorun dili‚ dini və vətəni yoxdur. Terror bütün səmavi dinlərdə lənətlənən bir əməldir. Terror ən ağır cinayətdir. Bütün dünya terrorizmə qarşı birgə mübarizə aparnalıdır.
Günahsız insan tələfatına səbəb olan hər bir qanlı əməl lənətlənməlidir.

Qardaş Türk xalqına və Türkiyə dövlətinə qarşı yaşanan və günahsız insanların faciəli ölümünə və yaralanmasına səbəb olan bu xain hücumu şiddətlə pisləyir‚ bu qanlı teraktı törədənləri lənətləyirik.
Belə acılı gündə qardaş Türkiyə dövlətinin və xalqının yanındayıq. Türk xalqının kədərinə şərik olur‚ acısını paylaşırıq.

Həlak olanlara Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Yaralılara isə Allahdan şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Heçbir xain hücum və terror aktı Türkiyə dövlətini öz yolundan döndərə bilməz. Bir daha terrorizmə qarşı mübarizədə Türkiyə dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Dualarımız dost və qardaş Türkiyə xalqı ilə birlikdədir.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi


Eldar Həsənovun ailə üzvlərinin hansı əmlakları geri qaytarılıb? - SİYAHIAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın geri qaytarılan əmlaklarının siyahısı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Ali Məhkəmə tərəfindən geri qaytarılan əmlaklar bunlardır:

- Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;

- Abşeronda yerləşən 106 kvadratmetr sahəsi olan 5 nömrəli mənzil;

- Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 hektar torpaq;
Ətraflı

- Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kvadratmetr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kvadratmetr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar;

- Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kvadratmetr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi.

Qərarda qeyd edilib ki, həmin əmlakların xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.

İstanbulu qana bulayan terrorçudan ŞOK ETİRAFLARÖtən gün Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktının yeni detalları üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşirin ilkin dindirilməsi zamanı qanlı olayın təfərrüatları məlum olub.

O, polisə ifadəsində PKK və bu terror təşkilatının Suriya qolu olan PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və təxribatlar törətmək üçün Türkiyəyə göndərildiyini bildirib. Şübəli qadın terror təşkilatının Kobanidəki qərargahından İstanbulda terror aktı törətmək barədə təlimat aldığını etiraf edib.

Araşdırma zamanı bəlli olub ki, Əhlam Əlbəşir İstiqlal küçəsinə özü ilə bomba gətirməyib. O, ərazidə olan digər bir şəxsdən partlayıcı maddəni aldığını, təxminən 40 dəqiqə gözləyib və tez-tez kiminləsə telefonla danışıb. Nəhayət, paketi olduğu yerdə qoyaraq, hadisə yerindən uzaqlaşıb.

Əhlam Əlbəşirin təxminən 4 ay əvvəl başqa bir terrorçu ilə birlikdə "ər-arvad" kimi İstanbula gəldiyi müəyyən edilib. Onlar terror hadisəsini törədənə qədər tekstil firmasında çalışıblar.

Plana əsasən, terrorçu qadın hadisədən sonra Türkiyədən Yunanıstana qaçmalı idi. Kəşfiyyat məlumatına əsasən, Əhlam Əlbəşir Yunanıstana keçsəydi, terrorçu qrup üzvləri izi itirmək üçün onu öldürüməyi planlaşdırırmış. Lakin caninin İstanbul hüquq mühafizə orqanları tərəfindən ələ keçirilməsi planı alt-üst edib.

Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.

Türkiyə rəsmiləri İstanbul terrorunun ABŞ-ın sifarişi ilə həyata keçirildiyini bildiriblər. Hazırda bununla bağlı ciddi araşdırmalar davam etdirilir.
Qusarda vətənpərvərlik mövzusunda intellektual turnir keçirilibQusar rayonunda yuxarı sinif şagirdləri və gənc müəllimlərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğunu bildirib.
Tədbirdə qonaq qismində iştirak edən Qusar Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sevil Dəmirova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Nazirə Ağalarova bu əhəmiyyətli tədbirin Qusar gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Qusar rayonunun müxtəlif məktəblərində təhsil alan yuxarı sinif şagirdlərindən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda “Qələbə” komandası birinci, “Rəşadət” komandası ikinci, “Uğur” komandası üçüncü yeri tutub.
Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan Vətən müharbəsi şəhidləri haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində təşkil olunan intellektual oyunların Şabran, Xaçmaz və Quba rayonlarında da keçirilməsi nəzərdə tutulub.



Müvəkkil Hüquq Mərkəzi Siyəzəndə şəhid ailələri və qazilərlə görüşüb - FOTOAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir çərçivəsində Siyəzən rayonun Mədəniyyət Mərkəzində növbəti tədbirini keçirib.

Avrasiya.net xəbər verir ki, təşkilatın rəhbəri, hüquqşunas Səməd Vəkilov bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin hüquqlarının təmin olunması dövlət siaysətinin əsas prioritetlərindəndir. Agentliyin maliyyələşdirdiyi bu layihədə dövlət siyasətinin tərkib hissəsidir.
Layihənin məqsədinin şəhid ailələri, müharibə əlillərinin və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işinin təşkili olması olduğu vurğulandı.

Tədbirdə şəhid adlarının əbədləşdirilməsi ilə bağlı qanunvericilik bazası hormativ hüquqi aktlar mövzularda müzakirələr aparıldı. Təşkilatın sədri Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları barədə məlumat verildi. Təşkilatın sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu müharibə iştirakçılarının mənzil təminatı ilə bağlı qanunvericiliyinin normaları barədə məlumat verdi.
Siyəzən rayon sakini Sübhan Məmmədov şəhid və qazi ailələrinin problemlərindən danışaraq yerli məmurların bu siferadan olan şəxslərə qarşı diqqətinin dahada artırılmasını vurğuladı. Görüşdə Siyaəzən rayon İcra Hakimiyyətinin əməkdaşı Elvin Nəzərovda iştirak edib. Sonada tədbir iştirakçılarının sualları cavablandırıldı.

Şagirdlər sinif otağında yemək bişirdi: direktor töhmət aldıBakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.

Bu barədə Avrasiya.net-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb:

"Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib".

Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.
MHP sədri türk xalqına başsağlığı veribQardaş Türkiyənin tarixi paytaxtı və ən böyük meqapolisi sayılan İstanbul şəhərində baş vermiş partlayış və ya terror aktı nəticəsində bir çox insanların həlak olması və xəsarət alması xəbəri biz azərbaycanlıları da olduqca kədərləndirdi. Qan tökülməsinə bais olanlar lənətə layiqdir!

Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq bu ağır faciə ilə əlaqədar qardaş ölkənin acısına şərik olur, həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Acın acımızdır. Yanındayıq, Türkiyə!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
AQC Direktorlar Şurasının yığıncağı keçirilib – Birgə bəyanat qəbul edilibAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatlara dəstək verdiyini və bu istiqamətdə səylərini artıracağını bəyan edib

Toplantıda cəmiyyətə üzv olan 56 qiymətləndirmə şirkətinin rəhbərləri iştirak edib.

Yığıncaq torpaqlarımızın azadlığı urğunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.

Giriş sözü ilə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu ilin may ayında baş tutan hesabat yığıncağından keçən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sədr bildirib ki, hesabat yığıncağından sonra cəmiyyətin tam tərkibdə rəhbər heyəti formalaşdırılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin üzvləri, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və adıçəkilən qurumların rəhbər heyətləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüşlər keçirilib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri üzrə müvafiq razılaşmalar əldə olunub və işçi qrupları yaradılıb. Belə təmasların davamlı olacağını söyləyən AQC sədri əlavə edib ki, avqust ayında cəmiyyət tərəfindən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursları təşkil olunub. “Demirçi Tauer” biznes mərkəzində keçirilən kurslarda maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 29 iştirakçı qatılıb və onlardan 17-si kursu müvəfəqiyyətlə başa vurub. Milli Məclisin deputatları və vətəndaş cəmiyyəti insitutunun nümayəndələri qaliblərə sertifikatlar təqdim edib.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında razılaşmaya əsasən, qiymətləndirmə şirkətlərin fəaliyyətindən olunan şikayətlər bundan sonra ilkin rəy verilməsi üçün AQC rəhbərliyinə göndəriləcək. Eyni zamanda Ədliyyə Nazirliyi də AQC-ni rəsmi tərəfdaş qismində tanıyıb və bu barədə cəmiyyətə məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələrin yekunlaşdığını bəyan edən sədr bəzi dövlət satınalmaları və tender soğruları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünün vacib meyar kimi irəli sürüldüyünü diqqətə çatdırıb. Rəhbəri olduğu qurumun beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini söyləyən AQC sədri Türkiyədə cəmiyyətin xüsusi nümayəndəliyinin təsis olunduğunu diqqətə çatdırıb. AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib və AQC sədrinin bu ay baş tutacaq Türkiyə səfəri zamanı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacağını xatırladıb.

Cəmiyyətə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri və AQC rəsmiləri-Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Azər Niftiyev, Emin Mehdiyev, Ramil Qasımzadə, Pərviz Qulami, İbrahim Quliyev, Qasım Əliyev, Rövşən Babaxanov, Səidə Şabanova, İlham Bağırov çıxış edərək AQC-nin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər səsləndiriblər. Yığıncaqda AQC sədri Vüqar Orucun hesabat məruzəsi yekdilliklə qənaətbəxş hesab edilib. AQC Direktorlar Şurası “Qiymətləndirmə haqqında” yeni qanunun tezliklə qəbul ediləcəyinə böyük ümid bəslənildiyini və bu qanunda nəzərdə tutulan zəruri dəyişikliklərlə birlikdə qəbul edildikdən sonra qiymətləndirmə bazarının tənzimlənməsinin mümkün olacağını vurğulayıb.

Üzvlük haqlarının meyarlar üzrə yenidən müəyyənləşdirilməsi ilə bağlı Direktorlar Şurası tərəfindən İdarə heyətinə müvafiq təkliflər verilib. AQC-nin elmi-metodiki jurnalının təsis olunması barədə qərar qəbul olunub. Operativliyin təmin olunması məqsədilə AQC sədri və Direktorlar Şurasının rəhbəri Vüqar Oruca 56 şirkəti tam hüquqla təmsil etmək səlahiyyəti verilib. Direktorlar Şurası ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı bəyanat qəbul edib. Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatların ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açdığı, 44 günlük tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yarandığı öz əksini tapıb. Mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində ölkəmizin iqtisadi dayanıqlığını təmin etməsindən məmnunuluq ifadə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin də bu islahatlara dəstək verdiyi və bu istiqamətdə səylərini artıracağı bəyanatda qeyd olunub.

Xatırladaq ki, AQC 1998-ci ildə təsis olunub, 1999-cu ildə isə dövlət qeydiyyatına alınıb. 20 may 2022-ci ildə quruma iqtisadçı ekspert Vüqar Oruc sədr seçilib. AQC Direktorlar Şurası bu il AQC İdarə Heyəti tərəfindən cəmiyyətdə birləşən şirkətlərin fəaliyyətini koordinasiya etmək üçün təsis edilib. Direktorlar Şurasına AQC sədri rəhbərlik edir və Şurada 56 şirkət direktoru təmsil olunur.