İran Azərbaycandakı səfirini GERİ ÇAĞIRDIİran Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Avrasiya.net konkret.az-a istinadən xəbər verir ki, bu barədə iranlı ermənipərəst jurnalist Xəyal Müəzzin teleqram kanalda məlumat yayıb. O bildirib ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana çağırılıb.

“İranın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırması ilə bağlı məlumat daxil olub”, – deyə iranlı jurnalist yazıb.
MHP İlham Əliyevin xaricdəki soydaşlarımızla bağlı qətiyyətli mövqeyini dəstəkləyirTürk dövlətlərinin liderlərinin tez-tez bir araya gəlməsi olduqca xoş hadisədir və nə yaxşı ki, bu, getdikcə bir ənənəyə çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü də bu ənənənin davamıdır. Liderlərin görüşləri türk dövlətləri arasında əlaqələri daha da genişləndirir və sıxlaşdırır. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünə qatıldı və burada olduqca maraqlı çıxış etdi.

Dövlət başçımızın Türk Dövlətləri Təşkilatının Özbəkistanın tarixi paytaxtı Səmərqənddə keçirilən IX Zirvə Görüşündə etdiyi çıxışında üç məqamı xüsusilə qeyd etmək istərdim. Belə ki, Azərbaycan Prezidentinin çıxışından bir daha aydın oldu ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan bütün kənar təsirlərə və geosiyasi təlatümlərə baxmayaraq həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və heç şübhəsiz ki, ölkəmiz bundan sonra da türk dünyasının birliyi istiqamətində səylərinə sadiq qalacaq.

Zirvə Görüşünə qatılan liderlər bir daha əmin oldular ki, Azərbaycan Türk dünyasının inteqrasiyası istiqamətində ən fəal iş aparan bir ölkədir. Azərbaycanın bu fəallığı Türk Dövlətləri Təşkilatına üzv olan digər türk cümhuriyyətlərini də hərəkətə gətirən müsbət nümunə rolunu oynaya bilər. Türk dünyası istər coğrafi baxımdan, istərsə də təbii sərvətlər və insan resursları nöqteyi-nəzərindən olduqca böyük potensiala malikdir. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası nəhəng iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və infrastrukturu ilə həqiqətən də böyük sıçrayışa səbəb ola bilər.

Buna nail olmağın yolu isə ilk növbədə türk dövlətləri birliyinin düzgün yönləndirilməsindən və Türk dünyasının gələcək hədəflərinin düzgün müəyyən edilməsindən keçir. Bütün sahələrdə - həm siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri üzrə, həm də təhlükəsizlik, ordu quruculuğu, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığımız indi olduğundan qat-qat artıq genişləndirilməlidir. Və bunun üçün hər cür imkanlar var. İmkanlardan düzgün və səmərəli istifadə edilməlidir.

Türk dünyası sözdə yox, praktik olaraq böyük bir ailə olduğunu real nəticələrdə göstərməlidir. TDT-na üzv olan hər bir ölkə digər türk cümhuriyyətlərinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik xəttini yürütməlidir. Biz əminik ki, Türkiyə və Azərbaycanın liderlik etdiyi Türk dünyası bu gedişlə lap yaxın gələcəkdə böyük iqtisadi və siyasi güc mərkəzinə çevriləcək. Lakin bu da nəzərə alınmalıdır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu ikinci əsas məqam məhz bu məqam oldu. Bəli, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı artıq gəlib çatıb. TDT-nin bu məsələni özünün əsas prioritet istiqamətlərindən birinə çevirməsi zəruridir. Milli kimliyin, milli identikliyin qorunması bütün Türk dünyasının ortaq məsələsi olmalıdır.

İlham Əliyev bu məsələnin davamı kimi Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin təhsil almaq imkanlardan məhrum olunduğunu dilə gətirdi. Bəs bunun günahı kimdədir? Əsas günahkar heç şübhəsiz ki, İran İslam Respublikası adlandırılan cənub qonşumuzdur. Fars-molla rejiminin yürütdüyü diskriminasiya siyasəti milyonlarla güneyli soydaşımızı ən elementar təməl hüquqlardan, o cümlədən gənc nəsli öz ana dilində təhsil almaq imkanından məhrum edir. Lakin buna son qoyulmalıdır.

Türk dövlətlərindən kənarda, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim TDT-nın gündəliyində olmalıdır. Azərbaycanlıları öz ana dilində təhsil almaq imkanından məhrum edən rejimlər TDT-nın təzyiqini hiss etməlidir. Azərbaycan Prezidenti də məhz bunu nəzərdə tutaraq bildirdi ki, “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

İlham Əliyevin bu bəyanatı təkcə güneyli soydaşlarımıza dəstək mesajı deyil, bu həm də azərbaycanlıları diskriminasiyaya məruz qoyan, sıxışdıran bütün rejimlərə, o cümlədən rəsmi Tehrana açıq xəbərdarlıqdır. Milli Həmrəylik Partiyası İlham Əliyevin xaricdəki soydaşlarımızla bağlı qətiyyətli mövqeyini dəstəkləyir.

Səmərqənddəki Zirvə Görüşündə Azərbaycan Prezidentinin “Qarabağ münaqişəsi tarixdə qaldı” səpkili bəyanatı da Zirvəyə öz damğasını vuran məqamlardan biri oldu. Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını vurğulayan dövlətimizin başçısının qeyd etdiyi kimi bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi həqiqətən də artıq tarixdə qalıb və heç kim bu münaqişəni süni surətdə yenidən gündəmə gətirməyə cəhd göstərməməlidir.

Böyük dövlətlər erməni xalqını və Ermənistan dövlətini geosiyasi “oyuncaq” kimi, Azərbaycana qarşı “dəyənək” kimi istifadə etmək praktikasına son qoymalıdırlar. Təcrübə göstərdi ki, ermənipərəst siyasət yürüdənlər sonda fiasko ilə üzləşirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
BŞİH qarşısında icazəsiz aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıbNoyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.
İran səfiri XİN-ə çağırıldıİran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə, son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.
İranın təşkil etdiyi terror aktları - Sensasion faktlarİranı terrorist dövlət kimi təqdim edən beynəlxalq sənədlər

1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib.

Dövlət Departamentinin hesabatı uzun müddətli tədqiqatların nəticəsi olaraq ortaya çıxıb. İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakını faktlarla sübuta yetirib.

İranın təşkil etdiyi sensassiyalı terror aktları

1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı “Hizbullah” qruplaşması (“Allahın partiyası”- Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxvi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər.

18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra - 1983-cü ilin oktyabrında Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 nəfər dəniz piyadası öldürülüb.

1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze partladılıb. Nəticədə 2-si amerikalı olmaqla 23 nəfər həlak olub. 1984-cü ildə isə Beyrut Amerika Universitetinin prezidenti Malkolm Kerri terror aktı ilə öldürülüb.

1984-cü ilin mart ayında “Hizbullah” Beyrutda Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Uilyam Baklini oğurlayıb. Bir ildən çox müddətdə işgəncə verdikdən sonra, 1985-ci ildə onu qətlə yetirib.

1988-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Livanda atəşkəsə nəzarət missiyasında xidmət edən dəniz zabiti polkovnik Uilyam Hiqqinsi oğurlanıb və 1989-cu ildə öldürüb.

Bu faktlardan belə nəticə çıxmasın ki, İranın terror aktları əsasən Yaxın Şərq regionunu əhatə edib və regiona gəlmiş ABŞ təmsilçilərinə qarşı yönəlib. Bu, zahiri görüntüdür. Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlrının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilib.

İranın Avropa dövlətlərində törətdiyi terror aktları

1985-ci ilin iyun ayında “Hizbullah” qruplaşmasının üzvləri İranın maddi-texniki dəstəyindən faydalanaraq, Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin bort heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb.

İran agentləri 1989-cu ilin iyul ayında Vyanada (Avstriya) İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetiriblər. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalifət olan hərəkatın liderlərindən biri- İranın keçmiş baş naziri Şapur Bəxtiyarı öldürüblər. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər İranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar.

İranın terror hədəflərinin Qərb ölkələrinə yönəlməsi, digər regionları “unutması” anlamına gəlmir. Bu ölkəyə bağlı terror qrupları teraktları paralel şəkildə dünyanın əksr bölgələrində gerçəkləşdirirlər.

İran “HƏMAS” və digər Fələstin terror qruplarına silah, təlim və maliyyə yardımı edir. BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə tərtib etdiyi qadağalara rəğmən, “Hizbullah”ın silahlanmasına yardım edir. Yəməndəki terrorçuları və Əl-Qaidəni dəstəkləyir. “Şiə”liyi müdafiə etmək adı altında terrorçu qrupları hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistana göndərir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib.

İranı digər terror təşkilatçılarından fərqləndirən məqamlar

Yuxarıda sadalanan faktlardan belə nəticə çıxır ki, İran adına törədilən terror aktlarının əksəriyyəti “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH (İran İnqilab keşikçiləri Ordusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada tərədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İran diplomatik xidmətlərinin pasportlarından yararlanaraq daxil olublar.

ETTELAAT, rəsmi təqdimata əsasən, İranın İnformasiya Nazirliyidir. Normal ölkələrdə İnformasiya Nazirlikləri kommunikasiya qurumlarının, o cümldən, KİV-in fəaiyətini tənzimləyirlər. İranda isə bu qurum Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi missiyasını icra edir. Məsələ ondadır ki, İranda ETTELAAT həm də qəzet adıdır. Bu adda qəzet nəşr edilir, 10-larla əməkdaşı vardır. Bu əməkdaşlar “jurnalist” adı altında müxtəlif ölkələrə ezam olunurlar. İnformasiya Nazirliyinin, yaxud “ETTELAAT qəzeti”nin əməkdaşı qismində gəlmiş “jurnalistin” İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin əməkdaşları olması kimin ağlına gələr ki? Bu, İranın KİV və jurnalistikadan cəsusluq, təxribat məqsədilə istifadə etdiyini göstərən kiçik bir detaldır. İranın himayəsində olan təşkilatlar tərəfindən törədildiyi təsdiqlənmiş terror aktlarının əksəriyyətində ETTELAAT-ın izi tapılıb.

SEPAH–İnqilab Keşikçiləri Ordusu İranın rəsmi silahlı qüvvələrindən biridir. Əsas missiyası daxili sabitliyin təmin edilməsi, inqilabın nəticələrinin qorunmasıdır. Amma fəaliyyəti ilə rəsmi missiyası az uyğunlaşır. Xarici ölkələrdə törədilən terror aktlarının əksəriyyətinin altından bu qurumun adı çıxır. SEPAH 1979-cu ildən dövlət siyasətinin tərkib hissəsi kimi bütün dünyada terror fəaliyyətlərini istiqamətləndirir, təşkil edir və həyata keçirir. Bu gün SEPAH Baş Qərargahı nəinki Yaxın Şərqdə, həm də altı qitənin beşində terror aktları planlaşdırıb həyata keçirməklə məşğuldur.

İnqilab Keşikçiləri Ordusunun xüsusi təyinatlı “Qüds Qüvvələri” dünyada terror aktları planlayan və həyata keçirən təşkilat kimi tanınır. O öz fəaliyyətində həmçinin, Livanda Hizbullah, Fələstində İslami Cihad, Bəhreyndə əl-Əştər Briqadaları, İraqda Kataib Hizbullah kimi terrorçu təşkilatların fəaliyyətindən yararlanır.

“İran Hava yolları”nın (İİMK) terrorçular üçün tranzit xidməti göstərməsi faktı da öz təsdiqini tapıb. “Mahan Air”, “Caspian Air”, “Miraj Air” və “Pouya Air” şirkətləri bu məsələdə İİMK-nun ortağı kimi çalışıblar. “Mahan Air” bu mövzuda bütün qlobal aviasiya prinsipini pozduğu üçün 2011-ci ildə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb. Şirkət terrorçuların, silah və texnikanın daşınması ilə məşğul olub. Onları qaynar nöqtələrə, o cümlədən, hərbi təlim və döyüş əməliyyatları məntəqələrinə daşıyıb. Nümunə üçün qeyd edək ki, “Qüds Qüvvələri”nin komandanı Qasım Suleymanin fərdi daşınması da bu şirkət vasitəsilə həyata keçirilib.

BMT-nin ekspertlər qrupunun 2018 ci ildə dərc etdikləri hesabatda göstərilir ki, İran hakimiyyəti ayrı-ayrı ölkələrdə fəliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də terrorçulara öz ərazisində təhlükəsizlik sığınacaqları da yaradıb. "Əl-Qaidə" liderlərinin İran İslam Respublikası ərazisində “daha aydın göründüyü" bildirilir. İran Əl-Qaidə agentlərinin ölkədə qalmasına, onların maliyyə əməliyyatlarına icazə verib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb. ABŞ Maliyyə Nazirliyi 2016-cı ildə İranda yaşayan 3 nəfər Əl-Qaidə agentini müəyyən edib və onlara qarşı sanksiyalar tətbiq edib.

İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir

1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi" adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir. Mayk Pompeo ABŞ Dövlət Departamentinin İranla bağlı dərc etdiyi hesabata istinad edərək tvitində yazıb ki, “İran xalqı iqtisadi problemlər içində boğulduğu bir zamanda, İran İslam Respublikası terror aktlarına 16 milyard dollardan çox vəsait xərcləyib”.

Xərclərin bölgüsü belə göstərilir:

-Livanda “Hizbullah” üçün illik ödənilən məbləğ 700 milyon dollar ;

-Suriyada Əsəd rejiminə ödənilən məbləğ 4,7 milyard dollar ;

-Yəməndə Husulərə ödənilən məbləğ ildə 100 milyon dollar ;

-İrakda “Şiə keşikçiləri” adlı təşkilata ödənilən məbləğ 100 milyon dollar və sair.

Araşdırmalar zamanı o da bəlli olub ki, Fələstinli terror qruplaşmalarına hər il 100 milyonlarla dollar məbləğində vəsait xərcləyən İran, yardıma ehtiyacı olan Fələstin xalqına cüzi məbləğ ayırır. Məsələn, Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) hesabına son 10 il ərzində cəmi 20 min dollar məbləğində yardım edib. Müqayisə üçün deyək ki, ABŞ eyni dövr ərzində UNRWA-ya 3 milyard dollar, Avropa İttifaqı dövlətləri 2 milyard dollar, Səudiyyə Ərəbistanı isə 600 milyon dollar vəsait ödəyib.

İran son terror aktlarını “modern texnologiyalar əsasında qurur”

Beynəlxalq təşkilatlar müəyyən ediblər ki, İrana bağlı olan qanlı terror aktlarının sayı 2000-ci illərin əvvəllərindən başlayaraq, kəmiyyətcə çoxalıb. Belə hadisələr 2009-cu ildən sonra daha intensiv, daha təhlükəli və dağıdıcı xarakter alıblar. Səbəb odur ki, İran bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlayıb. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların İntellektual mülkiyyətləri oğurlanır.

2020-ci il hesabatında göstərilir ki, İran Yaxın Şərq və Mərkəzi Asiyadakı terrorçu qruplaşmalara təkcə maliyyə deyil, həm də modernləşdirilmiş texnika təminatı ilə dəstək göstərir. İranın Argentina, Hindistan, Tailand, Gürcüstan, Azərbaycan, Keniya və bir sıra Avropa ölkələrində törətdiyi terror aktlarında yeni texnologiyalardan istifadəsinə dair nüanslar üzə çıxıb.

2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Belçika, Fransa və Almaniyada həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013 -cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012 iləd Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yayralanmaq istəyiblər.

Terror aktlarında uşaqlardan istifadə edilir

Human Rights Watch təşkilatı (HRW) SEPAH-ın “uşaq əsgərlər” siyasətini sənədləşdirib. Hesabatda qeyd edilir ki, İranda sığınacaq tapmış 14 yaşlı əfqan qaçqınlar “Fatimiyun” adlı hərbi qruplaşmaya cəlb ediliblər. Həmin uşaqlar Suriya döyüşlərində istifadə ediliblər və öldürülüblər.

HRW-nin bu hesabatının dərc edilməsindən sonra ABŞ Dövlət Departamenti 2018-ci ildə qeyd edilən faktları araşdırıb. Araşdırmalar bitdikdən snra İranın adını “uşaqları qanunsuz hərbi xidmətə cəlb edən dövlətlərin siyahısı”na əlavə edib.

Human Rights Watch təşkilatının ekspertləri “Fatimiyun”da “xidmət keçən” 20-yə yaxın döyüşçü uşaqdan müsahibə alıblar. Uşaqlar öz müsahibələrində qeyd ediblər ki, Suriyada döyüşməyə məcbur ediliblər. Onlardan biri qeyd edib ki, İran vətəndaşı statusu almaq üçün bu qrupda xidmət etmək məcburiyyətində qalıb.

“The New York Times” qəzetinə verdikləri müsahibədə “Fatimiyun” üzvləri qeyd ediblər ki, döyüşlər zamanı əfqanlardan tez-tez "birinci dalğa" kimi istifadə edilir. Nəticədə ən yüksək itkilər onların sırasında qeydə alınır. SEPAH-ın əfqan qaçqınlardan, uşaqlardan "ət sipəri” kimi istifadə etməsi faktı ortaya çıxır.

Yeganə Hacıyeva
Müşfiq Ələsgərli

Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu BƏYAN ETDİRusiya Xarici İşlər Nazirliyi Moskvanın Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib.

Avrasiya.net “Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.

O bildirib ki, Rusiya Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazırdır. “Ukrayna Rusiyaya qarşı hansısa şərt irəli sürməməlidir”.
Rəşad Dağlının qətl törətməsinin səbəbi... - TəfərrüatMeyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İsgəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.

Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni, şantaj edib.

Rəşad Dağlı həmin "məsələni aydınlaşdırmaq" üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi "Niva" markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvanın qarşısına gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.

Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.

İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.

Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.

Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.

Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
SEPAH-ın baş komandanı bu dövlətlərə hədə-qorxu gəldi - ADLARİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami bugünkü açıqlamasında İranla mübarizənin pis sonluqla qurtaracağı barədə xəbərdarlıq edib.

Modern.az İRNA-ya istinadən xəbər verir ki, general Səlami İranın rəqiblərinin Tehrandan qorxduğunu vurğulayıb: "Düşmənlər qorxurlar və bir neçə gündür narahat vəziyyətdədirlər, müxtəlif ölkələr vasitəsilə mesajlar göndərərək bizi onları vurmamağa çağırırlar".

Onun sözlərinə görə, İranın inkişafına mane olmaq istəyən dövlətlər ölkəyə qarşı sanksiyaları gücləndirirlər, iğtişaşlara cəhd edirlər, amma bütün cəhdləri boşa çıxır.

“Biz İraq Kürdüstanı bölgəsindəki antiinqilabçı qrupları vurduq, Araz çayı sahilində böyük bir təlim keçirdik, peyk daşıyıcılarını sınaqdan çıxardıq, “Bawar 373” raketdən müdafiə sisteminin genişləndirilmiş mənzilini 300 km-ə çatdırdıq və nəhayət dünən heç bir hava hücumundan müdafiə sisteminin qarşını ala bilməyəcəyi hipersəsli raket yaratdığımızı bəyan etdik. Düşmənlərin ölkəmizdə iğtişaşlar yaratmaq üçün uğursuz cəhdlərinə rəğmən son hərbi, texnoloji və müdafiə nailiyyətlərinə çata bildik”.

Hüseyn Səlami İranın rəqiblərinə hədə-qorxu gəlib: "Biz düşmənlərə deyirik ki, sizin rahatlığınızı pozuruq və bunu mütləq davam etdirəcəyik".

SEPAH-ın baş komandanı İrana qarşı atılan addımların cavabsız qalmayacağını da bəyan edib.

“Əgər düşmənin dərinliyinə baxsaq, İran xalqına qarşı duranları görərik. Baydendən Netanyahuya, Bin Salmana, dünya siyasətində müflis olan fransızlara və almanlara qədər hamısını”.

O, İranda törədilən iştişaşların Ağ Evdən, Ər-Riyaddan, Təl-Əvivdən, Parisdən planlaşdırıldığını vurğulayıb.

“Onlar Çörçill və Ruzveltin şahın xəbəri olmadan konfrans keçirdikləri İranı istəyirlər. Onlar özlərindən aslı olan dinsiz İran istəyirlər. Düşmənlər bilməlidirlər ki, İran xalqı ayıqdır və öz taleyini özü həll edir.
Düşmənlər bilməlidirlər ki, bizdən birini vursalar, biz onların hamısını vuracağıq. Düşmənləri bölgədən qovacağıq və əllərini həmişəlik İrandan kəsəcəyiuk. İndi meydan adamısınızsa, buyurun qabağa - meydana gəlin!”.

Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür:

“Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir".

S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb.