Qaiser Nəvab  Azərbaycan xalqını təbrik edib8 Noyabr Zəfər Günü münasibəti ilə Pakistanın tanınmış ictimai-siyasi xadimi, Qlobal Gənclik lideri, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qaiser Nəvab Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net-ə daxil olan təbrikdə deyilir: “Pakistan gəncləri adından və şəxsən öz adımdan. qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və İkinci Qarabağ müharibəsində qələbənin qeyd edilməsində onların sevincini bölüşürəm. Bu gün şərəf sayılan qələbə yalnız Prezident İlham Əliyevin sarsılmaz inamı, qətiyyəti və uzaqgörən siyasəti sayəsində mümkün olub.

Azərbaycan xalqı kimi Pakistan gəncləri də bu qələbəni eyni sevinclə qeyd edirlər. Vətən Müharibəsi illərində Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini mənəvi, sosial və siyasi cəhətdən dəstəklədi. Biz həmişə azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və əlaqələrimizi möhkəmləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik.

Azərbaycan ərazisinin 20%-ə yaxınının 30 illik işğalı zamanı Ermənistan bir sıra hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib. Azərbaycan-Ermənistan münaqişəsinin müvafiq beynəlxalq hüquq, İƏT və BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına uyğun olaraq Pakistan tərəfindən ardıcıl şəkildə həlli dəstəklənib.

İgid Azərbaycan ordusunun şanlı qələbəsindən və Pakistanla Azərbaycan arasında uzun illər davam edən səmimi və dostluq əlaqələrindən iki il keçir. İnanıram ki, gələcək illərdə də Azərbaycan Pakistanla davamlı tərəqqi, sülh və əməkdaşlıqdan zövq alacaq. Əminəm ki, iki qardaş xalq arasında əməkdaşlıq və qardaşlıq telləri davamlı olacaqdır. Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, Azərbaycan Respublikasına firavan və əmin-amanlıq arzulayıram. Yaşasın Pakistan-Azərbaycan qardaşlığı".
İran Bakıdakı əlaltılarına yüz minlərlə avro göndərdiİran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro ödəyib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Azfront” məlumat yayıb.

Məlumata görə, İranın “Black Rewards” haker qrupu bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişləri ilə bağlı daxili sənədlərini dərc edib.

Bu sənədlər adıçəkilən təşkilatın rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır.

Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var. O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.

2022-ci ilin aprelində Moskvaya da 40.000 avroluq transfer də var.

Köçürmələr İran Dövlət Bankından həyata keçirilib.
Naxçıvanla bağlı təxribat: DTX hərəkətə keçdiSon vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Bu barədə Avrasiya.net-ə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.
Osloda Zəfər Günü konsertlə qeyd edilibBu günlərdə dünyanın bir çox ölkələrində olduğu kimi, Norveçin paytaxtı Oslo şəhərində də “8 Noyabr-Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. 5 noyabr 2022- ci il tarixində “8 Noyabr-Zəfər Günü” şanlı Qarabağ Qələbəsinin ikinci ildönümü və 2022 Şuşa İli ilə bağlı “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsi,çərçivəsində möhtəşəm tədbir keçirilib.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin, Azərbaycan Gənclər Fondu, GPM və "CAN” diaspor təşkilatının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə iştirak etmək üçün, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran pri” mükafatçısı, Avstriya Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli də dəvət alıb. Tədbir öncəsi qonaqlar, Türkiyənin Osloda fəaliyyət göstərən səfirliyində, səfir Fazlı Çormanla görüşmüş və onun qonağı olmuşlar.

Ayan Məmmədli bu görüş zamanı, Azərbaycanın milli musiqisi, bir çox mahnıların tarixi və doğma Qarabağımızla bağlı, görüş iştirakçıları olan Fazlı Çorman, onun xanımı Gülhan Çorman, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin xanım Nəcəfpur, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov və Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyevlə maraqlı fikir mübadiləsi aparmışlar.

Növbəti gün, 5 noyabrda diplomatların, Norveç siyasi və akademik dairələrinin, Norveç Azərbaycan ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirin bədii hissəsində, öncə doğma yurdu olan Qarabağ və onun mədəniyyəti, musiqi beşiyi olan və Azərbaycanın konservatoriyası hesab olunan Şuşa şəhəri, onun dünyaşöhrətli musiqiçiləri Üzeyirbəy Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və milli muğamalrımız, xalq mahnılarımız haqqında məlumat verən Ayan Məmmədlinin sonra geniş konsert proqramı ilə çıxış edərək, pianoda səsləndirdiyi ifaları, tədbir iştirakçıları tərəfindən böyük maraq və hərarətlə qarşılanmışdır.

Ayan Məmmədlinin repertuarında yer alan Azərbaycanın xalq və bəstəkar mahnıları ilə yanaşı, Norveç bəstəkarının da əsəri tamaşaçılara böyük zövq yaşatmış, onlar gənc pianoçunu ayaqüstə qalxaraq alqışlamışlar. Konsertin sonunda Türkiyənin Norveçdə fəaliyyət göstərən səfiri Fazli Çorman və onun xanımı Gülhan Çorman, BMT Norveç Komissiyanın təmsilcisi Neha Ikram Bolqarıstan, Qazaxıstan səfirləri və Norveçin digər mötəbər quqrumlarından gəlmiş qonaqlar, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov və başqaları Ayanla görüşərək, onun ifasında Azərbaycanın milli musiqilərini çox bəyəndiklərini bildirmişlər.

Qürurverici haldır ki, hər zaman olduğu kimi, ölkəmizi layiqincə təmsil edən gənc pianoçu Ayan Məmmədli, bu dəfə də növbəti uğura öz imzasını ata bildi. Möhtəşəm musiqi ifasından əvvəl Ayanın “Mən bu gün Qalib ölkənin Qalib vətəndaşı olduğum üçün çox xoşbəxtəm!” nidası, yəqin ki, onun ifa etdiyi milli musiqilərimizlə birlikdə hələ uzun müddət qulaqlarda səslənəcək!
"Bütün qüvvələr Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar edildi"Mənfur düşmənin təxribatına qarşı Azərbaycan ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində 44 gün davam edən və şanlı Zəfər əldə etdiyimiz Vətən müharibəsindən 2 ilə yaxın müddət keçməkdədir. Vətən müharibəsinin gedişində yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Azərbaycan ordusunun təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

44 günlük Vətən müharibəsinin yekunu olaraq imzalanmış 10 noyabr Bəyanatı döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan üçün hərbi kapitulyasiya demək idi. İmzalanmış üçtərəfli Bəyanat nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulmaqla ərazi bütövlüyümüz təmin edildi. Bu qələbə nəticəsində bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin şahidi oldu.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanın qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanat status-kvonu tam olaraq ölkəmizin xeyrinə dəyişdi. 10 noyabr Bəyanatının bizim üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, imzalanmış Bəyanatda “Dağlıq Qarabağ” adına yer verilməməsi oldu. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ mövzusu bundan sonra heç bir zaman müzakirə predmeti ola bilməz. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.

Cənab Prezident dəfələrlə vurğulamışdır ki, artıq Qarabağ problemi məsələsi bizim üçün birdəfəlik gündəlikdən çıxmışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun əldə etdiyi parlaq qələbə nəticəsində Azərbaycan bölgədə artıq yeni reallıqlar yaratmışdır. Məhz Ermənistan dövləti də bu reallıqları görməli və mövcud geosiyasi vəziyyəti dəqiq qiymətləndirməlidir.

Həmçinin Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı tikinti, quruculuq, abadlıq işləri aparmaqdadır. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın evlərinə qayıtması üçün “Böyük qayıdış”ı reallığa çevirmək məqsədilə dövlətimiz tərəfindən böyük işlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
İlham Əliyev Füzulidə yeni hərbi hissədəNoyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Sensasiya: İran Azərbaycanı bu cür şərlədiŞiraz şəhərində Şah Çıraq məqbərəsinə hücumla bağlı İran kəşfiyyatı gülünc informasiya yayıb.

Axar.az xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi bu teraktla bağlı 26 nəfərin həbs edildiyini açıqlayıb.

“Saxlanılanlar Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır. Əməliyyatın baş koordinatoru Azərbaycan vətəndaşıdır. O, Bakı hava limanından İmam Xomeyni aeroportuna uçub”, - məlumatda iddia edilib.

İran kəşfiyyatı əməliyyatın “köməkçi agentinin” “Əbu Bəsir” ləqəbli “Məhəmməd Ramiz Rəşidi” adlı əfqan, məqbərədə atəş açan şəxsin isə “Əbu Aişə” ləqəbli “Sübhan Komruni” adlı Tacikistan vətəndaşı olduğunu bildirib.

“Bu terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan-Rəzəvi əyalətlərində saxlanılıb. Onların bəziləri də ölkənin şərq sərhədlərinə qaçarkən həbs edilib”.

Qeyd edək ki, Şah Çıraq məqbərəsindəki terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürsə də, bəzi müşahidəçilər buna şübhə etdiklərini bildirmişdilər. Belə ki, İŞİD-in yaydığı məlumatda tarix səhvləri vardı və iddia edilirdi ki, qurum heç ayın neçə gündən ibarət olmasını belə bilmir. Buna görə də bu teraktın İranın öz içindən, etirazları zorakı üsullarla yatırmağa şans qazanmaq üçün törədildiyi və əhalini çaşdırmağa hesablanan akt olduğu da iddia edilirdi.

Ancaq görünür, İran bu teraktla “hədəflərini” genişləndirmək niyyətindədir. Belə ki, Azərbaycanın adının bu teraktda hallanması, “əsas koordinatorun” Azərbaycan vətəndaşı olması barədə iddia bunu deməyə əsas verir ki, Tehran bu olaydan həm daxili təzyiqi artırmaq, həm də Azərbaycana qarşı sui-istifadə etməyə girişib.
“Çovdar” mədənində Zəfər Günü qeyd olundu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Zəfər Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə ölkəmizin müstəqiliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş “AzerGold” əməkdaşları, Səhmdar Cəmiyyətdə çalışan şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, görüş iştirakçılarını cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi qələbənin növbəti ildönümü – Zəfər Günü münasibətilə təbrik edib, göstərdikləri fədakarlığa görə onlara dərin minnətdarlığını ifadə edib.

İdarə Heyətinin sədri şanlı Ordumuzun əldə etdiyi zəfərin tarixi-siyasi əhəmiyyətini vurğulayıb, parlaq qələbənin hər bir azərbaycanlının qürur duyduğu böyük hadisə olduğunu qeyd edib. Z.İbrahimov Cəmiyyətin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları Rauf Əsgərov və Muxtar Qasımlının xatirəsini anaraq, bu qələbədə igid şəhid və qazilərimizin əvəzsiz payı olduğunu diqqətə çatdırıb.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğının Azərbaycan dövlətinin sosial xarakterli siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə davam etdirilən fəaliyyətə dəstək məqsədilə Səhmdar Cəmiyyət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

Daha sonra Cəmiyyətin Birinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları – Tahir Kərimov, Elxan Quliyev və Saleh Hüseynov çıxış edərək, 44 gün davam edən və torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin ölkəmizin hər bir vətəndaşının həyatında dönüş nöqtəsi olduğunu qeyd edib.

Cəmiyyətin İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları – Asif Heydərov və Elman Bünyatov isə döyüş əməliyyatları ilə bağlı xatirələrini bölüşüb, qazanılan qələbənin cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti, onun ətrafında formalaşmış sarsılmaz xalq-iqtidar-ordu birliyinin parlaq təzahürü olduğunu bildiriblər.

Çıxışlardan sonra görüş iştirakçılarına Zəfər Günü münasibətilə təşəkkürnamələr təqdim edilib, “Mənim atam qəhrəmandır” mövzusunda təşkil edilən rəsm sərgisinə baxış keçirilib. Müharibə iştirakçısı olan “AzerGold” əməkdaşlarının övladlarının rəsm əsərlərinin nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb, müəlliflərə Səhmdar Cəmiyyət adından xatirə hədiyyələri təqdim edilib.
Müsavat Partiyası İran səfirliyi qarşısında aksiyaya hazırlaşırMüsavat Partiyası noyabrın 15-də saat İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Partiya başqanı qeyd edib ki, aksiya ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət edilib.

“Aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub”, - o bildirib.
Bakıda qadın azyaşlını bıçaqla HƏDƏLƏDİBakıda azyaşlı bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.