Rektor özünü güllələdiUkraynada Boris Qrinçenko adına Kiyev universitetinin rektoru Viktor Oqnevyukun meyiti tapılıb.

Kiyev polisinin mətbuat katibi İrina Pryanişnikova məlumatı təsdiqləyib. O bildirib ki, qohumları rektoru evində güllələnmiş vəziyyətdə aşkarlayıblar.

Qrinçenkonun özünü odlu silahla öldürdüyü məlum olub.

Hazırda faktla əlaqədar araşdırma aparılır.
Erməni vandalizmi 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfər nəticəsində erməni tapdağı altında olan torpaqlarımız işğaldan azad edildikdən sonra mənfur düşmənin törətdiyi vandalizmin canlı şahidi olduq. Belə ki, işğalçılar tərəfindən 30 ilə yaxın müddət ərzində tarix və mədəniyyət abidələrimizin erməni terroruna məruz qaldığı ortaya çıxdı. Bundan əlavə binalar, evlər, dini abidələrimiz dağıdılmış, yerlə-yeksan edilmişdir. Xüsusilə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərləri tamamilə dağıdılmış, daş üstə-daş saxlanılmamışdır. Erməni vandalizminin heç bir sərhəd tanımaması qədim tarixə malik abidələrimizin və mədəniyyət nümunələrimizin dağıdılması ilə sübuta yetirildi.

Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Xüsusi əhəmiyyətə malik abidələrimizə bu formada barbarcasına münasibət təkcə xalqımızın milli dəyərlərinə qarşı deyil, ümumilikdə dünya mirasına və dəyərlərinə qarşı edilmiş təcavüz kimi dəyərləndirilməlidir.

Əsrlər boyu dünya ictimaiyyətinə “məzlum xalq” kimi görünməyə çalışan ermənilərin işğal altındakı ərazilərimizdə törətdikləri talan və dağıntılarla əsl simaları ortaya çıxmışdır. Lakin təssüf hissi ilə qeyd etməliyik ki, real faktlar ortada olduğu halda dünya ictimaiyyəti hələ də susur və haqqı görməzdən gəlirlər. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ermənistanın təcavüzkar siyasətindən və işğal altında olan ərazilərimizdə erməni vandalizminin miqyasından geniş şəkildə bəhs etmiş və dünya ictimaiyyətini bu reallığı görməyə dəvət etmişdir. Qeyd etməliyik ki, ərazilərimizdə törədilmiş bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını bütün dünyaya nümayiş etdirmiş oldu.

Bundan əlavə işğal altındakı ərazilərimizdə yeraltı və yerüstü sərvətlərimiz uzun illər boyu vəhşicəsinə talan edilmiş və Ermənistana daşınmışdır. Yalnız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsi nəticəsində işğal altındakı bu proseslərə birdəfəlik son qoyulmuş oldu və beynəlxalq hüquq, beynəlxalq ədalət bərpa edildi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminin izləri silinməkdədir. Dağıdılmış tarixi və dini abidələrimiz bərpa edilir, xüsusi hazırlanmış planlar əsasında şəhər və kəndlərimiz yenidən qurulur. İnanırıq ki, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizə yenidən həyat qayıdacaq və Böyük Qayıdış reallığa çevriləcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Şəmkirdə başından güllələnmiş kişi meyiti tapıldıŞəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 50-55 yaşlı kişinin meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Ermənipərəst çirkin Amerika siyasətiBöyük təntənə ilə Amerika səfirliyi əlaqələrimizin 30 ‎illiyini qeyd edir. Bu illər ərzində yalnız öz maraqlarını güdən səfirlik ‎maksimum dərəcədə xalqımıza və dövlətimizə qarşı hörmətsizlik və ‎haqsızlıq nümayiş etdirib.‎

Xüsusən səfirliyin konsulluq idarəsi millətimizin "qanını içməklə" ‎məşğuldur. Amerikaya viza almaq istəyən Azərbaycan vətəndaşı bu ‎gün viza üçün müraciət etsə, onun növbəyə qəbul vaxtı 2023-cü ilin ‎yanvar və ya fevral ayında olacaq. Demək ki, viza üçün müraciət edənlərin sayı həddən artıq çoxdur. Hazırda 2023-cü ilə qədər boş gün ‎yoxdur.

Gün ərzində səfirliyə viza üçün təxminən ən azı 30 vətəndaş ‎müraciət edir. Hər pasport üçün viza rüsumu 160 dollardır. Hər gün ‎bizim hesabımızdan səfirliyin büdcəsinə ən azı 4800 dollar daxil olur. ‎Bir ay ərzində viza rüsumlarından səfirlik ən azı Azərbaycan ‎vətəndaşlarından 100 min 800 dollar vəsait qazanc əldə edir.

Bəs ‎B1 və B2 turistik viza üçün müraciət edənlərin neçə faizi viza ala bilir?

Gün ‎ərzində müraciət edən ən azı 30 vətəndaşdan bəlkə 2-3 nəfər viza ala bilər.‎ O da mükəmməl ingiliscə danışa bilərsə.

Azərbaycanın çörəyini yeyən ermənipərəst Konsul, vətəndaşlarımıza ‎əsassız olaraq imtina məktubu verərək səfirlikdən qovur. Sülhsevər, mehriban ‎xalqımız da, ürəyində Konsula və bütün Amerika xalqına nifrətlə ‎səfirliyi tərk edir.

Vətənimizə və xalqımıza nifrət edən Konsul vətəndaşlarımızı ingilis ‎yaxud rus dilində danışmağa məcbur edir. Bütün sənədləri qaydasında olan və sırf ingilis və ya rus dilini zəyif ‎bildiyindən öz fikirlərini mükəmməl şəkildə ifadə etməməyinə görə Azərbaycan vətəndaşlarına viza verilmir. Hələ üstəlik Amerika siyasətinə qarşı çıxan xarici dövlətlərin Bakıdakı nümayəndəliklərinin əməkdaşısansa viza almağı unut.

Hansı ki, ‎həqiqətən Amerikaya səyahət etmək istəyən vətəndaşlarımız orta ‎təbəqəli insanlardır. Onlar xəyallarını və arzularını həyata keçirmək üçün böyük ümüdlə səfirliyə gələrək yalnız 7-10 günlük səfər etmək üçün viza istəyirlər. Övladlarının, yaşlı valideynlərinin, daşınmaz əmlaklarının ‎sənədlərini təqdim etsələr də Konsul buna məhəl qoymadan ‎vətəndaşlarımızı imtina məktubu verməklə təhqir edir. ‎

Əziz həmvətənlərim!

Amerikaya turistik viza üçün müraciət etməyin! ‎Boşuna halal 160 dollarınızı Konsulun büdcəsinə köçürməyin!

Onsuz ‎da sizə imtina veriləcək! Əmin olun ki, imtina alacaqsınız!

Bu Amerika səfirliyinin Azərbaycana olan siyasətidir. 4 il əvvəl necə ‎olubsa indi də belədir və belə olacaq.!

Çünki biz Azərbaycanlıyıq!‎

Amerikanın dünyada ən böyük səfirliyi Ermənstandadır. İstənilən ‎erməni səfirliyə qaydalar çərçivəsində sənədlərini təqdim edərsə ona ‎heç vaxt imtina verilməz.

Bu çirkin siyasət müsəlman ölkələrinə tətbiq ‎olunan siyasətdir. ‎

Tərlan Novruzov
Araşdırmaçı jurnalist
Gömrükdə daha bir rəis işdən çıxarıldıDövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, gömrük xidməti polkovniki Təyyar Tapdıq oğlu İbrahimov vəzifəsindən azad edilib.

Avrasiya.net Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, T.İbrahimov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.
Gənclər təşkliatı son tədbirini Şirvan şəhərində keçirdi“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Autizm və Daun sindromlu uşaqlara icma əsaslı reabilitasiya ( İƏR ) xidmətinin göstərilməsi və valideynlərin maarifləndirilməsi” adlı layihəsinin son tədbirini 21 oktyabr 2022-ci il tarixində Şirvan şəhər Mərkəzi xəstəxanasında keçirmişdır.

Tədbiri giriş sözü ilə Şirvan şəhər İH- in baş mütəxəsisi Cavidan Hüseynov açaraq iştirakşəları salamladı və layihə haqqında məlumat verdi. Layihənin rəhbəri Tələt Qəribov layihənin mədsədi və valideylərin bu kimi fərqli uşaqlarla necə davranmaları haqqında geniş məruzə ilə çıxış etdi. Pediatır həkim Pəstiyev Ağakişi, təlimçi Sadiq Həsənov son dövrlərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən danışdılar. Tədbirdə valideynlər onları narahat edən məsələləri müvafiq orqanlara çatdırılmasını xahiş etdilər. Onların əsas problemlərindən biri bu kimi uşaqların orta təhsil məktəblərinə qəbulu ilə bağlı oldu. Tədbir zamanı valideynlərə izah olundu ki, bu uşaqlara xəstə kimi yox , sadəcə fərqli insan kimi yanaşılmalıdır. Onlar çox həssas olurlar və daim qayğı istəyirlər. Onlarla dünyada qəbul olunmuş prinsiplərlə məşğul olmaq lazımdır, 7/24- yəni yəni reabilitasiya mərkəzlərindən sonra evdə valideynlər tərəfindən hər gün müəyyən məşğələlər keçirilməlidir.





Fəhlə faciəli şəkildə öldüOktyabrın 21-i saat 13 radələrində Nərimanov rqayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.
Hindistanda avtobus yük maşını ilə toqquşdu: 15 ölü, 40 yaralıHindistanın mərkəzi ştatı Madhya-Pradeşdə sərnişin avtobusu ilə yük maşını ilə toqquşub.

Bu barədə NDTV kanalı məlumat yayıb.

Toqquşma nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Artıq polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.