Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədiYasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb.

Avrasiya.net-in məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər.

Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
Qubada 8 yaşlı uşaq antibiotikdən öldüQuba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Həsən Nahid oğlu Məmmədova ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
"Makron qlobal geosiyasi hiylələrini “erməni sevgisi” kimi təqdim edib"Makron Fransasının nə vaxtsa Azərbaycana qarşı bu qədər açıq şəkildə xaincəsinə davranacağı prinsipcə gözlənilən idi. Çünki Fransanın hazırkı prezidenti öz sələflərinin layiqli varisi kimi davranmır. Keçmiş Fransa prezidentlərindən fərqli olaraq hazırkı prezident açıq-aşkar ermənipərəst mövqe sərgiləmək xəttini tutub. Bunu Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladı. Dövlət başçımız qeyd etdi ki, “Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”.

Odur ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək, vasitəçi rolunu oynamaq ixtiyarını artıq həm mənəvi, həm də siyasi baxımdan itirmiş sayılır. Çünki Emmanuel Makronun səriştəsiz, naşı siyasətçilər kimi səsləndirdiyi ermənipərəst bəyanatları rəsmi Paris və Bakı arasında münasibətlərə ciddi surətdə mənfi təsir göstərməklə bərabər, həm də Ermənistan və Azərbaycan arasında start götürmüş, çətinliklə olsa da irəliləməkdə olan normallaşma prosesinə süni əngəl yaradır. Ona görə də Azərbaycan cəmiyyəti də birmənalı olaraq Fransanın vasitəçilik cəhdləriini davam etdirməsinin əleyhinədir. Hazırda demək olar ki, hər bir azərbaycanlıda Fransanın Azərbaycanla Ermənistan arasında obyektiv vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti fikir formalaşıb.

Özünü “super demokrat” hesab edən üç-beş nəfər dırnaqarası “azərbaycanlı”nın Fransa prezidentinin Azərbaycan üzərinə demarşına haqq qazandırması isə Vətənə, dövlətə asi olmaqdan başqa bir şey deyil. 13-14 sentyabr sərhəd döyüşləri zamanı təcavüzkar Ermənistanı bir kənara qoyub, öz dövlətini – Azərbaycanı “təcavüzkar” adlandıran idbar zehniyyət sahiblərinin bu gün də Makronun anti-Azərbaycan mövqeli sərsəm fikirlərini alqışlamaları açıq-aşkar xəyanətdir. Erməniləri dəstəkləyən, “Fransa Ermənistanı heç vaxt tək qoymayacaq” deyən Emmanuel Makron kimi bir türk düşməninin əsassız ittihamlarına haqq qazandırmağın özü də bir erməniçilikdir. Əsl azərbaycanlı heç vaxt belə bir xəyanət çirkabına bulaşmaz!

Biz Milli Həmrəylik Partiyası olaraq Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün real addımlar atıldığı bir vaxtda Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesinə ağır zərbə vuran bəyanatlarını pisləyir və Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən uzaqlaşdırılmasını tələb edirik. Avropa İttifaqının vasitəçilik səylərini heçə endirən Fransa prezidenti bu proseslərdə obyektiv və tərəfsiz vasitəçi olmayacağını bəyan etməklə əslində özü də öz vasitəçiliyini açıq-aşkar şübhə altına salmış oldu. Odur ki, Fransanın belə bir təəssübkeşlik və tərəfkeşlik sərgilədiyi bir məqamda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı bir rol oynaması qeyri-mümkündür.

Dünya miqyaslı siyasətçi kimi yox, naşı siyasətçi kimi müsahibə verən və küçə leksikonundan istifadə edərək Azərbaycan əleyhinə ittihamlar səsləndirən, iftiralar yağdıran bir ölkənin prezidenti özünü bizə zorla vasitəçi kimi, arbitr kimi sırıya bilməz. Makron qlobal geosiyasi hiylələrini “erməni sevgisi” kimi təqdim edib, Ermənistan üzərindən Azərbaycana qarşı siyasi müharibə elan edirsə, biz bu ölkəyə vasitəçi kimi yox, real düşmənimiz kimi baxmalıyıq. Bizə qarşı düşmən mövqe sərgiləyən bir ölkə (Fransa) digər düşmənimizlə (Ermənistanla) bizim aramızda axı necə vasitəçilik edə bilər?

Dünya praktikasından da məlumdur ki, vasitəçi hökmən neytral, tərəfsiz və qərəzsiz olmalıdır. Bəs, Fransa bu gün bu tələblərə, kriterlərə cavab verirmi? Əsla, yox! Makron vasitəçilik missiyasını öz üzərinə götürərək tərəfləri Praqada danışıqlar masasına dəvət etmişdisə, o, ilk növbədə məhz bu kriterlərdən çıxış etməliydi və onun açıqlamaları da yalnız və yalnız sülh prosesinə dəstək xarakterli fikirlər olmalıydı. Lakin əfsuslar olsun ki, biz bunun tamamilə əksinə olan bir mənzərə ilə qarşılaşdıq. Makron məlum müsahibəsi ilə vasitəçiliyin kriterlərinə, prinsiplərinə tüpürdü. Biz də Makrona və onun dırnaqarası “vasitəçilik” səylərinə eyni münasibəti göstərərək Fransanı prosesdən uzaqlaşdırmalıyıq. Fransa artıq vasitəçi deyil, bu ölkə sadəcə və sadəcə Ermənistanın “vəkil”idir. Azərbaycanın Fransa kimi “vəkil”lərə ehtiyacı yoxdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Rusiyada hərbi komissar ölü vəziyyətdə tapılıbRusiyanın Primorks diyarındakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü vəziyyətdə tapılıb.

“Report” Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə onun yaxınları deyib.

Yaxınlarının sözlərinə görə, Malık ağır döyüşlər görüb, sağlamlığında problem olmayıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmuşdu.
Daha 400 rus hərbçi öldürülübSon sutka ərzində Ukrayna qoşunları daha 400 rus işğalçısını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 15-dəki hesabatında bildirib.

Qeyd olunur ki, düşmənin fevralın 24-dən oktyabrın 15-dək şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 64 min 700 (gündə +400) nəfər olub.

Bundan əlavə, 2 min 524 (+3) ədəd tank, 5 min 179 (+7) zirehli texnika, 1582 (+16) artilleriya sistemi, 365 (+3) reaktiv yaylım atəş sistemi məhv edilib.

186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 (+2) helikopter, 1210 (+11) əməliyyat-taktiki pilotsuz uçuş aparatı, 316 qanadlı raket, 3 min 951 (+7) avtomobil texnikası və sistern, 142 xüsusi texnika sıradan çıxarılıb.

İran Ermənistanda avtomobil zavodu açmağa hazırlaşırİranın ən böyük avtomobil istehsalçılarından biri Ermənistanda avtomobil buraxacaq müəssisə yaratmağı planlaşdırır.

Bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əliriza Peyman Pak bildirib.

Peyman Pak bu məsələ ilə bağlı Ermənistanın İqtisadiyyat Nazirliyi ilə İran Ticarət Nazirliyi arasında müzakirələr aparıldığını deyib.

İranın ticarət nümayəndə heyəti yaxın günlərdə Ermənistanda İran ticarət mərkəzinin açılışı üçün İrəvana səfər edəcək.
Su kəmərində baş vermiş qəzanın su təchizatına təsiri...Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, hazırda bu xətti üzrə Azərsu ASC-nin iki xətti fəaliyyət göstərir: “Digər magistral xətt üzrə dayanıq və fasiləsi su təminatı təmin edilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması çün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Azərsu ASC birlikdə tədbirlər görür”.

Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.