MHP Zelenskidən xahiş edib - Misir Qasımlı azad edilsinErmənilərin şikayəti əsasında saxlanılan və hazırda Kiyevdə həbsdə olan igid soydaşımız, Vətən Müharibəsi iştirakçısı Misir Qasımlının tezliklə həbsdən azad edilməsi hamımızın bir nömrəli məsələlərimizdən biri olmalıdır. Çünki Misir Qasımlının şərin qurbanına çevrilməsi göz qabağındadır. O, erməni şərinin güdazına gedib.

Həmyerlimiz Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və tutuqlanıb. Lakin işin ən gülməli və həm də faciəvi (tragikomik) tərəfi odur ki, bu iş üzrə Misirə qarşı indiyə qədər heç bir sübut təqdim olunmayıb. Adam il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmadan təcrid vəziyyətində saxlanılır və məhkəməsi də qəsdən təxirə salınır.

Bir insanı heç bir dəlil-sübut olmadan həbsxana divarları arasında saxlamağın özü də bir ayrı formada cinayətdir, insan haqlarının çox kobud surətdə pozulmasıdır. Bu da ilk növbədə Ukrayna ədliyyə-məhkəmə sisteminin nüfuzuna zərbə vurur. Ukrayna bizə dost ölkə sayılır, ona görə də bu ölkənin siyasi rəhbərliyi və hüquq-mühafizə orqanları erməni hiyləsinə və fitnəsinə uymamalıdır.

Özü hazırda müharibə vəziyyətində olan, ərazi bütövlüyü uğrunda mübarizə aparan bir ölkənin iki il öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan bir gənci, bir qazini erməni şəri nəticəsində həbsə atması absurddur və yolverilməzdir. Ukrayna hökuməti və məhkəməsi erməni diasporunun həyasız təzyiqləri nəticəsində geri çəkilməməli və sifarişli qərar qəbul etməməlidir.

Biz Milli Həmrəylik Partiyası olaraq Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edir və onun bu məsələni bilavasitə öz nəzarəti altına götürməsini, Misir Qasımlıya qarşı haqsızlığa son qoyulmasını xahiş edirik. Cənab Zelenski azərbaycanlıların Ukrayna xalqına qarşı xoş münasibətini də yəqin ki, nəzərə alacaq.

Azərbaycanlılar Ukraynaya qarşı dərin rəğbət hissilə yanaşır. Lakin keçmiş döyüşçümüzün heç bir tutarlı dəlil-sübut omadan uzun müddətdir ki, Kiyevdə qanunsuz saxlanılması münasibətlərimizə kölgə salır, eyni zamanda Ukraynanı dəstəkləyən azərbaycanlılarda xəyal qırıqlığı yaradır. Biz ümid edirik ki, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən 29 yaşlı cəsur qazimiz Misir Qasımlını tezliklə azadlıqda görəcəyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“Narkomaniya: ağır və erkən ölüm” layihəsi ilə bağlı tədbir keçirilib – FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun akt zalında tələbə və gənclərlə görüş keçirirlib.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, psixoloq, təlimçi Günay Hüseynli, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov və digər qonaqlar iştirak ediblər.

100-ə yaxın gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. 44 günlük Vətən müharibəsində ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuzun 30 illik işğala son qoymasından, canından, qanından keçən qəhrəman oğullarımızın hünərindən söz açıb. Ölkəmizdə belə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən direktor narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb.

Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan millət vəkili Müşfiq Məmmədli də çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.Parlament üzvü həmçinin “ağ ölüm”ün cəmiyyətimizə vurduğu zərərə nəzər yetirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, psixoloq, təlimçi Günay Hüseynli, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov da mövzu ilə bağlı fikirlərini bildiriblər.Ekspertlər son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıblar. Bu problemdən çıxış yolu kimi gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsini vacib sayıblar. Bu bəlanın qarşısının alınmasında həmçinin ictimai maarifləndirmənin ənənəvi forma və metodları ilə yanaşı, sosial medianın rolu xüsusi qeyd edilib.

Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.
Yol pulu tapmayan tələbə intihar edibBakıda intihar hadisəsi olub.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 18 yaşlı Miriyev Sabir Lütfiyar oğlu evdə özünü asaraq həyatına son qoyub.

İlkin məlumata görə, Sabir Türkiyədəki universitetlərdən birində oxuyurmuş. O, təhsil haqqını ödəyə bilmədiyi və bilet almağa pul tapmadığı üçün canına qəsd edib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Son sutkada Azərbaycanda 92 nəfər koronavirusa yoluxubAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, test nəticələri müsbət çıxmış 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 822 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, hazırda 526 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 313, bu günə qədər isə ümumilikdə 7 277 812 test icra olunub.
Keçmiş polis rəisini avtomobil vuraraq öldürübSumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.

Nəticədə o hadisə yerində vəfat edib. Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycan diplomatiyasının Praqa qələbəsiAvropa siyasi birliyi Praqada keçirilən toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan gün ərzində iki dəfə ortaq görüş keçiriblər.

Yelisey sarayının yaydığı bəyanata görə, görüş Azərbaycanvə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə  yekunlaşıb.

Bildirilib ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

“Eyni zamanda, tərəflər razılaşıblar ki, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq” – deyə bəyanatda qeyd olunub. Bundan əlavə,  Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasına yardım göstərməyə razılaşıb.

Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

“Ermənistan 2020-ci ilin 10 noyabr Bəyannaməsi ilə üzərinə bir sıra öhdəliklər götürsə də, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi–siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək”.
İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib:  Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızıdəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir.

Talıbova Cəmilə Xalid qizi
Elmi Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin baş həkimi tibb üzrə fəlsəfə doktoru
Azərbaycanlı müğənni İstanbulda döyüldüAzərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda döyülüb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, buna İstanbulda yaşayan müğənninin yol hərəkəti qaydalarını pozan taksi sürücüsünü danlaması səbəb olub.

Qeyd olunur ki, sürücü müğənniyə hücum edərək, onu döyüb. Daha sonra taksi sürücüsü Nərgiz Bağıyevanın başını yolun kənarındakı metal dirəyə vurub. Ağır kəllə-beyin travması alan və burnu sınan N.Bağıyeva polisə müraciət edib.

Müğənni bildirib ki, işdən evə gedərkən müğənninin avtomobilini sağ tərəfdən ötmək istəyən taksi sürücüsü ona çırpılıb. O, dayanmaq üşün qaydanı pozan taksi sürücüsünü sıq
Jurnalistlər Media Reyestrinə hansı mərhələdə və necə müraciət etməlidir?Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənlinin APA-ya müsahibəsi

- Nazirlər Kabinetinin müvafiq qərarı ilə Media Reyestri şəhadətnaməsinin forması təsdiqlənib. Bu gün isə jurnalist vəsiqəsinin forması, həmçinin onun əldə edilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiqləndi. Bununla da, Media Reyestrinin formalaşdırılması üçün hüquqi bazanın yaradılması mərhələsini bitmiş saymaq olarmı?

- Cənab Prezidentin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdu.

Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrasını yekunlaşmış hesab edə bilərik.

Bundan sonrakı mərhələ internet informasiya ehtiyatı olan Reyestrin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyasının təşkili məqsədilə işlərin görülməsidir. Hazırda bu proses intensiv şəkildə həyata keçirilməkdədir və inanırıq ki, yaxın günlərdə Reyestrin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlər tamamlanacaq və onun fəaliyyətə başlaması təmin ediləcək.

- Demək, yaxın günlərdə media subyektləri və jurnalistlər Reyestrə müraciət edə biləcəklər?

- Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. Amma burada diqqət edilməli olan bir önəmli məqam var. Belə ki, hamınıza məlum olduğu kimi, “Media haqqında” Qanunun və “Media Reyestrinin aparılması Qaydaları”nın tələblərinə əsasən jurnalistin Reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist Reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.

Müraciət zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunacaq. Yox, əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o, sistemə həmin müqavilə haqda məlumatlarla yanaşı, sənədin özünü də yükləməlidir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi və həmin subyektin Reyestrə daxil edilib-edilmədiyi aydınlaşdırılacaq, müvafiq qərar qəbul ediləcək.

- Yəni, jurnalistlər Reyestrə media subyektlərindən sonra müraciət etməlidirlər?

- Jurnalistlər Reyestrə, şərti desək, ikinci mərhələdə müraciət etsələr, daha məqsədəmüvafiqdir. Yəni onlar Media Reyestrinə müraciət etmək üçün işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestri şəhadətnaməsi əldə etməsini gözləməlidirlər.

- Bütün müraciətlər tam elektron qaydada olacaq?

- Bəli, Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, təcrübə göstərir ki, elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu da bir sıra obyektiv səbəblərə əsaslanır.

Belə ki, müvafiq sistemlər özündə bəlli bir tarixdən sonraya aid məlumatları əks etdirir. Bu kimi hallarda müraciətçi qanunvericiliyə uyğun olaraq inteqrasiya olunmayan informasiyalara dair sənədləri Agentliyə kağız daşıyıcıda təqdim edə bilər.

- Bəs, jurnalistin Media Reyestrinə düşməsi üçün başqa nələr tələb olunur?

- Bu tələblər “Media haqqında” Qanunun 74.2-ci maddəsində əksini tapıb və “Media Reyestrinin aparılması Qaydaları”nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit olunub.

Müvafiq tələblər içərisində ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj tələbi daha çox müzakirə olunsa da, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.

- Reyestrə düşməyəcək və müvafiq olaraq, jurnalist vəsiqəsi almayacaq şəxslərin aqibəti necə olacaq?

- Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Yəni bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir.

Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər. Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər.

- Bəs bu vəsiqələrin hansı özəlliyi var?

- Jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq standartlar nəzərə alınmaqla müəyyənləşdirilib. Onun arxa tərəfində yerləşdirilmiş QR kod mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid təmin olunur və vəsiqənin elektron variantı görünür. Bu, qarşı tərəfin jurnalist haqda məlumatların mötəbərliyinə əmin olmasını təmin edəcək.

Bundan başqa, vəsiqənin üzərində “Media haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq, jurnalistin peşə fəaliyyətinə müdaxilənin yolverilməzliyi xüsusi qeyd olunub.

Eyni zamanda, bu vəsiqə jurnalistin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək.

- Vəsiqələr jurnalistlərə hansı müddətə veriləcək?

- Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir.

Xidmət müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər.
MTN generalı 8 il müddətinə azadlıqdan məhrum edilibLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov 8 il, qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayev 6 il, MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib.

Bu barədə hökm Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Bundan başqa, hökmə əsasən, MTN-in digər keçmiş əməkdaşı Elman Tahirov barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, N.Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.

N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.
SOCAR-ın müəmmalı ismi Adnan Əhmədzadə kimdir?SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.
Bu adamın adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır. Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir? Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.
Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən?
Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.