İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcəkİran, Rusiya və Çinin hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.

Avrasiya.net xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri bildirib.

Generalın sözlərinə görə, təlimlər Hind okeanının cənubunda 17 min kvadratkilometr ərazidə təşkil ediləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, hərbi helikopter və təyyarələr də cəlb olunacaq.

İranlı general bildirib ki, təlim zamanı düşmən hücumunun qarşısının birgə alınması taktikası məşq ediləcək.
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor TƏYİN EDİLDİ“Xalq qəzeti”nə yeni baş redaktor təyin olunub.

Avrasiya.net xəbər verir ki, bu, Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Amaşovdur. Bir qədər öncə yeni baş redaktor qəzetin kollektivinə təqdim olunub.

Əflatun Amaşov 26 aprel 1957- ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1973-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976-1978-ci illərdə hərbi xidmətdə olub.

1979-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub.

1984-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.

1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından biri olub. Üç il təşkilatın sədr müavini vəzifəsində işləyib.

1998-2003-cü illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.

2003-ci il martın 15-də ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib.

Jurnalistika sahəsində onadək kitabın və dərs vəsaitinin müəllifidir.

Dünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının idarə heyətlərinin üzvüdür.

2011-2013-cü illərdə Türkdilli Ölkələrin və Toplumlarının Media Forumuna rəhbərlik edib.

2014-cü ildə MDB Məkanı üzrə Mətbuat Şuraları Assosiasiyasının sədri olub.

2010-cu ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib. O, 2020-ci ilə kmi V çağırış Milli Məclisinin üzvü olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2017-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir. Bir oğlu var.
ABŞ yeni hipersəs raketi hazırlayırPentaqon “Raytheon Technologies” şirkətilə hipersəs qanadlı raketlərin prototipini hazırlamaq üçün 985 milyon dollarlıq müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bunu “Raytheon Missiles & Defense” şirkətinin prezidenti Ues Kremer deyib.

“Hipersəs silahı atmosferin yuxarı qatlarında saatda təxminən 6200 km sürətlə hərəkət edir. Bütün dünyada yaranan bugünkü təhlükələr qarşısında hipersəs qanadlı raketi döyüşçülərimizi çox ehtiyac duyulan imkanlarla təmin edəcək. Hərbi Hava Qüvvələri tədarükləri 2027-ci ildə gözləyir”, - o bildirib.
Zəncanda aksiya: iki gənc güllələnərək öldürüldüGüney Azərbaycanın Zəncan şəhərində keçirilən etiraz aksiyalar zamanı İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində iki gənc həlak olub.

Avrasiya.net xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində Məhsa Əmininin qətlinə etiraz aksiyasında iştirak ediblər. Nümayişi hakimiyyətin güc strukturları zorakılıqla dağıdıb. Aksiyaçılara odlu silahdan atəş açıldığı da vurğulanıb.

Məlumata görə, son günlər baş verən etiraz aksiyaları zamanı çoxlu sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiini tapıb. İnsan haqları müdafiə təşkilatları ağır yaralıların çoxluğuna görə ölü sayının artacağı ehtimalının yüksək olduğunu söyləyirlər.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) "hicaba düzgün əməl etmədiyinə görə" əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla ostan və şəhərdə nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir. ABŞ Maliyyə Nazirliyi isə Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisi, İslam Respublikasının Quru Qoşunları komandanı general Kiyumərs Heydəri və daha beş vəzifəli şəxsə sanksiya tətbiq edib.

Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü də 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
QHT-lər media ilə əməkdaşlıqda yeni təkliflərlə çıxış etməlidirlər” – EkspertlərAXC TV-nin "Azad meydan" verilişində yenə QHT-media əməkdaşlığı müzakirə olunub. Sualları Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı və ekspert Ramil Məmmədli cavablandırıb. Qeyd edək ki, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyi (BNM) sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti və media" adlı layihənin icrasına başlayıb. 2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin tədbirlərin həyata keçirilməsidir. Layihə çərçivəsində çəkilmiş iki verilişi oxuculara təqdim edirik:

Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidirAzərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə etdiyimiz qələbə yaddaşlarımızdan heç bir vaxt silinməyəcəkdir. Bu Zəfər nəticəsində Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 günlük müharibə ərzində tarix yazaraq Azərbaycan ordusunun qüdrətini və gücünü bütün dünyaya nümayiş etdirmiş oldu.

Təəssüf hissi ilə qeyd etməliyik ki, qələbənin qazanılmasında 3000 nəfərə yaxın Azərbaycan oğlu şəhid oldu və minlərlə qəhrəman oğullarımız isə yaralanmışdır. Şəhidlərimiz və qazilərimiz xalqımız üçün dəyərlidir və qələbənin əldə edilməsində onlara borcluyuq. Azərbaycan dövləti və cəmiyyəti üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir.

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir.

Cənab Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın¬dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir.

Həm də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezi¬denti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Onlar üçün davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilir.

Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble¬mi aradan qaldırılır. Bu gün tam əminliklə deyə bilərik ki, şəhid və qazi ailələrinə xüsusi qayğının göstərilməsi dövlətimizin mütləq prioritetidir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Rusiyalı general yaralandıRusiyalı general-mayor Oleq Çokov Ukraynadakı döyüşlər zamanı yaralanıb.

Ukrayna Baş Qərargahının yaydığı məlumatda deyilir:

“Svatovo yaşayış məntəqəsi rayonunda 20-ci ümumqoşun ordusunun 114-cü motoatıcı diviziyasının komandiri general-mayor Oleq Çokov yaralanıb. General serntyabrın 20-də təxliyə olunub. 19-20 sentyabr tarixlərində Rostovdakı hərbi hospitala 105 hərbi qulluqçunun meyiti aparılıb”.
Ermənilər 3 rayonumuzu atəşə tutdu: Ordumuz cavab verdiSentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hər yerindən duran özünü ortaya atıb xəyali “dövlət” qura bilməzDövlət yaratmaq, cümhuriyyət qurmaq bəyəm bu qədərmi asan işdir? 200-dən çox Azərbaycan ziyalısının bizim tarixi torpaqlarımızda (hazırkı Ermənistan Respublikasının ərazisində) “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması ilə bağlı bəyanat yayması və hətta Türkiyənin paytaxtı Ankara şəhərində bu “respublika”nın nümayəndəliyinin açılması, bayrağının təqdim edilməsi xəbərini eşidəndə ağlıma gələn ilk sual bu oldu. Bu nə təfəkkürdür? Bu cür zərərli ideyanı ortaya atanlar əcaba, nə yeyib-içirlər? Bunlar atdıqları addımın sonrakı nəticələrini yüz ölçüb bir biçiblərmi, mümkün fəsadlarını hesablayıblarmı?

Əslən Göyçədən, Zəngəzurdan, İrəvandan olan bəzi soydaşlarımız son dönəmlərdə bir-birinin ardınca kağız üzərində artıq 3 “respublika” yaradıblar. Biri öz “respublika”sının adını "Göyçə-Zəngəzur Cumhuriyyəti " qoyub, digəri "İrəvan Türk Cümhuriyyəti" yaradıb. Daha öncə isə “Qərbi Azərbaycan Respublikası” elan edilmişdi. Bu gedişlə hələ başqa “cümhuriyyət”lər də ortaya çıxacaq. Bəs bu cür avantürist təşəbbüslər nədən irəli gəlir?

Məsələ burasındadır ki, bu cür qondarma “layihə”lərin dalınca düşənlərin bəzilərinin dövlətçilik anlayışı yoxdur, bəziləri tarixdən bixəbərdir, bəzilərinin xaraktercə avantürist olması onları bu cür qalmaqallı və ziyanlı addımlar atmağa təhrik edir, digərləri isə sadəcə müasir "xanlıq" eşqinə düşənlərdir. Onlar Bütöv Azərbaycan hədəfimizin işığına toplaşmaqdan və həmrəy olmaqdansa, onsuz da tarixən dəfələrlə bölünmüş məmləkətimizi indi bir daha yenidən parçalamağa xidmət edirlər.

Dayanın, bəylər! Öncə gedin heç olmasa, bir-iki tarix dərsliklərini oxuyun, bir əsr öncəki tariximizlə yaxından maraqlanın. Siz bilməlisiniz ki, hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yeganə hüquqi-siyasi varisidir. Bu isə o deməkdir ki, indiki dövlətimiz həm də keçmiş Cümhuriyyət ərazilərinin (o cümlədən Zəngəzurun) tarixi, hüquqi sahibidir. Vəssalam, burda başqa bir söhbət ola bilməz. Hər yerindən duran özünü yuyulmamış qaşıq kimi ortaya atıb xəyali “dövlət” qura bilməz.

Dövlət qurmaq çox ciddi məsələdir. Amma sizlər isə beynəlxalq hüquqa sığmayan bu cür yersiz, təməlsiz, köksüz təşəbbüslərinizlə hətta dövlət yaratmaq kimi taleyüklü bir məsələni də qeyri-ciddiləşdirirsiniz. Üstəlik də gənc nəslin təfəkkürünü yanlış tarixi “həqiqət”lərə doğru yönləndirirsiniz, insanlarımızda çaşqınlıq yaradırsınız. İndi hər fürsətdə və hər kürsüdən yalnız Bütöv Azərbaycan davasını aparmaq lazımdır.

Ziyanlı ideyalara rəvac vermək, düşmənin qondarma “Artsax” iddiasına “yaşıl işıq” yandırmaq, ona legitimlik donu qazandırmaq lazım deyil. Biz Azərbaycanın tarixi torpaqları sayılan hazırkı Ermənistan dövlətinə azərbaycanlıların qayıdışını təmin etmək, onların öz qədim yurdlarında yaşamaq hüquqlarının, milli-mədən və siyasi hüquqlarının bərpa edilməsini istəyiriksə bununçün daha səmərəli və adekvat yollar axtarıb tapmalıyıq. Biz ermənilərin tayı deyilik ki, onlar kimi qondarma “ideya”ların dalınca düşək, miflərlə yaşayaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır 1918-ci ilin may ayının 28-də yaranmış və türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən mühüm qərarlarından biri müstəqil dövlətin varlığının ən böyük qarantı olan güclü ordunun yaradılması istiqamətində olmuşdur. Belə ki, 1918-ci il 26 iyun tarixində Müsəlman korpusunun “Əlahiddə Azərbaycan korpusu” adlandırılması ilə Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər tərəfindən bütün dəyərlərimiz kimi ordumuz da ləğv edildi. Azərbaycanda milli ordunun formalaşması prosesi 1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra başlanıldı. Lakin müstəqilliyin ilk illəri bütün sahələrdə olduğu kimi ordu quruculuğu işində də dərin böhranlarla yadda qaldı.

Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Müdrik və uzaqgörən xalqımızın seçiminin nə qədər doğru olduğu qısa vaxt ərzində Ulu Öndər tərəfindən həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə dövlətimizin təhlükəsizliyinin qarantı olan ordumuzun yenidən formalaşdırılması istiqamətində mühüm işlər gördü.

Əvvəlki iqtidarların ordu quruculuğu ilə demək olar ki, məşğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş, müxtəlif qüvvələrin təsiri altına düşmüşdü. Pərakəndə, vahid komandanlığın olmadığı orduda ilk növbədə ciddi intizam yaradıldı və təxribatçı ünsürlər kənarlaşdırıldı. Ulu Öndər şəxsən cəbhə bölgələrində olaraq ordunun döyüş əhvali-ruhiyyəsi ilə tanış oldu və qısa müddət ərzində Azərbaycan ordusu öz gücünü cəbhədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarla sübuta yetirdi.

Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi siyasəti hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 2020-ci ilin noyabrında Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatmışdır. Ərazilərimizin böyük hissəsinin 30 ildən bəri Ermənistanın işğalı altında olması Silahlı Qüvvələrimizi ciddi şəkildə möhkəmləndirməyə vadar edib.

Bu illər ərzində bütün sahələrlə yanaşı ordu quruculuğu işlərinə xüsusi diqqət yetirilmiş, ordu sıralarında ciddi intizam yaradılmış, ixtisaslı kadrların yetişdirilməsi məqsədilə bir sıra işlər görülmüş və ordumuz ən müasir silahlarla təchiz edilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində çox qısa müddətdə – cəmi 44 gün ərzində, ən müasir hərbi texnikalar vasitəsilə XXI əsrin müharibəsini apararaq, Ermənistan ordusu üzərində tarixi qələbə qa¬zanaraq, 30 ilə yaxın işğal altında inləmiş doğma torpaqlarımızı azad edib, düşmən ordusunu, demək olar ki, tamamilə məhv etdi. Məhz bu qələbənin əldə edilməsində ən önəmli amillərdən biri Azərbaycan xalqının öz liderinə sonsuz inamı və rəşadətli ordusu ətrafında sıx birləşməsi olmuşdur. Bu qarşılıqlı inamın nəticəsidir ki, bizlər bu gün fəxr edirik ki, bizim Qalib, Müzəffər ordumuz və İlham Əliyev cənabları kimi Ali Baş Komandanımız vardır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri