Sizin Reklam Burada

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır 1918-ci ilin may ayının 28-də yaranmış və türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən mühüm qərarlarından biri müstəqil dövlətin varlığının ən böyük qarantı olan güclü ordunun yaradılması istiqamətində olmuşdur. Belə ki, 1918-ci il 26 iyun tarixində Müsəlman korpusunun “Əlahiddə Azərbaycan korpusu” adlandırılması ilə Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər tərəfindən bütün dəyərlərimiz kimi ordumuz da ləğv edildi. Azərbaycanda milli ordunun formalaşması prosesi 1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra başlanıldı. Lakin müstəqilliyin ilk illəri bütün sahələrdə olduğu kimi ordu quruculuğu işində də dərin böhranlarla yadda qaldı.

Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Müdrik və uzaqgörən xalqımızın seçiminin nə qədər doğru olduğu qısa vaxt ərzində Ulu Öndər tərəfindən həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə dövlətimizin təhlükəsizliyinin qarantı olan ordumuzun yenidən formalaşdırılması istiqamətində mühüm işlər gördü.

Əvvəlki iqtidarların ordu quruculuğu ilə demək olar ki, məşğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş, müxtəlif qüvvələrin təsiri altına düşmüşdü. Pərakəndə, vahid komandanlığın olmadığı orduda ilk növbədə ciddi intizam yaradıldı və təxribatçı ünsürlər kənarlaşdırıldı. Ulu Öndər şəxsən cəbhə bölgələrində olaraq ordunun döyüş əhvali-ruhiyyəsi ilə tanış oldu və qısa müddət ərzində Azərbaycan ordusu öz gücünü cəbhədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarla sübuta yetirdi.

Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi siyasəti hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 2020-ci ilin noyabrında Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatmışdır. Ərazilərimizin böyük hissəsinin 30 ildən bəri Ermənistanın işğalı altında olması Silahlı Qüvvələrimizi ciddi şəkildə möhkəmləndirməyə vadar edib.

Bu illər ərzində bütün sahələrlə yanaşı ordu quruculuğu işlərinə xüsusi diqqət yetirilmiş, ordu sıralarında ciddi intizam yaradılmış, ixtisaslı kadrların yetişdirilməsi məqsədilə bir sıra işlər görülmüş və ordumuz ən müasir silahlarla təchiz edilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində çox qısa müddətdə – cəmi 44 gün ərzində, ən müasir hərbi texnikalar vasitəsilə XXI əsrin müharibəsini apararaq, Ermənistan ordusu üzərində tarixi qələbə qa¬zanaraq, 30 ilə yaxın işğal altında inləmiş doğma torpaqlarımızı azad edib, düşmən ordusunu, demək olar ki, tamamilə məhv etdi. Məhz bu qələbənin əldə edilməsində ən önəmli amillərdən biri Azərbaycan xalqının öz liderinə sonsuz inamı və rəşadətli ordusu ətrafında sıx birləşməsi olmuşdur. Bu qarşılıqlı inamın nəticəsidir ki, bizlər bu gün fəxr edirik ki, bizim Qalib, Müzəffər ordumuz və İlham Əliyev cənabları kimi Ali Baş Komandanımız vardır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər