“12-13 sentyabr hadisələrində Fransanın əli olub” – “Fransadan gətirilən muzdlu döyüşçülər...”“12-13 sentyabr tarixlərində Azərbaycan ilə Ermənistan arasında baş verən toqquşmalarda Fransa birbaşa iştirak edib”.

Avrasiya.net xəbər verir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Press Klub”-un canlı efirində çıxış edərkən deyib.

Hüquşünas bildirib ki, Fransa erməni xüsusi təyinatlılarının hazırlanmasında və silahlandırılmasında yaxından iştirak edib: “Fransa bu məsələdə silah, texniki təchizatla bağlı Ermənistana yardım edib. Həmçinin Fransa kəşfiyyatı Azərbaycan ordusunun yerləşdiyi mövqeləri ermənilərə ötürüb. Hətta Fransadan gələn muzdlu döyüşçülər də bu hadisələrdə birbaşa iştirak ediblər. Bir sözlə son sərhəd hadisələrində təcavüzün əsas iştirakçısı Fransa olub”.

“Əminəm ki, Azərbaycan tərəfində bu barədə məlumatlar var. Sərhəddə baş verən hadisələrə görə, həlak olan hərbçilərin qanı Fransanın əlindədir. Biz bu məsələdə qətiyyən tərəddüdə yol verməməliyik. Fransa vaxtilə Afrikda etdiklərini indi Cənubi Qafaqazda təkrarlamağa çalışır”,- deyə o, bildirib.
İki qurum arasında müqavilə imzalanıbQovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.

Bu barədə Avrasiya.net-ə Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələri qurulması daxildir.

Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.




İran yeni ballistik raketini nümayiş etdiribİranda bu gün keçirilən hərbi paradda İslam İnqilabı Keşikçiləri Korpusunun “Rizvan” adlı yer-yer tipli ballistik raketi nümayiş etdirilib.

APA-nın Tehran bürosu xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin rəhbərinin dediyinə görə, yeni raket 1400 kilometrə qədər uçuş məsafəsinə malikdir.

İran xəbər agentliklərinin bu raketlə bağlı dərc etdiyi məlumatlarda onun birpilləli maye yanacaqla işləyən raket olduğu və döyüş başlığının “yüksək partlayıcı parçalanma qabiliyyətinə malik” olduğu göstərilir.
İranda aksiyalarda 10 etirazçı öldürüldüİranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.

Bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi məlumat yayıb.

Eyni zamanda qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla, 3 nəfər qətlə yetirilib.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.
Əvəz Zeynallı kimdən nə qədər pul alıb? - RəsmiXural Yayınları Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Tapdıq oğlu Zeynalov, Səda TV MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Zakir oğlu Şükürov və Elçin Əli oğlu Sadıqovun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, aparılmış istintaqla bir sıra media subyektlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə hərəkət edilməsi məqsədilə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə edərək müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib:

"Belə ki, vəzifəli şəxs olan Xural Yayınları Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan Səda TV MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Teymur Sabir oğlu Rəhimov qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının Xural TV internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov sonuncunun tanışı Vəliyev Telman Hüseyn oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7000 manat alaraq Xural TV internet kanalının təsir imkanlarından istifadə etməklə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib tikintinin aparılmasına icazə verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Əvvəllər xəbər verildiyi kimi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib".

Məlumatda bildirilib ki, təqsirləndirilən şəxslərin digər qanunsuz əməllərinin ifşa edilməsi, habelə bu kimi əməllərdə iştirak etmiş digər media subyektləri və nümayəndələri, habelə başqa şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ermənistan təcavüzkar müharibənin qarşısını almırQaiser Nəvab: "Dünya Ermənistanın təxribatlarına ədalətli qiymət verməlidir"

Sülhə, firavanlığa və ləyaqətə doğru səyahət dağ qayaları kimi maneələrlə doludur. Bu çətin qayaları sülhün və insan ləyaqətinin taleyinə çatmaq üçün pilləkənlərə çevirmək sülh qurucularının, liderlərin və insanların keyfiyyətidir. Qlobal birlik hesab edir ki, sülh qlobal ləyaqətin açarıdır və bu yolla qlobal birlik Dayanıqlı İnkişafın qlobal gündəliyinə nail ola bilər.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə Pakistanın tanınmış ictimai-siyasi xadimi, Qlobal Gənclik lideri, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qaiser Nəvab deyib.

Pakistanlı ekspert deyib ki, 2020-ci ildə üçüncü tərəf - Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalanıb: "Azərbaycan regionda sülhün qorunması istiqamətində təxminən 3 onillik uzun bir yol qət etdi və nəhayət, 2020-ci ildə Qarabağ müharibəsinin 44 günündə uğur qazandı. Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan xalqının nəhayət 2020-ci ildə müharibəyə son qoyan bəyanatı imzalamağa gəlməsini yüksək qiymətləndirdi. Onlar imzalanan bəyanatın Azərbaycan və Ermənistan xalqlarının qələbəsi olduğuna inandılar. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat təkcə münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın böyük marağına deyil, həm də sülh və firavanlığı, eləcə də misli görünməmiş qlobal iqlimi qorumaq üçün artıq mübarizə aparan dünya ictimaiyyətinin daha böyük marağına cavab verirdi". Q.Nəvab onu da qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı işğalçılıq siyasəti artıq 20-ci əsrdən başlayıb. Təcavüz siyasəti nəticəsində minlərlə insan həlak olub, 1 milyondan çox insan uzun onilliklər ərzində məcburi köçkün olub. Ermənistan ordusu misli görünməmiş Xocalı soyqırımını törədib, bütün dünya hələ də bunu hiss edir, amma susur:

"Bəzi beynəlxalq təşkilatların və dövlətlərin reaksiyasına baxmayaraq, ümumiyyətlə, Ermənistan hökuməti təcavüzkar müharibənin qarşısını almır və nəticədə 2022-ci il sentyabrın 12-14-də Ermənistan tərəfi Laçın rayonu ərazisində təxribatlar törətməyə başlayıb və arşı tərəfin əsgərlərinə hücum edib. Bütün cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baxmayaraq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu sənədlər birbaşa olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, Azərbaycanda qırğınlar törətdiyini, minlərlə insanın qətlə yetirildiyini, əsur götürülməsini təsdiqləyən sənədlərdir. Ötən həftə baş vermiş təxribatlarda 282 yaralı hərbçidən 43 nəfərə ilkin tibbi yardım göstərilərək ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti qənaətbəxş, 103 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə ağırdır.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 2 mülki azərbaycanlı yaralanıb. Yaralı mülki vətəndaşlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Əvvəllər də, indi də erməni tərəfi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərini, müharibə qaydalarını müəyyən edən 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozub. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribat zamanı diversiya qrupları tərəfindən minalanmış əraziləri və təchizat yollarını təmizləyir. Laçın rayonu ərazisində aparılan minatəmizləmə tədbirləri nəticəsində sentyabrın 18-də Ermənistanda 2021-ci ildə istehsal olunmuş 122 ədəd E-001 M tipli piyada əleyhinə mina Böyük İşıqlının şimal-şərq hissəsinin dərə boşluğundan çıxarılaraq daşınıb".

Q.Nəvab deyib ki, o, Ermənistanın hərbi cinayətlərini qətiyyətlə pisləyir və onun Azərbaycan Ordusuna və vətəndaşlarına qarşı bilərəkdən atəşə tutulmasına son qoyulmasını tələb edir: "Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını qətiyyətlə pisləməyə çağırıram, dünya erməni tərəfinin həyata keçirdiyi təxribat missiyasına ədalətli qiymət verməlidir. Bundan əlavə, Kəşmir məsələsi ilə bağlı Hindistan və Pakistan arasında atəşkəs razılaşmasını da vurğulamaq istərdim, lakin bu bölgə hələ də sülhün təmin olunmasını gözləyir. Qlobal İqlim fəalı kimi bütün dünyada daha çox sülh, daha çox firavanlıq və daha çox ləyaqət arzulayıram. Yaşasın Qlobal Sülh!".
Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcəkQismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına çağırılan Rusiya vətəndaşları aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar.

Bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin brifinq zamanı bildirib:

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulurlar, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda - 205 min rubldan başlayaraq pul müavinəti alacaqlar”.

Avdonin qeyd edib ki, ilk növbədə hərbi xidmətə üç il əvvəldən çox olmayan müddətdə hərbi xidmət keçmiş, həmçinin hərbi xidmət bacarığı olan gənclər cəlb edilirlər.

Qeyd olunur ki, bölgələr dəstək tədbiri kimi vətəndaşlara əlavə məbləğlər ödəyə bilərlər.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən, 21 sentyabr tarixində ölkə ərazisində qismən səfərbərlik elan edib.
Fransa Rusiya ilə müharibə aparmır - MakronFransa Ukraynaya dəstəyinə baxmayaraq, Rusiya ilə müharibə aparmır və Moskva ilə dialoqu davam etdirir.

Bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib.

"Düşünürəm ki, Ukraynanın müdafiəsi üçün onu dəstəkləməyə davam etmək bizim borcumuzdur. Biz Rusiya ilə müharibə aparmırıq. Dünya üçün faydalı dialoqun bərpasına kollektiv şəkildə kömək etməliyik", - Makron qeyd edib.
Koronavirusa yoluxma və ölüm halları azalıbSon bir həftə ərzində dünyada COVID-19-a yoluxma və ölüm halları azalıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Bildirilib ki, sentyabrın 12-dən 18-dək dünyanın bütün regionlarında koronavirusa yoluxma halları azalıb.

ÜST-ün məlumatına əsasən, yoluxmaların sayında ən əhəmiyyətli azalma Afrikada (35 %), Şərqi Aralıq dənizi regionunda (14 %) və Amerikada (12%) müşahidə olunub.

ÜST bildirib ki, bir həftə ərzində dünyada 3,2 milyondan çox yoluxma halı qeydə alınıb.

Koronavirusdan ölüm halları bütün regionlarda azalıb: ölüm hallarında ən çox azalma Şərqi Aralıq dənizi regionunda (46 %), Afrikada (27 %) və Qərbi Sakit okeanda (27 %) qeydə alınıb.

Ümumilikdə, bir həftə ərzində, təxminən, 9,8 min insan koronavirusdan ölüb.

İndiyədək COVID-19-a 613 milyondan çox yoluxma halı qeyd alınıb, koronavirus nəticəsində 6,5 milyondan çox insan ölüb.
“Səfirliklərə hücum edənlər cəzalandırılmalıdır” - Ceyhun Bayramov“Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində erməni radikalların Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumu ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz:

“Əfsuslar olsun ki, xarici ölkələrdə revanşist fikirlərlə yaşayan radikal erməni qüvvələr çoxdur. Onlar hər zaman təxribatlara əl atırlar. Bizim diplomatik missiyalarımıza, diplomatlarımıza olan hücumlar tamamilə qəbuledilməzdir və bütün beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır. Çünki diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti belə ola bilməz. Hətta fəal müharibə aparan ölkələr arasında da bu qaydalara hər zaman riayət olunub. Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Belə hallar baş verəndə biz digər tədbirlərlə yanaşı, öz qəti etirazımızı da bildiririk. Çünki həmin ölkələr Vyana Konvensiyasına üzvdür və ölkələrində yerləşən bütün diplomatik missiyaların təhlükəsizliyini təmin etmək onların öhdəliyidir. Biz bunu gözləyirik”.

C.Bayramov vandalizmə əl atan radikalların tapılıb cəzalandırılmalı olduğunu qeyd edib:

“Biz bu cür hadisələrlə bağlı müxtəlif ssenarilərin şahidi olmuşuq. Elə ölkələr var ki, onlar özləri belə hadisələr barədə məlumatlı olurlar. Bəzi hallarda isə biz qarşı tərəfi məlumatlandırırıq və nəticədə qabaqlayıcı tədbirlər görülür. Elə situasiyalar da var ki, ortada bəlli bir vandallıq aktı olur. Belə hallarda gözləntimiz günahkarların tapılması və cəzalandırılması yönündədir. Təxribatların fərqli növləri var. Bu yaxınlarda qanunsuz məskunlaşmış əhali Laçını tərk edərkən radikallaşmış erməni diasporunun nümayəndələri onlara çağırışlar edirdi ki, evləri yandırın, kompensasiyanı biz verəcəyik”.