Sizin Reklam Burada

Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib

Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr veribSentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev cənabları Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək bildirmişdir ki, ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Bundan əlavə ölkəmizin əlverişli coğrafi mövqeyi nəqliyyat sisteminin inkişafı üçün əlavə imkanlar yaratmaqdadır.

Cənab Prezident çıxışı zamanı ölkəmizin yükdaşımalarda son illərdəki uğurlarından bəhs edərək bildirmişdir ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Sevindirici haldır ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bununla yanaşı Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Ölkə başçımız Azərbaycanda nəqliyyat sisteminin inkişafında və görülmüş işlərdən danışaraq diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

Cənab Prezident Ermənistanla münasibətlərə də toxunaraq qeyd etmişdir ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Üçtərəfli bəyanata uyğun olaraq açılması nəzərdə tutulmuş Zəngəzur dəhlizi ilə bağlı ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və dəhlizin Azərbaycana düşən hissəsində işlər planlı şəkildə davam etdirilməkdədir. Belə ki, dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrası, demək olar ki, yekunlaşmaq üzrədir. Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. Cənab Prezident hər zaman qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İnanırıq ki, bütün türk dünyası üçün böyük əhəmiyyəti olan Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər