Sizin Reklam Burada

Rusiya vətəndaşları səfərbərlikdən sonra kütləvi şəkildə Finlandiyaya gedir

Rusiya vətəndaşları səfərbərlikdən sonra kütləvi şəkildə Finlandiyaya gedirRusiyada qismən səfərbərlik elan edildikdən sonra çağırış yaşında olan daha çox kişi ölkəni tərk edərək Finlandiyaya getməyə başlayıb.

“Report” "Pravda.com.ua"ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Yussi Tanner bildirib.

“Rusiyanı tərk etmək istəyinin olduğunu göstərən ərizələr çoxdur, lakin geri qayıtmaq üçün şərtlər yerinə yetirilmir. O zaman da viza verilməsi ilə bağlı qərar mənfi olur”, - o bildirib.

Y.Tanner əlavə edib ki, yaxın gələcəkdə Rusiyada qismən səfərbərlik tam fəaliyyətə başlayandan sonra ölkəni tərk etmək istəyən rusiyalıların sayı daha da artacaq.

Bəzi Aİ üzvlərinin milli təhlükəsizlik səbəbi ilə Rusiya vətəndaşlarına turist vizaları verməməsinə baxmayaraq, Finlandiya bu proseduru dayandırmayıb. Eyni zamanda, Finlandiya müxalifəti hökumətdən son hadisələr fonunda rusiyalıların ölkəyə girişinə məhdudiyyətlər tətbiqi barədə dərhal qərar verilməsini tələb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər