Sizin Reklam Burada

Təbrizdə son durum: polis ofisi yandırıldı - Video

Təbrizdə son durum: polis ofisi yandırıldı - VideoGüney Azərbaycanda gərgin vəziyyət davam edir.

Avrasiya.net Gunaz TV-yə istinadən xəbər verir ki, Təbrizdə axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılar hökumət əleyhinə şüarlarla yanaşı, türkcə milli şüarlar da səsləndiriblər.

"Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" və başqa bu kimi şüarlar səsləndirən narazılar aksiyalara müdaxilə edən xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarını daşa basıblar.

Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazarağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.

Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.

Şəhərin mərkəzində polis bölmələrindən birinə məxsus konteyner ofisin yandırıldığı bildirilib.

Bununla yanaşı, şəhərin mərkəzində yerləşən "Barnavak" adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.

Fəallar hökumət məmurlarının təxribat törədərək etirazçılara qarşı repressiyaları əsaslandırmağa çalışdıqlarını yazırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər