Azərbaycan 32 erməni hərbçinin meyitini təhvil verdiAzərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

“Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir”, - Dövlət Komissiyasından bildirilib.
MTK rəhbəri həbs olunduBakıda bir mənzili bir neçə şəxsə satan MTK-nın rəhbəri həbs olunub.

Avrasiya.net xəbər verir ki, bu haqda Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, “Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Hacıyev Nofəl Əhməd oğlu tərəfindən həmin MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hacıyev Nofəl Əhməd oğlu CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulam ittiham elan edilib, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.
"Səmərqənddə Rusiya-Türkiyə enerji anlaşması Amerikanı narahat edib"Elman Vəliyev
Politoloq


NATO-Rusiya konflikti yeni cəbhələrə daşınır. Bunun biri də Qafqaz cəbhəsidir!

ABŞ konqresinin nümayəndələr palatasının spikeri Pelosi Ermənistana səfər edəcək. Qarşı tərəf bildirir ki, səfər zamanı Pelosi ilə Paşinyan 102-ci bazadakı rus qüvvələri yerinə NATO güclərinin yerləşdirilməsi müzakirə ediləcək. Bu informasiya nə dərəcədə düzgündür, əmin deyiləm. Amma bu Paşinyan üçün, ümumiyyətlə, Ermənistan üçün təlafat deməkdir. Rusiya öz əlaltısında, öz bazasının yerinə NATO-nun gəlməsini qəbul edə bilməz. Bu, Paşinyanın sonu deməkdir. Pelosinin səfərindən sonra Rusiya tərəfi, mütləq ki, bir tədbir görəcək. Bu ölkə daxilindəki müxalifəti qızışdırmaqla ola bilər.

Pelosinin səfərini başqa cür qiymətləndirə bilərik. Səmərqənd görüşünə cavab kimi dəyərləndirlməlidir. Orada iştirak etməyən dövlətlərdən biri də Ermənistan idi. Amerika cavab olaraq Ermənistana və Yunanıstana dəstək olduğunu göstərməyə çalışır. Cənubi Kiprə tətbiq edilən embarqolaraın ləğvi də buna dəlalətdir!

Səmərqənddə Rusiya-Türkiyə enerji anlaşması Amerikanı narahat elədi. Təsəvvür edin ki, NATO-da önəmli yerə malik olan bir ölkə, alyansın mübarizə apardığı dövlətlə anlaşma imzalayır.

Şanxaya, AİB-ə qarşı NATO ətrafını genişləndirir!

Pelosinin səfəri çox ciddi problem yaratmaz, amma narahat olmağa vadar edən amildir. Əgər Ermənistan səfərindən sonra Azərbaycana da gəlsə, narahatlıq yoxdur, lakin o bu barədə nəsə deməyib!
Daha 2 şəhidimiz varErmənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Sabiq nazirin oğlu gömrükdəki vəzifəsindən azad edildiSabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindən (DGK) kənarlaşdırılıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.

Əldə etdiyimiz digər məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilsə də, sorğuya cavab verilməyib.

Qeyd edək ki, ötən ay Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Generalın qardaşı oğlu, gömrük inspektoru Emin Xəlilov 30 mart 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Baş Gömrük İdarəsində keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib.
"Azərbaycan üçün ciddi problem olmayacaq"Azər Qasımov
Politoloq

Ermənistanın təxribatlar etməklə dəfələrlə hərbi məğlubiyyətlər alması siyasi üstünlük əldə etməyə hesablanıb. İstər Qarabağ, istərsə də sərhəddə alınan məğlubiyyətlər Ermənistanın qələbəyə yox, məğlubiyyətə hesablanmış oyunudur. Ermənistan həmişə nə əldə edibsə, "yazıq və əzilən erməni xalqı" obrazı altında əldə edib. "Soyqırıma uğramış" erməni xalqı bunun bariz nümunəsidir. Eyni ssenari yenidən işə düşüb.

Azərbaycan ordusu təxribatlara cavab olaraq cəbhədə irəlilədikcə, Ermənistan bunu beynəlxalq aləmdə Azərbaycana qarşı siyasi təzyiq mexanizminə döndərmək istəyir. Hesab edirlər ki, bu yolla alınan siyasi nəticə onları məqsədlərinə çatdıracaq. Məqsəd Azərbaycanı işğalçı, erməniləri isə qorumaya möhtac məzlum xalq kimi göstərməkdir, necəki onlar həmişə bu yolla yaşayıblar.

Hələlik ciddi nəticə ala bilməsələr də, hesab etmək olar ki, seçdikləri yol onlar üçün ən azı hansısa yardımlar almaq baxımından əlverişli yoldur.

Azərbaycanın bu hadisələrdən siyasi olaraq məğlub çıxmaq kimi təhlükəsi nisbi xarakter daşıyır. Hər hansı tarixi şəraitdə məğlubiyyət kimi görünəcək siyasi vəziyyət belə, hansıki bura ən pis halda Qarabağa hansısa status verilməsi, Zəngəzurdan keçən yola dəhliz statusu verilməməsi, yolun açılmaması və s. aiddir, Azərbaycan üçün şərti xarakter daşıyacaq. Yəni bu, Azərbaycan üçün ciddi problem olmayacaq. Əsas odur ki, Azərbaycan ərazi bütövlüyünü bu və ya digər şəkildə bərpa etmiş olacaq. Amma Azərbaycanın siyasi olaraq məğlub olmaq ssenarisinin ehtimal faizi yox dərəcəsindədir. Burda hər şeyi coğrafiya həll edir.
İki ölkə arasında Anlaşma Memorandumu imzalanıb16 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAI) arasında Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar da iştirak edib.

Anlaşma Memorandumu Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal İqtisadiyyatda Hesabatlılıq və Şəffaflıq” beynəlxalq elmi-praktik konfransı zamanı imzalanıb.

Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi əsas beynəlxalq qurumları, eləcə də 8 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldovanı təmsil edən 100-dən çox nümayəndə iştirak edib.

Azərbaycanın statistik məlumatlarına əsasən, 2022-ci ilin yanvar-avqust ayları ərzində Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət ötən ilin müvafiq dövrü ilə müqayisədə 159,5% artaraq 1,528 milyard ABŞ dollarına çatıb. Azərbaycanın Hindistana ixracı qeyd olunan dövrdə 181,6% artaraq 1 milyard 378 milyon ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu dövrdə Hindistan İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü ən böyük ixrac tərəfdaşı olub.
Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdırPentaqonun yüksək rütbəli rəsmiləri Ukraynaya daha uzun mənzilli raketlərin verilməsinə qarşıdır.

Bu barədə NBC məlumat yayıb.

“Bayden administrasiyası Rusiyanın təhlükəli reaksiyasına səbəb ola biləcəyindən qorxaraq Ukraynaya bu raketlərin verilməsi tələbini rədd edib. Pentaqonun yüksək səviyyəli rəsmiləri də bu fikrə qarşıdır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, rəsmilərin fikrincə, Ukraynanın Rusiyadakı obyektlərə ATACMS ballistik raketləri ilə vurması eskalasiyaya səbəb ola bilər.
Ukrayna ordusu Rusiyanın 5 istiqamətdə hücumlarını dəf etdiUkrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, Rusiya ordusu Xarkov, Slavyansk, Kramatorsk, Baxmut, Cənubi Buq istiqamətlərində tanklardan, minaatanlardan və artilleriyadan atəş açıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Rusiya təkcə Cənubi Buq istiqamətində 26-dan çox yaşayış məntəqəsini atəşə tutub: “Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 9 məntəqə, həmçinin 3 dayaq məntəqəsi və zenit-raket komplekslərinin 2 mövqeyi məhv edilib”.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir “Su-24” təyyarəsini, üç qanadlı raketi və bir politosuz uçuş aparatını məhv edib.